Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5278/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 879.60 manat və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “Xahiş edirəm” hissəsində cavabdehin adında yanlışlığa yol verilərək, cavabdeh “Cavabdeh” kimi oxunmasını və Cavabdeh 879.60 manat və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Gənclik ilə Cavabdeh arasında 04 fevral 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan depozitinin altında cavabdehə 12 ay müddətinə 2440 manat kredit verilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsinə əlavə olaraq onunla 04 fevral 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC ləğv prosesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin onun əmanətinin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə əmanətin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb, o, cavabdehin banka olan 879.60 manat borcunu ödəmişdir. Cavabdehə bir neçə dəfə müraciət edərək pulun qaytarılmasını xahiş etmiş, lakin hal-hazıra kimi pulu ödənilməmişdir. 04 fevral 2020-ci il tarixli zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən, “Bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş zaminə bankın həmin öhdəlik üzrə hüquqları və banka girovsaxlayan kimi mənsub hüquqları zaminin bankın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, zamin həmçinin borcludan banka ödənilmiş məbləğdən faiz ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilib qərar çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kredit verən NBC Bank ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli 04/3859/DİK saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən kredit alana şəxsi istehlak məqsədilə 9 ay müddətinə illik 17 faiz ödənilmək şərtilə 2440 manat kredit verilmişdir. -Kredit verən NBC Bank ASC, kredit alan Cavabdeh, zamin İddiaçı arasında bağlanmış 04.02.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, zamin borclunun bank qarşısında 04.02.2020-ci il tarixli 04/3859/DİK saylı kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliyi icra etmiş zaminə bankın həmin öhdəlik üzrə hüquqları və banka girovsaxlayan kimi mənsub hüquqları zaminin bankın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, zamin həmçinin borcludan banka ödənilmiş məbləğdən faiz ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini tələb etmək hüququ vardır. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 895 manat pulun dərhal ödənilməsi xahiş olunmş, əks təqdirdə, məhkəməyə müraciət edilərək əlavə çəkilmiş xərclərin də tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. -28.08.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən banka 879.60 manat kredit borcu ödənilmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 10.04.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Fatmayı kəndində qeydiyyatdadır. -Asan1 tərəfindən verilmiş 19.09.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 25 saylı evin 14 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385-ci maddəsinə əsasən, öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1 maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3 maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etməş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, borcalan, hazırki iş üzrə Cavabdeh NBC Bank ASC ilə bağladığı 04.02.2020-ci il tarixli 04/3859/DİK saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana şəxsi istehlak məqsədilə 9 ay müddətinə illik 17 faiz ödənilmək şərtilə 2440 manat kredit verilmiş, kreditin təminatı olaraq İddiaçı borcalanın öhdəliklərinin icrasının təmini üsulu kimi bank qarşısında borcalan ilə birlikdə birgə məsuliyyət daşımağı öhdəsinə götürərək bu barədə 04.02.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməyən cavabdehin kreditor qarşısında öhdəliyi yaranmış və həmin öhdəliklərin icrasının təmin edilməsi məqsədilə hazırki iş üzrə İddiaçı cavabdehin bank qarşısında kredit öhdəliyini icra edərək 28.08.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh əvəzindən banka 879.60 manat kredit borcunu ödəmişdir. Hazırda, iddiaçının, yəni kredit müqaviləsi üzrə zamin dayanmış İddiaçı borcalanına münasibətdə reqres qaydada borcu tələb etmək hüququ yarandığından iddiaçı onun tərəfindən ödənilmiş 879.60 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 509.1. maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2. maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində bank qarşısında yaranmış kredit öhdəliyinin iddiaçı tərəfindən ödənilməsi, sonuncunun hazırki iş üzrə iddiaçı qarşısında 879.60 manat borcunun qalması 28.08.2020-ci il tarixli ödəniş qəbzi ilə də öz təsdiqini tapmışdır. Nəticə etibarı ilə, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 04.02.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin-İddiaçı tərəfindən ödənilmiş 879.60 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 04.02.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin İddiaçı tərəfindən ödənilmiş 879.60 (səkkiz yüz yetmiş doqquz manat altmış qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5278/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5278/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver