Məhkəmə qərarları › İş №2(012)-533/2023

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-533/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-533/2023 08.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 9980 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində telefon mağazası işlədir. Cavabdeh onun mağazasından xx.xx.2017-ci il tarixdə 45 günlüyünə ödəmək şərtilə 380 manat dəyəri olan “Samsunq G 532 ” markalı telefonu götürmüşdür. Lakin cavabdeh aralarındakı razılaşmaya riayət etməyərək heç bir ödəniş etməmişdir. Dəfələrlə onunla görüşürək yaranmış borcun ödənilməsini tələb etsə də, o, hər dəfə aldadaraq bunu etməkdən yayınmışdır. Bir gün o, yenidən onun mağazasına gəlib ondan yenə də mal verəcəyi təqdirdə həm köhnə borcunu, həm də yeni borcunu tam ödəyəcəyini söyləmiş, xx.xx.2021-ci ildə qiyməti 700 manat olan “Samsunq A02” markalı telefonu, xx.xx.2021-ci ildə qiyməti 500 manat olan “Texno Spark - 5 pro” markalı telefonu götürərək bunun əvəzində özünün pensiya kartını vermişdir. Yaranmış borca görə pulu hər ay həmin kartdan çıxarmağı tapşırmışdır. Lakin sonradan kartdan pul çıxarmaq istəyəndə həmin kartın işləmədiyini görmüşdür. Bundan sonra, o, cavabdeh barədə polis orqanına şikayət etmişdir. Polisdən həmin işin onlara aid olmamasını bildirərək məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Beləliklə cavabdehlə onun arasında 1580 manat əsas borca görə, müqavilədə qeyd edildiyi kimi borcu gecikdirməyə görə hər gecikən gün üçün 5 manat penya (dəbbə pulu) hesablanmaqla 8400 manat məbləğində borc yaranmışdır. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir və iddia təmin olunmalıdır. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh cəmi 1580 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı həmin tarixdə 45 (1,5 aya) günə ödəmək şərtilə 380 manat dəyəri olan “Samsunq G 532” markalı mobil telefonu götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı həmin tarixdə 3 aya ödəmək şərtilə 700 manat dəyəri olan “Samsunq A 02” markalı mobil telefonu götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı həmin tarixdə 3 aya ödəmək şərtilə 500 manat dəyəri olan “Spark Pro” markalı mobil telefonu götürmüşdür. İşdə olan Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı şikayət ərizəsi üzrə araşdırma aparılmış, göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında mal alış-verişi ilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan 3 ədəd mobil telefon almış və ona ümumilikdə 1580 manat borcu yaranmışdır. Borcun olması barədə tərəflər arasında xx.xx.2017-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kredit müqavilələri tərtib edilmiş və imzalanmışdır. Cavabdeh borcunu ən son xx.xx.2021-ci ildə qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1580 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 120 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1580 manat və dövlət rüsumu üçün 120 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar