Məhkəmə qərarları › İş №2(012)-528/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-528/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-528/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində ,məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçı QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli 1xx/xx/69517/14 saylı kredit müqaviləsi üzrə Cavabdehdan 1800,10 manat əsas borc, 626,36 manat faiz borcu, 1077,62 manat cərimə, 278,75 manat gecikmiş faiz borcu, cəmi 3782,83 manat borcun, 30 manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx xxx 2014-cü il tarixində bağlanmış 1xx/xx/69517/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 26 % ödənməsi şərti ilə 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımi icra etməmiş və bunun nəticəsində banka 1800,10 manat əsas borc, 626,36 manat faiz borcu, 1077,62 manat cərimə, 278,75 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz, cəmi 3782,83 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx xxx 2014-cü il tarixli 1xx/xx/69517/14 saylı kredit müqaviləsindən müəyyən edilir ki, QSC “Bank Standard” KB tərəfindən Cavabdeh illik 26 % ödənməsi şərti ilə 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdehnun xx xxx 2014-cü il tarixində bağlanmış 1xx/xx/69517/14 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə QSC “Bank Standard” KB-yə 1800,10 manat əsas borc, müqavilənin müddətinin bitmə tarixinə 626,36 manat faiz borcu, 1077,62 manat cərimə, 278,75 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi olmaqla, cəmi 3782,83 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 1077,62 manat cərimənin məbləği azaldılmalı və 180 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı QSC “Bank Standard” KB ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə xeyrinə 1800,10 manat əsas borc, 626,36 manat faiz borcu, 180 manat cərimə borcu, 278,75 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz borcu olmaqla, cəmi 2.885,21 manat (iki min səkkiz yüz səksən beş manat iyirmi bir qəpik) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğindəki hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx xxx 2014-cü il tarixli 1xx/xx/69517/14 saylı kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh 1800,10 manat əsas borc, 626,36 manat faiz borcu, 180 manat cərimə borcu, 278,75 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz borcu olmaqla, cəmi 2.885,21 manat (iki min səkkiz yüz səksən beş manat iyirmi bir qəpik) və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Ləğv prosesində olan QSC “Bank Standard” KB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar