Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5177/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16200 avro borc pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 avro borc pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı rəfiqəsi vasitəsi ilə 2019-cu ildə tanış olduğu, hazırki iş üzrə Cavabdeh ilə ailəvi dostluq münasibətləri yaranmışdır. 2020-ci ildə Cavabdeh ağır formada xəstələndiyini və onun müalicəsi üçün iddiaçıdan borc istəmişdir. Hətta cavabdehin təcili əməliyyat olmayacağı təqdirdə həyatını itirəcəyi bildirilmişdir. Cavabdeh iddiaçıdan borc istəyərkən pulu yaxın 2-3 ay ərzində geri qaytaracağına söz vermişdir. İddiaçı cavabdehə maksimum kömək etmək üçün bankdan və qohumlarından borc alaraq hissə-hissə cavabdehin adına göndərmiş və o, əvvəl müalicə, daha sonra əməliyyat olduğunu bildirmişdir. İddiaçının hissə-hissə göndərdiyi pulları Cavabdeh hamısını bütövlükdə göndərəcəyini söz versə də, vədinə əməl etməmiş və iddiaçı götürdüyü borclara görə çıxılmaz vəziyyətə düşmüşdür. İddiaçı tərəfindən 01.10.2020-ci il tarixdə 500 avro, 09.10.2020-ci il tarixdə 700 avro, 15.10.2020-ci il tarixdə 500 ABŞ dolları, 15.10.2020-ci il tarixdə 99 ABŞ dolları, 22.10.2020-ci il tarixdə 400 avro, 29.10.2020-ci il tarixdə 100 avro, 09.11.2020-ci il tarixdə 100 avro, 16.11.2020-ci il tarixdə 2279 avro, 09.12.2020-ci il tarixdə 4100 avro, 01.03.2020-ci il tarixdə 1600 avro, 26.04.2021-ci il tarixdə 7000 avro olmaqla, ümumilikdə 16779 avro və 599 ABŞ dolları pul vəsaiti Cavabdeh bank vasitəsi ilə göndərilmişdir. Cavabdehin iddiaçıya vəd vermiş olduğu vaxtdan 4 ay vaxt keçsə də cavabdeh iddiaçıya ümumilikdə 1291 ABŞ dolları göndərmişdir. Hazırda cavabdehin iddiaçıya 15000 avro borcu qalmışdır. İddiaçı cavabdehə dəfələrlə pulunu tam həcmdə göndərilməsini xahiş etsə də o, vədinə əməl etməyərək belə kiçik məbləğlə iddiaçını aldatmağa davam etmişdir. Son vaxtlar cavabdeh iddiaçının telefon zənginə cavab verməmiş, videogörüntü yaratmaqdan yayınmışdır. Bundan sonra iddiaçı Cavabdeh onun pulunu qaytarmaq istəmədiyini anlayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məsələ məhkəmə müstəvisində öz ədalətli həllini tapmalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında onun İddiaçı olan 15000 avro borc məbləğinin tutulmasına dair iddia tələbini qəbul etdiyini, həmin borcu hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim edərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, cavabdehin razılıq ərizəsini, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 01.10.2020-ci il tarixdə 500 avro, 09.10.2020-ci il tarixdə 700 avro, 15.10.2020-ci il tarixdə 500 ABŞ dolları, 15.10.2020-ci il tarixdə 99 ABŞ dolları, 22.10.2020-ci il tarixdə 400 avro, 29.10.2020-ci il tarixdə 100 avro, 09.11.2020-ci il tarixdə 100 avro, 16.11.2020-ci il tarixdə 2279 avro, 09.12.2020-ci il tarixdə 4100 avro, 01.03.2020-ci il tarixdə 1600 avro, 26.04.2021-ci il tarixdə 7000 avro pul vəsaiti Cavabdeh bank vasitəsi ilə göndərilmişdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı hesabına 06.04.2021-ci il tarixdə 59 ABŞ dolları, 14.04.2021-ci il tarixdə 57 ABŞ dolları, 27.05.2021-ci il tarixdə 587 ABŞ dolları, 25.06.2021-ci il tarixdə 588 ABŞ dolları ödəniş edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh müalicə xərclərinin ödənilməsi məqsədilə 15000 avro borc vermiş və həmin məbləğin ödənilməsinə dair ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən borc olaraq alınmış pul vəsaiti tərəflər arasında qarşılıqlı razılıq əsasında müəyyən edilmiş müddətdə qaytarılmadığından, iddiaçı 15000 avro qalıq borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən iddiaçı yuxarıda qeyd edilən məbləğdə pul vəsaitinin borc şəklində cavabdehə verməklə öhdəliklərini yerinə yetirsə də cavabdeh həmin borcu vaxtında qaytarmamaqla öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 15000 avro borcunun qalmasına dair cavabdehin etirafını və bu etirafına dair ərizəsini qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənətinə gəldiyindən iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh 15000 avro pul vəsaiti tutulub İddiaçı ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən məhkəmə xərclərinə aid olan 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə eyni zamanda cavabdehdən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında borc münasibətləri avro ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh 15000 (on beş min) avro borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov