Məhkəmə qərarları › İş №2(012)-5317/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5317/2022

15.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5317/2022 15.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ı il tarixli qətnaməsinə əsasən, 25 mart 2013-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh hər ay 117 manat sabit aliment məbləğinin miqdarının artırılaraq bir uşağa görə 193 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1ı il tarixli qətnaməsinə əsasən, 25 mart 2013-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 117 manat sabit aliment məbləğinin miqdarının artırılaraq 193 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların 25 mart 2013-ci il təvəllüdlü X4 adlı bir övladları vardır. Bir müddət normal yaşamalarına baxmayaraq, sonradan onlar arasında olan münasibət pozulmuş və tez-tez mübahisələr yaranmağa başlamışdır. Ailə münasibətlərinin qorunub saxlanılması mümkün olmadığına görə onun tərəfindən nikahın pozulması, aliment tələbi və uşağın onun yanında qalmağı barədə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon məhkəməsinə müraciət etmişdir. ünvan 1ı il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh ilə aralarında bağlanmış və Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində 858 sayla qeydə alınmış xx.xx.2013-cü il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra 25 mart 2013-ci il təvəllüdlü X4 onun yanında qalmış, Cavabdeh 25 mart 2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Mediasiya Şurasının Bakı 6 saylı mediasiya təşkilatının mediatoru X5 ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə tərtib etdiyi 06 sentyabr 2022-ci il tarixli MŞB/6-5137 arayında qeyd edilmişdir ki, bu arayış Cavabdeh onun tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi ilə bağlı aliment tələbi üzrə xx/xx/2022 tarixində 12:00-12:30 saatlarında keçirilməsi nəzərədə tutulan ilkin mediasiya sesiyasında iştirak etmədiyini iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təstiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. O, ilkin mediasiya sesiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. Hal-hazırda X3 9 yaşı vardır və məktəblidir. Lakin bir ata kimi Cavabdeh övladının gündəlik tələbatı ilə maraqlanmır. Onun digər hər hansı bir qazancı yoxdur, heç yerdən hər hansı növ pensiya və ya təqaüd, sosial müavinat almır. Bir sözlə maddi tərəfdən çox çətinlik çəkir. Odur ki, o, iddia tələbində alimentin məbləğinin artırılaraq 193 manat müəyyən edilməsini xahiş etsə də, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, övladı 25 mart 2013-ci il təvəllüdlü X2 əməliyyatı üçün pul vermişdir. Həmçinin uşağın məktəb xərclərini də ödəmişdir. Onun 2006-cı ildən daimi işi yoxdur. Hazırda fəhlə kimi işləyir və bu səbəbdən aya 193 manat aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 116884 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 25 mart 2013-cü ildə Bakə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan ünvan 1ı il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 858 sayla qeydə alınmış xx.xx.2013-cti il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cii il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh İddiaçı xeyrinə 21 manat dövlət rüsumu üçün çəkilmiş xərcin tutulması, Cavabdeh iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azad olduğuna görə 10 manat məbləğində dövlətin büdcəsinə ödənilməsi üçün dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmədə alimentin artırılaraq hər ay 150 manat təyin edilməsinə etirazının olmadığı barədə iddiaçının məhkəmədə verdiyi izahatını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, 25 mart 2013-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 1ı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 25 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar