Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5170/2023 25.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 və Cavabdeh "OR-AY" Mənzil –Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "OR-AY" Mənzil –Tikinti Kooperativinə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "OR-AY" Mənzil –Tikinti Kooperativinə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı nümayəndəsi X2 məhkəməyə vəsatət təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh "OR-AY" Mənzil –Tikinti Kooperativinin nümayəndəsi X1 ərizəyə etiraz etmədi. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı xx.xx.2023-cü il tarixdə 16757 saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 110 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı cavabdeh "OR-AY" Mənzil –Tikinti Kooperativinə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı xx.xx.2023-cü il tarixdə 16757 saylı mədaxil qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 110 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №2(012)-5170/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5170/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver