Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-519/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 14000 manat (yəni 11.000 manat sığorta ödənişi nəzərə alındıqdan sonra maşınımın dəyəri, 3000 manat 6 aydan artıq müddətdə maşınsız qaldığına görə əlavə çəkmiş olduğu xərclər, dövlət rüsumundan savayı digər məhkəmə xərcləri, yol xərcləri, əldən çıxmış fayda və s), mənəvi ziyana görə 2000 manat, ödənilmiş 138 manat dövlət rüsumu olmaqla, cəmi 16138 manat alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 mart 2023-cü il tarixdə hazırki iş üzrə Cavabdeh idarə etdiyi ** VL *** dövlət qeydiyyat nişanlı “Buick Lacrosse” minik markalı avtomobil onun “Mercedes Benz C180” minik markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilinə çırpılmışdır. Qəzanın təqsirkarı Cavabdeh tanınmışdır. Qəza nəticəsində onun maşınında olan sərnişin və o müxtəlif dərəcədə xəsarət almışdılar. Bundan başqa qəza nəticəsində onun maşınının tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh onun maşınından savayı digər iki maşını da əzmişdir. Digər 2 maşınının zərəri nəzərə alındığından icbari sığortanın köməkliyi ilə ona cəmi 2969,86 manat məbləğ ödənilmişdir. Onun maşınına dəyən maddi zərər isə 9940 manat qiymətləndirilmişdir. Həmin qiymətləndirmə ilə razı olmamışdır. Belə ki, həm Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil ekspert rəyində, həm də Masallı “Avtoservis” T.X.S-in arayışında maşınımın tam yararsız hala düşməsi qeyd edilmişdir. Bundan savayı təmir işlərinin aparılması həm maddi, həm də təhlükəsizlik baxımından məqsədə uyğun olmadığı mütəxəssislər tərəfindən nəzərinə çatdırıılmışdır. Ona ödənilən 2969,86 manat məbləğlə heç nə edə bilməyəcəyini, (maşının fotoşəkillərdən də göründüyü kimi) ələ gəlməyəcəyini anlayaraq, maşınını 2000 manata metalloma satmağa məcbur oldu. İlkin dövrlərdə cavabdeh tərəfindən onun zərərinin tam qarşılanacağı deyilsə də, sonradan bu vədə əməl etmədiyini, artıq onunla söhbətdən belə qaçdığını şahidi oldu. Cavabdehin niyyəti ona qarşı qaldırılmış cinayət işi üzrə icraata xitam verilməsi idi. Onun maddi zərərinin ödənilməsi qarşılığında məhkəmə qərarından şikayətçi olmadığından sonra sözünə əməl etməmişdir. Bu səbəbdən ədalətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyə qərara aldı. Hesab edir ki, ona dəymiş maddi və mənəvi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, maşını saz vəziyyətdən tam yararsız vəziyyətə düşmüşdür. Bu günki günə saz vəziyyətdə olan, maşınımla analoji eyni markalı maşının real bazar dəyəri 14-15.000 manat təşkil edir, {təxmini hesablama ilə sığorta ödənişini maşınının dəyərindən çıxdıqda 14000-3000=11000 manat qalır ki, bu da ona sırf maşına görə ödənilməli məbləğdir.) Onun sağlamlığıma dəymiş fiziki xəsarət, eləcə də onun çəkmiş olduğu mənəvi iztirabların əvəzi də cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdehin bəzi hərəkətləri (ona verilən yalan vədin gözləntisi, sonradan aldadılma hissinin nəticəsində keçirdiyi sarsıntı) nəticəsində ona mənəvi ziyan dəymişdir ki, cavabdeh bu mənəvi ziyanı da ona tam şəkildə ödəməlidir. Maşınından istifadə edə bilmədiyi müddət ona xeyli sayda maddi zərər dəymişdir. Vaxt itkilərinin nəticəsi olaraq dəyən zərər də ödənilməlidir. Hansı ki, məhkəməyə iddia yazılması, məhkəmə iclaslarında iştirak etməyi, işindən gəlirindən olmağı da nəzərə alınmalıdır. Onun 2000 manat mənəvi ziyan tələb etməyimin əsası cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəymiş, o müxtəlif qurumlara getmiş, sığorta mütəxəssislərdən rəy, qiymətləndirilmə alınması, müstəqil ekspert qəbulu, servislərdə müayinələr, sağlamlığına dəymiş zərərlərin aradan qaldırılması üçün çoxsaylı həkim müayinələri, həmçinin cinayət işi istintaq olunmuş, bunun üçün o uzun müddət hüquq mühafizə orqanlarına gəlib getmiş, nəticədə mənəvi sarsıntı və iztirablar keçirmişdir. Cavabdehin ona qarşı etdiyi hərəkətlər nəticəsində onun şüurunda müəyyən mənfi psixi reaksiyalar yaranmışdır. İztirab keçirmiş və mənəvi fiziki əzab keçirmişdir. Onun mənəvi təzminat tələb etməyi hüquqazidd əməl ilə onun mənəvi bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, 2969.86 manat sığorta şirkəti tərəfindən ödənilmişdir. Ekspert rəyi ilə razıdır. Cavabdeh nümayəndəsi-vəkili Vəkil xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə məlumat göndərərək, əvvəlcədən təyin edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsində nümayəndəsi və vəkili olduğu digər şəxsin məhkəmə prosesinin uzandığını, ona görə də hazırki iş üzrə bu günə təyin edilmiş məhkəmə prosesinə gələ bilmədiyini qeyd etmiş, bu günə təyin edilmiş məhkəmə iclasının təxirə salınıb başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasının başqa vaxta təxirə salınmasının mülki işin yenidən lüzumsuz uzanmasına səbəb olacağını nəzərə alaraq Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD № 728367 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2005-ci il buraxılışlı “Mercedes Benz C 180 ” minik markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - Sığorta aktının surətindən görünür ki, "xxxx" ASC-də PXA********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 55000 manat dəyərində sığortalanmış, Cavabdeh tərəfindən “Buick LACROSSE” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması nəticəsində xx.xx.2023-cü il tarixdə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Masallı kəndi ərazisindən keçən 121.5-ci km ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində idarə olunmuş “Mercedes Benz C180” minik markalı **-HL-***, “Mercedes Benz C180” minik markalı **-KB-*** və “OPEL FRONTERA” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillərə 2969.86 manat ziyan dəymiş və sığorta ödənişinin köçürülmə yolu ilə ödənilməsi qərara alınmışdır. -Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, 22 mart 2023-cü il tarixində, M-3 Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 121.5-ci kilometrində, “Opel Frontera” markalı, Oİ-BO-759 dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına 304.80 manat zərər vurulmuşdur. -“Avtoservis” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 1423 saylı arayışın surətindən görünür ki, 5/1 №-li məktuba əsasən Mercedes Benz C180 minik markalı **- HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan aşağıdakı qaydada hesablanmışdır. Mercedes Benz C180 minik markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində deformasiyaya uğramış və halhazırda təmirə tam yararsız vəziyyətdədir. Avtomobilin hazırki vəziyyətdə metallom qiyməti 3500 manat hesablamlmışdır. Avtomobilin baş vermiş yol- nəqliyyat hadisəsindən əvvəlki vəziyyətindəki real bazar qiyməti 13000 manat olmuşdur. Avtomobilə ümumi cəmi 9500 manat məbləğində maddi ziyan dəymişdir. Arayış Y.P.X.A-nın 11-ci tağımına təqdim etmək üçün verilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət Xidmətinin xx.xx.2023-cü il tarixli, 266 saylı rəyindən görünür ki, 21 mart 2023-ci il tarixdə vətəndaş Cavabdeh idarə etdiyi Buick Lacrosse markalı, AZ ** VL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cəlilabad rayon Göytəpə qəsəbəsi ərazisində hərəkətdə olmayan İddiaçı idarə etdiyi Mercedes Benz C180 minik markalı, AZ ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində Mercedes Benz C180 minik markallı, AZ ** HL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam yarasız hala düşmüşdür. BAN nömrəsi WDB2032461F755816, gümüşü metallik rəngli, 2005-ci il buraxılış ili olan Mercedes Benz C180 minik markallı, AZ ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin işlək vəziyyətdə bu günə olan bazar qiymətinin 13.000 manat olmasını, nəqliyyat vasitəsinin təmir olması üçün 9.500 manat vəsait tələb olunur. Bu da nəqliyyat vasitəsinin bazar qiymətinin 73%-dən çox olduğunu və avtombilin üzərində olan bəzi hissələrinin yararlı olmasını nəzərə alaraq qalıq dəyəri 3.500 manat məbləğində olduğu müəyyən edildi. Bildirilir ki, təmir işlərindən sonra həmin avtomobilin texniki göstəricilərinin aşağı düşməsi səbəbindən avtomobil üzərində təmir işləri aparılması həm maddi, həmdə təhlükəsizlik baxımından məqsədə uyğun deyil və avtomobilin yalnız müəyyən hissələrinin təkrar istifadəsi mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq nəqliyyat vasitəsinin bazar dəyərindən qalıq dəyəri çıxılaraq (13.000-3.500=9.500) 9.500 manat məbləğində zərər hesablanıldı. -Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-128/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış “Buıck Lacrosse” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz C180” minik markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz C180” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil və “Opel Frontera" minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınması qərara alınmışdır. -Qərardan həmçinin görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh ifadə verərək bildirmişdir ki, 21 mart 2023-cü ildə saat 17:30 radələrində idarə etdiyi “Buıck Lacrosse” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbə istiqamətdə saatda təxminən 110 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Masallı rayon ərazisindən keçdikdə ani olaraq yaxın məsafədən sağ zolaqda olan “Mercedes Benz C180” minik markalı avtomaşının dayandığını görmüş, bu zaman hadisədən yayınmaq istəmiş, lakin məsafə yaxın olduğundan və sol zolağda da nəqliyyat vasitəsi olduğundan mümkün olmamışdır. Həmin vaxtda idarə etdiyi avtomaşının qabaq sağ hissəsi sağ zolaqda olan “Mercedes Benz C180” minik markalı avtomaşının arxa sol hissəsinə çırpılmışdır. Zərbənin təsirindən idarə etdiyi “Buıck Lacrosse” minik markalı avtomaşın idarəedilməz vəziyyətdə ilk öncə baryerlərə çırpılmış daha sonra isə iki avtomobil “Mercedes Benz C180” minik markalı avtomaşın və “Opel Frontera” minik markalı avtomaşın arxadan onun maşınına çırpılmışdır. Hadisə zamanı avtomaşında tək olmaqla heç bir xəsarət almamışdır. -“AutoBox” Avtomobile Services tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Mercedes Benz C180” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9940 manat maddi ziyan vurulmuşdur. -Fotoşəkillərdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə maddi ziyan vurulmuşdur. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1267 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “AutoBox” Avtomobile Services tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “Mercedes Benz C180” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8530 manat müəyyən edilir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Nuriyev X2 rayonu, Türkoba ərazi dairəsi, Qəzvinoba kəndində , Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Masallı kəndi ərazisindən keçən 121.5-ci km ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Merceds Benz C180” markalı **- HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən idarə olunmuş “Buick Lacrosse” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində avtomobilə ziyan dəymişdir. Hazırda, iddiaçı maddi və mənəvi ziyanın məhkəmə qaydasında cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1267 saylı rəyinə əsasən, 2005-ci il buraxılışlı “Mercedes Benz C180” markalı, **-HL-*** avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8530 manat müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçıya "xxxx" ASC tərəfindən 2969.86 manat sığorta ödənişinin ödənildiyi müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, iddiaçının ekspert rəyi ilə razılığını nəzərə alıb rəyi əsas sübut növü kimi qiymətləndirir və iddiaçının avtomobilinə 8530 manat maddi ziyanın vurulması qənaətinə gəlir. Lakin "xxxx" ASC tərəfindən iddiaçıya 2969.86 manat sığorta ödənişinin ödənildiyindən, həmin məbləğ nəzərə alınmalı iddia tələbi bu hissədə əsaslı olduğundan qismən təmin edilməlidir. Cavabdeh dəymiş ziyana görə 5560.11 (8530-2969.86=5560.11) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Eyni zamanda iddia ərizəsində 3000 manat 6 aydan artıq müddətdə maşınsız qaldığına görə əlavə çəkmiş olduğu xərclər, dövlət rüsumundan savayı digər məhkəmə xərcləri, yol xərcləri, əldən çıxmış fayda və s) tələb edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbləri sübut edən hər hansı dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, iddia tələbində istinad etdiyi hallar iddiaçı tərəfindən sübut edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 138 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaitinin 31 manat hissəsi cavabdehdən, qalan 19 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət nəfinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 5560.14 (beş min beş yüz altmış manat on dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 138 (yüz otuz səkkiz) manat olmaqla, ümumilikdə, cəmi 5698.14 (beş min altı yüz doxsan səkkiz manat on dörd qəpik) manat pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitindən 31 (otuz bir) manat pul vəsaiti Cavabdeh, 19 (on doqquz) manat pul vəsaiti isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************4) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov