Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5414/2021 01.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 manat məbləğində borcun, vaxtında qaytarmadığı üçün gecikdirməyə görə 5000 manat məbləğində faizin, mənəvi zərərə görə 10000 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, Cavabdeh ümumilikdə 21800 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı onun bacısıdır. İddiaçı Cavabdeh işlədiyi gözəllik salonundan tanımışdır. İddiaçı gözəllik salonunda işləmişdir. Cavabdeh müştəri kimi gözəllik salonuna gəlmişdir. İddiaçı bəzən müştərilərini evdə də qəbul etdiyindən, cavabdehdə iddiaçının evinə gəlmişdir. 2017-ci ildə Cavabdeh onlara gələrək Abşeron rayonu, Məhəmmədi qəsəbəsindəki torpaq sahəsinin sənədləşdirilməsi üçün 7000 manat pul lazım olduğunu və sənədləşdirmədən sonra torpağı hazır müştəriyə satacağını bildirmişdir. İddiaçı cavabdehə 7000 manat pulu vermişdir. Cavabdeh iddiaçıya bu pulun ən gec 2 həftəyə qaytaracağını bildirmişdir. Lakin bu borcdan sonra iddiaçı cavabdehi təxminən bir ilə yaxın görməmişdir. Bir ildən sonra cavabdeh iddiaçıya uşağının xəstəli ilə əlaqədar olaraq İran İslam Respublikasında olduğunu və bütün pulu uşağına görə xərclədiyini bildirərək qısa vaxt istəmişdir. Bir neçə gün sonra cavabdeh səhhətinin ağır olduğunu və tez bir zamanda əməliyyat olunmalı olduğunu bildirərək ondan yenidən borc pul istəmişdir. İddiaçı cavabdehə yenidən 4000 manat pulu vermişdir. Bir neçə ay sonra cavabdeh yenidən onlara gələrək iddiaçıdan toyda istifadə etməsi üçün qızıllarını almış, lakin cavabdeh deyilən vaxt qızılları qaytarmamış və lombarda qoymuşdur. İddiaçı lombarda getdikdə isə pulun ödənilmədiyi üçün faizlərin yığıldığını və qızılların qaytarılmayacağı bildirilmişdir. İddiaçı 1800 manat pulu alıb qızıllarını lomborddan çıxarmışdır. Təxminən 3 gün sonra Cavabdeh iddiaçıdan sabah bütün pulu qaytaracağını bildirərək iddiaçıdan yenidən 4700 və 3000 manat məbləğində qızıl boyunbağını götürmüşdür. Bir həftə sonra cavabdeh iddiaçıya zəng edərək bir nəfərə öz böyrəyini verəcəyini və bunun müqabilində 34000 manat pulu alacağını bildirmişdir. İddiaçını inandırmaq üçün xəstəxanadan şəkillər çəkərək iddiaçıya göndərmişdir. Analizlər üçün 3 dəfə iddiaçıya 500 manat yəni ümumilikdə 1500 manat pul almışdır. Bundan əlavə 2020-ci ildə pandemiya dövründə cavabdeh iddiaçıdan 4 gün içində iki dəfə olmaqla ümümilikdə 8000 manat pulu yenidən almışdır. Hal-hazırda iddiaçı və ailəsi çox böyük maddi və mənavi sarsıntılar keçirdirlər. Bundan sonra iddiaçı ailəsinin dəstəyi ilə iddiaçı cavabdehi dələduzluq etdiyinə gördə polisə şikayət etmişdir. Polis tərəfindən cinayət işinin başlanması rədd olunmuşdur. Həmçinin cavabdehin öz əl xətti ilə borcu barədə etirafı da mövcuddur. Hazırda iddiaçı cavabdehdən 21800 manat pulunun qaytarılmasını tələb edir. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin 11 may 2021ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh tərəfindən imzalanaraq tərtib edilmiş izahatdan görünür ki, 2013-cü ildən Gülşən onu tanıyır. Müəyyən ehtiyacları olduğu üçün ayrı-ayrı vaxtlarda müəyyən borc pul alaraq bir qismini qaytarsa da, qalan hissəsini qaytara bilməmişdir. Gülşən ona pul verərkən həmin məbləğin üzərinə faiz gələrək hesablanmışdır. O, ümumilikdə Gülşəni tanıdığı vaxtdan 7000 manat borca pul almış, lakin Gülşən faix hesablayaraq 21800 manat borcu olduğunu iddia etmişdir. Hal-hazırda maddi durumu yaxşı deyildir, buna görə də qalan məbləği işləyərək hissə-hissə qaytaracaqdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Cavabdehnin 21800 manat pulu İddiaçı alması faktı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin 11 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında cavabdehin özünün verdiyi izahatı ilə təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, 21800 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.2-ci maddəsinə görə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21800 manat məbləğində pul və 30 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5414/2021
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-5414/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver