Məhkəmə qərarları › İş №2(012)-538/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-538/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-538/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X5rşı mənzilə görə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X5rşı mənzilə görə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, dərman preparatları və özünənəzarət vasitələrinə xərclədiyi 466 manat və təzminat olaraq 1000 manatın təzminat qaydasında Abşeron rayon X3 Hüquqi Şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia təlləbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasında "şəkərli diabet" diaqnozu ilə dispanserdə qeydiyyata alınmışdır. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli, 32 saylı Fərmanına və "Şəkərli diabet üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 iyul 2005-ci il tarixli qərarına əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə resept əsasında pulsuz aldıqları insulin və şəkər tənzimləyici dərman preparatlarının, inyeksiya və özünənəzarət vasitələrinin dəyəri vətəndaşın yaşadığı ərazi üzrə səhiyyə orqanının büdcə vəsaiti hesabına ödənilir. Abşeron rayon Mərkəzi Xəstəxanası bu qanundan irəli gələn öhdəliklər yerinə yetirmir. Ona görə də dərman preparatlarını və özünənəzarət vasitələrini əksər hallarda öz vəsaiti hesabına apteklərdən almışdır. Bu barədə TƏBİB-ə, Abşeron rayon Mərkəzi Xəstəxanasına, eyni zamanda "Dərman preparatları və özünənəzarət vasitələrinə ayrılmış vəsaitin mənimsənilməsi barədə" Abşeron Rayon Prokurorluğuna dəfələrlə yazılı və şifahi müraciətlər etsə də, heç bir nəticəsi olmamışdır. Dispanser qeydiyyatından keçdiyi 22 ay ərzində ona 42 qutu "Diabzit" M dərman preparatı, 22 qutu test № 25, 550 ədəd lanset verilməli idi. Həmin müddətdə 15 qutu "Diabzit" M, 6 qutu test № 25 almışdır. Lanset isə ümumiyyətlə verilməmişdir. Göstərilən müddətdə 29 qutu "Diabzit" M dərman preparatını, 16 qutu Test №25 və 550 ədəd lanseti öz vəsaiti hesabına apteklərdən almışdır. Dərman preparatı və özünənəzarət vasitələri üçün xərclədiyi pul aşağıdakı kimidir. 1. "Diabzit" M dərmanı preparatı 29 qutu x 10 manat = 290 manat. 2. 16 qutu test N2 25 x 10 manat = 160 manat 3. 550 ədəd lanset x 0,03 manat = 16 manat 50 qəpik Cəmi : 290+160+16,5 = 466,5 manat. Dərman preparatları və özünənəzarət vasitələri üçün ümumilikdə 466 manat 50 qəpik pul xərcləmişdir. 02 iyul 2024-cü il tarixdə Abşeron rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə ərizə ilə müraciət edərək xərclədiyi pulun və təzminat qaydasında 1000 manat ona ödənilməsini istəmişdir. Bir aydan artıq vaxt keçməsinə baxmayaraq ərizəsinə cavab verilməmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Abşeron Rayon X3 Hüquqi Şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 15 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 30 oktyabr 2024-cü il tarixli İş № 2(012)-5469/2024 məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixindən Abşeron Rayon Mərkəzi Xəstəxanasında şəkərli diabet diaqnozu ilə qeydiyyata alınmışdır. Həkim təyinatına əsasən vətəndaş il ərzində 360 həb (12 qutu) Diabizid M № 30 (Qliklazid+Metformin) preparatı ilə təmin olunmalıdır. Təyinat müddəti ərzində vətəndaş həkim təyinatına uyğun olaraq 810 həb Diabizid M № 30 (Qliklazid+Metformin) preparatı (27 qutu) və qanunvericiliyə uyğun olaraq 1 ədəd Qlukometr aparatı, 9 qutu strip T U-Right №25 özünə nəzarət vasitələri ilə təmin edilmişdir. Qeydiyyata düşdüyü tarixdən bu günkü tarixədək təmin olunmuş dərman vasitələrinin siyahısı təqdim edilir: 1.17.10. 2022- Diabizid M № - 30 -1 qutu 2. 01.11. 2022- Qlükometr T Uright- 1ədəd 3. xx.xx.2022- Strip № 25-1 qutu 4. xx.xx.2022- Diabizid M № 30-1 qutu 5. 21.12. 2022- Diabizid M № 30- 1 qutu 6. 30.01. 2023- Diabizid M № 30- 1qutu 7. 31.01. 2023-Test № 25 -1 qutu 8. 15.02. 2023- Diabizid № 30- 1qutu 9. 01.04. 2023-Diabizid № 30-1 qutu 10. 06.05. 2023- Diabizid № 30-1 qutu 11. 08.06. 2023- Diabizid № 30-1 qutu 12. 21.07. 2023- Diabizid №30-1 qutu 13. 28.07. 2023- Test № 25-1 qutu 14. 26.08. 2023- Diabizid № 30 - 1 qutu

15. 29.09. 2023 - Diabizid № 1 qutu 16. 21.11. 2023 - Diabizid № 30 - 2 qutu 17. 19.01. 2024 - Diabizid № 30 - 2 qutu 18. 27.01. 2024 -Test №25-1 qutu 19. 12.03. 2024 - Diabizid № 30 - 2 qutu 20. 30.04. 2024 - Test № 25 -1 qutu21. May 2024 - Diabizid № 30 - 1 qutu 22. İyun 2024- Diabizid № 30 -1 qutu 23. İyul 2024- Diabizid № 30 - 2 qutu 24. 05 avqust - Diabizid № 30 -2 qutu + test 25. 10 sentyabr - Diabizid № 30 - 2 qutu + test

26. 09 oktyabr - Diabizid № 30 - 2 qutu + test 1 qutu Diabizid M - 6.726 qəpik 1 qutu Strip T -URİGHT №25 - 8.142 qəpik. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Novruzov X2 Muxtar Respublikası, Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi, ev 3, mənzil 102 ünvanda qeydiyyatdadır. Məhkəmədə sübutların tədqiqi zamanı müəyyən olunmuşdur ki, iddia ərizəsində qeyd edilənə görə iddiaçı xx.xx.2022-ci il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasında "şəkərli diabet" diaqnozu ilə dispanserdə qeydiyyata alınmışdır. Belə ki, Abşeron rayon Mərkəzi Xəstəxanası bu qanundan irəli gələn öhdəlikləri yerinə yetirmir və buna görə də iddiaçı dərman preparatlarını və özünənəzarət vasitələrini əksər hallarda öz vəsaiti hesabına apteklərdən almışdır. Dispanser qeydiyyatından keçdiyi 22 ay ərzində iddiaçıya 42 qutu "Diabzit" M dərman preparatı, 22 qutu test № 25, 550 ədəd lanset verilməli idi. Həmin müddətdə iddiaçı 15 qutu "Diabzit" M, 6 qutu test № 25 almış, Lanset isə ümumiyyətlə verilməmiş, göstərilən müddətdə 29 qutu "Diabzit" M dərman preparatını, 16 qutu Test №25 və 550 ədəd lanseti öz vəsaiti hesabına apteklərdən almışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, dərman preparatları və özünənəzarət vasitələrinə xərclədiyi 466 manat və təzminat olaraq 1000 manatın təzminat qaydasında Abşeron rayon X3 Hüquqi Şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Azrbaycan Respublikası Mülki Məcəlləsinin; 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə Şəkərli diabet xəstəliyinə tutulmuş xəstələrə göstərilinən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı göstərilmişdir. Qanunvericiliyə əsasən həmin dərmanların şəkərli diabet xəstələrinə verilməsi üçün cavabdeh öhdəliklər daşıyır. İddiaçı iddia tələbində qanunla ona verilməli olan dərman preparatlarını ona verilməməsini, və verilməyən dərmanların aptekdən almasını bildirmiş, lakin istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehdən ala bilmədiyi dərmanların aptekdən şəxsi vəsaiti hesabına aldığı barədə hər hansı qəbz və s. sənəd məhkəməyə təqdim edə bilməmişdir. İzahatında aldığı dərman qəbzlərini saxlamadığını, hazırda belə qəbzlərinin onda olmadığını bildirmişdir. Bununla da iddiaçı ona maddi ziyan dəydiyini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini sübut edə bilmədiyindən iddianın maddi tələb hissəsi təmin edilməməlidir. Bundan əlavə iddiaçı tələbində təzminat, yəni mənəvi ziyan olaraq 1000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iddianın mənəvi ziyan tələbi barədə qeyd edir ki, iddia tələbinin maddi ziyan hissəsi təmin edilmədiyindən, mənəvi ziyan tələbi də, sübut edlmədiyindən təmin edlə bilməz. Belə ki, mənəvi ziyanın ödənilməsi maddi ziyandan irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçının mənəvi ziyanın ödənilməsinə dair tələbi sübut olunmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdeh «Abşeron Rayon Mərkəzi Xəstəxanası» X6rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar