Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-526/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxx» MMM QBKT-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» MMM QBKT-ın xeyrinə əsas borc üzrə 5108 manat, 1445.64 manat faiz borcu üzrə olmaqla, cəmi 6553.64 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********2124 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 % ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən borclunun hər ay 441 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi Cavabdeh1 yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********2124 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli, **********2124 saylı sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 5799 manat, faiz 0.00 manat, cərimə 0.00 manat müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli, **********1***-******* saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, xx xxxx 2020-ci il tarixinə xx.xx.2015-ci il tarixli, **********2124 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 5108 manat, 1445.64 manat faiz borcu üzrə olmaqla, cəmi 6553.64 manat təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir nəticə əldə edilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı «xxxx» MMM QBKT-ın nümayəndəsi X2 da iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli, **********2124 saylı kredit müqaviləsinə əsasən «xxxx» MMM QBKT tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 % ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli, **********2124 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli sazişdən müəyyən edilir ki, tərəflərin qalıq borcu 5799 manat olaraq qəbul etməsi, kredit məbləğinin 36 ay müddətinə illik 28 % dərəcəsi ilə aylıq 240 manat olaraq ödənilməsi müəyyən edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası barədə zamin durmuşdur. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, **********2124 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 5108 manat, faiz borcu üzrə 1445.64 manat olmaqla, cəmi 6553.64 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbi cavabdeh zamin Cavabdeh2 münasibətdə qanunsuz və əsassız hesab edir.Belə ki, iş materiallarından göründüyü kimi xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin son müddəti 16 fevral 2018-ci ildir.İddiaçı isə hazırkı iddia ilə məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1 əsas borc üzrə 5108 manat, faiz borcu üzrə 1445.64 manat olmaqla, cəmi 6553.64 manat məbləğində pul tutularaq «xxxx» MMM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 5108 manat, faiz borcu üzrə 1445.64 manat olmaqla, cəmi 6553.64 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq «xxxx» MMM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-526/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-526/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver