Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5299/2021 13.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli 122406-CNS- 3203/2 saylı Nağd pul krediti müqaviləsi Cavabdeh əsas borca görə 3591,22 manat, faiz borcuna görə 8,93 manat olmaqla cəmi 3600,15 manat borcun və 30,40 manat dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Bank VTB (Azərbaycan) ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli 122406-CNS-3203/2 saylı Nağd pul krediti müqaviləsi Cavabdeh əsas borca görə 3291,22 manat, faiz borcuna görə 8,93 manat olmaqla cəmi 3300,15 manat borcun və 30,40 manat dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASCnin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 16.08.2019-cu il tarixli 122406-CNS-3203/2 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 4027.99 manat kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 3591.22 manat əsas, 8.93 manat faiz borcu ümumilikdə isə 3600.15 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kreditalanın vəzifəsidir. Cavabdeh kredit müqaviləsi üzrə borcundan ödəniş etmiş, hazırda onun sas borca görə 3291,22 manat, faiz borcuna görə 8,93 manat olmaqla cəmi 3300,15 manat borcu vardır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə bağladığı restrukturizasiya olunma barədə 16.08.2019-cu il tarixli 122406-CNS-3203/2 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 4027.99 manat kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini əvvəl vaxtında icra etsə də sonradan maddi çətinlikləri səbəbindən ödənişlərində geikmələri yaranmışdır. Hazırda kredit müqaviləsi üzrə borcundan 300 manat ödəniş etmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borcverən Bank VTB (Azərbaycan) ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli 122406-CNS-3203/2 saylı Nağd pul krediti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, 4027.99 manat kredit verilmişdir. -16.08.2019-cu il tarixli 122406-CNS-3203/2 saylı Nağd pul krediti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclunu bir ay sonradan, yəni 23.07.2020-ci il tarixdən başlayaraq, 23.06.2023-cü il tarixinədək hər ay banka 75.37 (sonuncu ay 75.58 manat) ödəməklə qaytarmalıdır. -03.03.2014-cü il tarixli ödəniş qəbzindən görünür ki, bank tərəfindən Cavabdeh 9701 manat pul vəsaiti verilmişdir. -Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə olan borcu 16.06.2021-ci il tarixinə əsas borca görə 3591,22 manat, faiz borcuna görə 8,93 manat olmaqla cəmi 3600,15 manat təşkil edir. -Bank VTB (Azərbaycan) ASC tərəfindən borcalan Cavabdeh ünvanlanmış 19.05.2021-ci il tarixli pretenziyadan görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə olan borcu 12.10.2021-ci il tarixinə əsas borca görə 3291,22 manat, faiz borcuna görə 8,93 manat olmaqla cəmi 3300,15 manat təşkil edir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. -Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin Məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka əsas borca görə 3291,22 manat, faiz borcuna görə 8,93 manat olmaqla cəmi 3300,15 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli 122406-CNS- 3203/2 saylı Nağd pul krediti müqaviləsi üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 3291,22 manat əsas, 8,93 manat faiz olmaqla, ümumilikdə cəmi 3300,15 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 16.08.2019-cu il tarixli 122406-CNS-3203/2 saylı Nağd pul krediti müqaviləsi üzrə 3291,22 (üç min iki yüz doxsan bir manat iyirmi iki qəpik) manat əsas, 8,93 (səkkiz manat doxsan üç qəpik) manat faiz olmaqla, ümumilikdə cəmi 3300,15 (üç min üç yüz manat on beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5299/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5299/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver