Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-516/2022 21.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.03.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Led televizor üçün 435 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu, 16.06.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann kondisioner üçün 598 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung paltaryuyan üçün 706 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann Led televizor, İMEİ Kodu **********62961 Hoffmann X Go markalı telefon üçün 322 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu, 04.02.2020-ci il tarixli müqaviləsinə əsasən, LG qabyuyan üçün 1760 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu olmaqla, ümumilikdə 4201 manat borc və ödənilmiş dövlət rüsumuna görə 62,01 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 13.03.2019-cu il, 16.06.2019-cu il, 13.11.2019-cu il, 28.12.2019-cu və 04.02.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Led televizor, Hoffmann kondisioner, Samsung paltaryuyan, Hoffmann Led televizor, İMEİ Kodu **********62961 Hoffmann X Go markalı telefon, LG qabyuyan almış və 4201 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1404 manat olan Samsung Led televizor üçün 435 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu, alqı-satqı qiyməti 1512 manat olan Hoffmann kondisioner üçün 598 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu, alqı-satqı qiyməti 1299 manat olan Samsung paltaryuyan üçün 706 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, alqı-satqı qiyməti 1217 manat olan Hoffmann Led televizor, İMEİ Kodu **********62961 Hoffmann X Go markalı telefon üçün 322 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu və alqı-satqı qiyməti 1980 manat olan LG qabyuyan üçün 1760 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu olmaqla, ümumilikdə 4201 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3591 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 13.03.2019-cu il tarixli, 00561207 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Həsənov X4 Led televizor almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.06.2019-cu il tarixli, 00725302 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Həsənov X1 almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.11.2019-cu il tarixli, 01048077 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Həsənov X4 paltaryuyan almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.12.2019-cu il tarixli, 01166245 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Həsənov X3 Led televizor, İMEİ Kodu **********62961 Hoffmann X Go markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.02.2020-ci il tarixli, 20079295 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh LG qabyuyan almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Samsung Led televizor üçün Cavabdeh 435 manat ödənilməmiş məbləğ və 43 manat dəbbə pulu, Hoffmann kondisioner üçün 598 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu Samsung paltaryuyan üçün 706 manat ödənilməmiş hissə, 346 manat dəbbə pulu, Hoffmann Led televizor, İMEİ Kodu **********62961 Hoffmann X Go markalı telefon üçün 322 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu və LG qabyuyan üçün 1760 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu olmaqla, ümumilikdə 4201 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 13.03.2019-cu il tarixli, 00561207 saylı, 16.06.2019-cu il tarixli, 00725302 saylı, 13.11.2019-cu il tarixli, 01048077 saylı, 28.12.2019-cu il tarixli, 01166245 saylı və 04.02.2020-ci il tarixli, 20079295 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 13.03.2019-cu il tarixli, 00561207 saylı, 16.06.2019-cu il tarixli, 00725302 saylı, 13.11.2019-cu il tarixli, 01048077 saylı, 28.12.2019-cu il tarixli, 01166245 saylı və 04.02.2020-ci il tarixli, 20079295 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissələrində 13.03.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led televizor üçün hesablanmış 43 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 5 manat, 16.06.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann kondisioner üçün hesablanmış 59 manat cərimə 5 manat, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung paltaryuyan üçün hesablanmış 70 manat cərimə 5 manat, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann Led televizor, İMEİ Kodu **********62961 Hoffmann X Go markalı telefon üçün hesablanmış 32 manat cərimə 5 manat və 04.02.2020-ci il tarixli müqaviləyə əsasən, LG qabyuyan üçün hesablanmış 176 manat cərimə isə 10 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 62,01 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13.03.2019-cu il tarixli, 00561207 saylı müqaviləyə əsasən, Samsung Led televizor üçün 435 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 16.06.2019-cu il tarixli, 00725302 saylı, müqaviləyə əsasən, Hoffmann kondisioner üçün 598 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 13.11.2019-cu il tarixli, 01048077 saylı, müqaviləyə əsasən, Samsung paltaryuyan üçün 706 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 28.12.2019-cu il tarixli, 01166245 saylı müqaviləyə əsasən, Hoffmann Led televizor, İMEİ Kodu **********62961 Hoffmann X Go markalı telefon üçün 322 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu və 04.02.2020-ci il tarixli, 20079295 saylı müqaviləsinə əsasən, LG qabyuyan üçün 1760 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 3851 manat borc və dövlət rüsumu kimi ödənilmiş 62,01 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-516/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-516/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver