Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5280/2024 25.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kərimli Günay Qiyasəddin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1700 manat məbləğində pul vəsaitinin və ödədiyi 37 manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh yaxın tanışının vasitəsi ilə tanımışdır. Cavabdeh telefon satılan mağazaların birində kuryer kimi işlədiyini ona bildirmişdir. İşlənmiş vəziyyətdə olan İphone 13 Pro Max markalı telefonu almaq üçün xx.xx.2022-ci il tarixdə cavabdehlə əlaqə saxlayaraq fikirini bildirmişdir. Əli bir neçə saat sonra ona geri zəng edərək İphone 13 Pro Max markalı mobil telefon tapdığını və qiymətinin 1700 manat olduğunu ona bildirmişdir. O, qiymətlə razılaşdıqdan sonra Əlinin kart hesabına 1700 manat pul göndərmişdir. Əli həmin gün ona zəng vuraraq telefonu aldığını və görüşərək telefonu ona təhvil verməsini bildirmişdir. Həmin günü o, ondan telefonu götürə bilməmişdir. Bir neçə gün sonra Əli onunla əlaqə saxlayaraq telefonu ona verməyini bildirsə də vaxt azlığı səbəbindən o, görüşüb telefonu ondan götürə bilməmişdir. Təxminən bundan bir ay keçdikdən sonra o, Əlidən telefonu götürmək istədiyini bildirdikdə o, maddi çətinliklər səbəbindən ona aldığı İphone 13 Pro Max markalı telefonu sataraq şəxsi ehtiyaclarına xərclədiyini bildirmiş və maddi vəziyyətinin düzəldikdən sonra ona olan borcunu qaytaracağına söz vermişdir. O, bununla razılaşmayaraq Səbail Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Polisdə araşdırma zamanı Cavabdeh bütün olanları etiraf etmişdir. Bundan sonra Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul etmiş və ona qeyd olunan xüsusatla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehyar Oruc oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Səbail RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı tanıyır. O, 4 ildir “28 may” küçəsində yerləşən mobil telefon satışı ilə məşğul olan mağazaların birində kuryer kimi fəaliyyət göstərir. Təxminən 2022-ci ilin oktyabr ayının sonu Sənan onunla əlaqə saxlayıb “İphone 13 Pro” markalı ikinci əl mobil telefon almaq istədiyini, ucuz qiymətə onun üçün təşkil etməsini xahiş etmişdir. O, kömək edə biləcəyini bildirmiş və həmin gün Sənanla danışaraq əlaqəsi olan dükanların birində 1750 (min yeddiyüz) manata “İphone 13 Pro” markalı mobil telefon olduğunu demişdir. Sənan həmin qiymətlə razılaşaraq qeyd etdiyi məbləği ona onlayn şəkildə göndərəcəyini bildirmişdir. Təxminən yarım saat sonra Sənanın istəyi ilə kart hesab nömrəsini sonuncuya telefon vasitəsi ilə göndərmişdir Bir qədər sonra Sənan göndərilən kart hesabına danışılan 1700 manatı göndərmiş o, tanıdığı mağazaların birindən həmin qiymətə “İphone 13 Pro” markalı mobil telefonu almış və bu barədə Sənana bildirmiş, sonuncu işdə olduğu üçün telefonu götürə bilməyəcəyini demişdir. O, əgər gələ bilmirsə, özünün onun ünvanına aparıb təhvil verə biləcəyini söyləmiş, lakin “Sənan bununla razı olmamış və özünün ondan götürəcəyini bildirmişdir. O, bir neçə gün gözləsə də və Sənana bir neçə dəfə telefonu götürməsi ilə bağlı zəng etsə də Sənan hər dəfədə hal-hazırda vaxtının olmadığını, daha sonra onunla görüşəcəyini bildirmişdir. 2022-ci ilin noyabr ayında özünün bir qədər maddi sıxıntıları olduğundan, həmin sözü gedən mobil, telefonu 1300 (min üçyüz) manata satıb şəxsi problemlərini həll etmək üçün xərcləmişdir. Bu barədə bir müddət sonra Sənana bildirmiş sonuncu ondan mobil telefonu və yaxud pulunu geri istəyən zaman, o, öz adına götürə bilmədiyi üçün Sənanın adına kreditlə telefon götürərər aylıq pulunu ödəməsini təklif etsədə sonuncu bununla razılaşmamışdır. O, Sənandan telefon almaq üçün aldığı 1700 manatı ayda 200 manat ödəməklə verməsini təklif etmiş lakin bununlada razılaşmamışdır. -İddiaçı Cavabdeh göndərdiyi pretenziya məktubundan görünür ki, cavabdehə 1700 manat pul borcunun olduğu, 3-gün müddətə həmin pul məbləği qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirlmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal Massivi, döngə 17, ev 7, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı iddiasına görə o, telefon satılan mağazaların birində kuryer kimi işləyən cavabdehdən işlənmiş vəziyyətdə olan İphone 13 Pro Max markalı telefonu almaq üçün xx.xx.2022-ci il tarixdə cavabdehlə əlaqə saxlayaraq fikirini bildirmiş, daha sonra o, tapdığı telefona görə cavabdehin kart hesabına 1700 manat pul göndərmişdir. Lakin cavabdeh ona telefon verməmişdir. Təxminən bundan bir ay keçdikdən sonra o, cavabdehdən telefonu götürmək istədiyini bildirdikdə cavabdeh maddi çətinliklər səbəbindən ona aldığı İphone 13 Pro Max markalı telefonu sataraq şəxsi ehtiyaclarına xərclədiyini bildirmiş və maddi vəziyyətinin düzəldikdən sonra ona olan borcunu qaytaracağına söz vermişdir. İddiaçı nə telefon, nə də ödədiyi pul cavabdeh tərəfindən qaytarılmadığından hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1700 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh Əliyev X2 13 Pro Max markalı telefona görə İddiaçı 1700 manat pul almış, lakin telefonu iddiaçıya təhvil verməmişdir. Bu hal iddiaçının Səbail RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh İphone 13 Pro Max markalı telefona görə İddiaçı 1700 manat pul alması, lakin telefonu iddiaçıya təhvil verməməsi Səbail RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmış və cavabdeh tərəfindən etiraf edilmişdir. Məhkəmə Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 1700 manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 37 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1700 (min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 37 (otuz yeddi) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5280/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5280/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver