Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5318/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Unibank KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Unibank KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rаyоn Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı Unibank KB ASC-nin xeyrinə 30.12.2014-cü il tarixli 11502nkADJ/14 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 1238.14 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Unibank KB ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış 30.12.2014-cü il tarixli 11502nkADJ/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə qaytarmaq, illik 24% ödəmək şərtilə 2000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin 30.12.2014-cü il tarixli 11502nkADJ/14 saylı kredit müqaviləsi üzrə Unibank KB ASC-yə 04.06.2021-ci il tarixə faiz borcuna görə 1238.14 ABŞ dolları borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı Unibank KB ASC ilə bağladığı 30.12.2014-cü il tarixli 11502nkADJ/14 saylı kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 48 ay müddətinə qaytarmaq, illik 24% ödəmək şərtilə 2000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi əsasında bağlanmış sazişə əsasən ödənilmiş vəsaitlər əsas borcun ödənilməsinə yönəldilmiş, hazırda onun banka olan əsas borcu ödənilmişdir. Kredit müqaviləsi üzrə iddiaçı Unibank KB ASC-nin iddia tələblərini 1238.14 ABŞ dolları faiz borcunun tutulması hissəsində qəbul edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. -Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 30.12.2014cü il tarixli 11502nkADJ/14 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 48 ay müddətinə qaytarmaq, illik 24% ödəmək şərtilə 5900 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30.01.2015-ci il tarixdən 30.12.2018-ci il tarixə qədər olan dövr ərzində hər ay 193 ABŞ dolları (sonuncu ay isə 153.57 ABŞ dolları) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06.06.2016cı il tarixli sazişdən görünür ki, 30.12.2014-cü il tarixli 11502nkADJ/14 saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun (ssuda borcu) ödənilməsinə yönəldilmiş, faizlərin isə müddətin qurtardığı vaxt alınması, kredit müqaviləsinin müddətinin 30.10.2020-ci il tarixədək uzadılması müəyyən olunmuşdur. -2 saylı sazişdən görünür ki, Cavabdeh 30.06.2016-cı il tarixdən 30.10.2020-ci il tarixə qədər olan dövr ərzində ssuda ödənişi olaraq hər ay 88 ABŞ dolları borcu ödəməyi öhdəsinə götürmüşdür. -Unibank KB ASC-nin Cavabdeh ünvanladığı 27.04.2021-ci il tarixli bildirişdən görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borcunu 3 iş günü müddətində ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. -Unibank KB ASC-nin 04.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 30.12.2014-cü il tarixli 11502nkADJ/14 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 1238.14 ABŞ dolları borcu vardır. -Abşeron RPŞ tərəfindən verilmiş 20.12.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X2 rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 6-cı küçə 30 saylı evdə qeydiyyatdadır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Tərəflərin izahatından, tədqiq edilmiş sübutlardan və işin araşdırılan digər hallarından müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini pozmuş və nəticədə onun iddiaçıya faiz borcuna görə 1238.14 ABŞ dolları borcu yaranmışdır. Müqavilə öhdəliklərinin pozulması və nəticədə borcun yaranması tədqiq edilmiş sübutlardan da öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh 30.12.2014-cü il tarixli 11502nkADJ/14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdehdən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 30.12.2014-cü il tarixli 11502nkADJ/14 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 1238.14 (min iki yüz otuz səkkiz ABŞ dolları on dörd sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat Unibank KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5318/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5318/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver