Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5256/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli 130796-CNS- 8295 saylı Nağd pul krediti müqaviləsi əsas borca görə 5143.80 manat, faiz borcuna görə 20.98 manat olmaqla cəmi 5164.78 manat borcun, 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 1663.45 manat, faiz borcuna görə 1.25 manat olmaqla cəmi 1664.70 manat borcun və 30,40 manat dövlət rüsumunun Cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Bank VTB (Azərbaycan) ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 4903.80 manat, faiz borcuna görə 20.98 manat olmaqla cəmi 4924.78 manat borcun, 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 1663.45 manat, faiz borcuna görə 1.25 manat olmaqla cəmi 1664.70 manat borcun və 30,40 manat dövlət rüsumunun Cavabdeh Bank VTB (Azərbaycan) ASCnin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 6004.61 manat kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1978.65 manat kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 5143.80 manat, faiz borcuna görə 20.98 manat olmaqla cəmi 5164.78 manat borcu, 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 1663.45 manat, faiz borcuna görə 1.25 manat olmaqla cəmi 1664.70 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin tələbinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kreditalanın vəzifəsidir. Cavabdeh 10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı Nağd pul krediti ödəniş etmiş və müqavilə üzrə əsas borca görə 4903.80 manat, faiz borcuna görə 20.98 manat olmaqla cəmi 4924.78 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə bağladığı 10.07.2019-cu il tarixli 130796- CNS-8295 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 6004.61 manat, 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən isə illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1978.65 manat kredit götürmüşdür. Kredit müqavilələri üzrə öhdəliklərini əvvəl vaxtında icra etsə də sonradan maddi çətinlikləri səbəbindən ödənişlərində gecikmələri yaranmışdır. Hazırda 10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı “Nağd pul krediti müqaviləsi” üzrə borcundan ödəniş etmiş, 10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 4903.80 manat, faiz borcuna görə 20.98 manat olmaqla cəmi 4924.78 manat borcu, 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 1663.45 manat, faiz borcuna görə 1.25 manat olmaqla cəmi 1664.70 manat borcu qalmışdır. İddiaçının iddia tələblərini qəbul edir, ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borcverən Bank VTB (Azərbaycan) ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı saylı Nağd pul krediti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, 1987.65 manat kredit verilmişdir. -10.07.2019-cu il tarixli 130796-1-21328 saylı Nağd pul krediti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcunu bir ay sonradan, yəni 12.08.2019-cu il tarixdən başlayaraq, 10.07.2024-cü il tarixinədək hər ay banka 42.26 (sonuncu ay 42.30 manat) ödəməklə qaytarmalıdır. -15.08.2014-cü il tarixli ödəniş qəbzindən görünür ki, bank tərəfindən Cavabdeh 9750 manat pul vəsaiti verilmişdir. -Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı Nağd pul krediti müqaviləsi üzrə Bank VTB (Azərbaycan) ASC-yə olan borcu 08.07.2021-ci il tarixinə əsas borca görə 5143.80 manat, faiz borcuna görə 20.98 manat olmaqla cəmi 5164.78 manat təşkil edir. -Borcverən Bank VTB (Azərbaycan) ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı Nağd pul krediti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, 6004.61 manat kredit verilmişdir. -10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı Nağd pul krediti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcunu bir ay sonradan, yəni 12.08.2019-cu il tarixdən başlayaraq, 10.07.2024-cü il tarixinədək hər ay banka 127.67 (sonuncu ay 127.58 manat) ödəməklə qaytarmalıdır. -Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı Nağd pul krediti müqaviləsi üzrə Bank VTB (Azərbaycan) ASC-yə olan borcu 08.07.2021-ci il tarixinə əsas borca görə 1663.45 manat, faiz borcuna görə 1.25 manat olmaqla cəmi 1664.70 manat təşkil edir. -Bank VTB (Azərbaycan) ASC tərəfindən borcalan Cavabdeh ünvanlanmış pretenziyalardan görünür ki, bank tərəfindən borcalana kredit müqavilələri üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı Nağd pul krediti müqaviləsi üzrə Bank VTB (Azərbaycan) ASC-yə olan borcu 11.10.2021-ci il tarixinə əsas borca görə 4903.80 manat, faiz borcuna görə 20.98 manat olmaqla cəmi 4924.78 manat təşkil edir. -Abşeron RPŞ tərəfindən verilmiş 22.04.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 28 May küçəsi 17A saylı evdə qeydiyyatdadır. -Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin Məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşə əlavə olunmuş arayışlardan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə 10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 4903.80 manat, faiz borcuna görə 20.98 manat olmaqla cəmi 4924.78 manat borcu, 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 1663.45 manat, faiz borcuna görə 1.25 manat olmaqla cəmi 1664.70 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli 130796-CNS- 8295 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 4903.80 manat, faiz borcuna görə 20.98 manat olmaqla cəmi 4924.78 manat borc, 10.07.2019-cu il tarixli 130796-1- 21328 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 1663.45 manat, faiz borcuna görə 1.25 manat olmaqla cəmi 1664.70 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 10.07.2019-cu il tarixli 130796-CNS-8295 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 4903.80 (dörd min doqquz yüz üç manat səksən qəpik) manat, faiz borcuna görə 20.98 (iyirmi manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 4924.78 (dörd min doqquz yüz iyirmi dörd manat yetmiş səkkiz qəpik) manat borc, 10.07.2019-cu il tarixli 130796-1-21328 saylı Nağd pul krediti müqaviləsi üzrə əsas borca görə 1663.45 (min altı yüz altmış üç manat qırx beş qəpik) manat, faiz borcuna görə 1.25 (bir manat iyirmi beş qəpik) manat olmaqla cəmi 1664.70 (min altı yüz altmış dörd manat yetmiş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5256/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5256/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver