Məhkəmə qərarları › İş №2(012)-5315/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5315/2025

29.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5315/2025 29.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X1rşı cavabdehlərin torpaq sahəsinə müdaxilələrinin qarşısının alınması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X1rşı cavabdehlərin torpaq sahəsinə müdaxilələrinin qarşısının alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisindəki 0,06 ha torpaq sahəsinə cavabdehlərin əməkdaşlarının qanunsuz və özbaşına müdaxilə etməklə heç bir məhkəmə qərarı olmadan sökdükləri mövcud olan hasarın cavabdehlərin öz vəsaitləri hesabına müştərək qaydada yenidən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırki tələb cavabdehlərin iddiaçının mülkiyyətindəki torpaq sahəsinə münasibətdə müəyyən hərəkətləri etməkdən barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdehlər inzibati orqan statusuna malikdir. Qüvvədə olan qanunvericiliyə görə hazırki kateqoriyadan olan mübahisələrə mülki deyil, inzibati icraat qaydasında baxılır. Bu cür tələblərin mülki məhkəmə icraatı qaydasında araşdırılması və həll edilməsi qadağandır. Halbuki, İddiaçı aidiyyəti pozmuş, hazırki tələblə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X1rşı cavabdehlərin torpaq sahəsinə müdaxilələrinin qarşısının alınması barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar