Məhkəmə qərarları › İş №2(012)-522/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-522/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-522/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə 8502.23 manat əsas və 1296.65 manat faiz borcunun, cəmi 9798.88 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamənin çıxarılmasının xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə borclu Cavabdeh arasında bağlanmış BPM**********52 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borclu Cavabdeh illik 24 % olmaqla 60 ay müddətində 9000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün bank tərəfindən səy göstərilsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə banka 8502.23 manat əsas və 1296.65 manat faiz borcu, cəmi 9798.88 manat məbləğində borcu vardır. Sonrakı məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 8502.23 manat əsas borc, 3116.13 manat cərimə borcu olmaqla ümumilikdə 11618.36 manat borcun və 30.40 manat rüsuma görə pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 qızı iddianı müdafiə edib iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli BPM**********52 saylı kredit müqaviləsindən müəyyən edilir ki, borclu Cavabdeh “xxxx” ASC tərəfindən illik 24 faiz olmaqla 60 ay müddətinə 9000 manat kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********52 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxx” ASC-yə 8502.23 manat əsas və 1296.65 manat faiz borcu, cəmi 9798.88 manat məbləğində borcu vardır. İşdə olan 29 .03.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdehin iddiaçıya olan kredit borcu 8502.23 manat əsas borc, 3116.13 manat cərimə borcu olmaqla ümumilikdə 11618.36 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» ASC- ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********52 saylı kredit müqaviləsi üzrə 8502.23 manat əsas borc, 3116.13 manat cərimə borcu olmaqla ümumilikdə 11618.36 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxx» ASC-yə qaytarmalı, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2019-cu il tarixli BPM**********52 saylı kredit müqaviləsi üzrə 8502.23 manat əsas borc, 3116.13 manat cərimə borcu olmaqla ümumilikdə 11618.36 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu üçün 30,40 manat Cavabdeh «xxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar