Məhkəmə qərarları › İş №2(012)-5417/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5417/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5417/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 16.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********49742 Samsung Galaxy A40 markalı telefon üçün 278.8 manat ödənilməmiş hissə, 88.2 manat dəbbə; 10.09.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********62288 Samsung Galaxy A10 markalı telefon üçün 229 manat ödənilməmiş hissə, 46 manat dəbbə; 22.10.2020-ci il tarixli müqaviləyə əsasən, X5 Kombi üçün 1436 manat ödənilməmiş hissə, 206 manat dəbbə; 07.11.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********055981 Samsung Galaxy A41 markalı telefon üçün 394 manat ödənilməmiş hissə, 67 manat dəbbə miqdarında borc olmaqla ümumilikdə, 2745 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 16.02.2020-ci il tarixli, 10.09.2020-ci il tarixli, 22.10.2020-ci il tarixli və 07.11.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********49742 Samsung Galaxy A40 markalı telefon, İMEİ Kodu **********62288 Samsung Galaxy A10 markalı telefon, X5 Kombi, İMEİ Kodu **********055981 Samsung Galaxy A41 markalı telefon almış və nəticədə 2745 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 16.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 688.8 manat (14 ay x 49 manat 20 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********49742 Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 367 manat olmaqla ondan, 278.8 manat ödənilməmiş hissə, 88.2 manat dəbbə; 10.09.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 380.4 manat (12 ay x 31 manat 70 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********62288 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 275 manat olmaqla ondan, 229 manat ödənilməmiş hissə, 46 manat dəbbə; 22.10.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1548 manat (18 ay x 86 manat + 0 manat ilkin ödəniş) X5 Kombi üçün ümumilikdə, 1642 manat olmaqla ondan, 1436 manat ödənilməmiş hissə, 206 manat dəbbə; 07.11.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 749.6 manat (12 ay x 56 manat 30 qəpik + 74 manat ilkin ödəniş) İMEİ Kodu **********055981 Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə, 461 manat olmaqla ondan, 394 manat ödənilməmiş hissə, 67 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1029 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC ilə bağladığı 16.02.2020-ci il tarixli, 10.09.2020-ci il tarixli, 22.10.2020-ci il tarixli və 07.11.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Galaxy A40 markalı, Samsung Galaxy A10 markalı, Samsung Galaxy A41 markalı telefonlar və X5 Kombi almışdır. Maddi çətinliyi yarandığından ödənişlərində gecikmələri yaranmışdır. Hazırda iddiaçının iddia tələblərini qəbul edir, ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 16.02.2020-ci il tarixli 20108077 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 25.03.2020-ci il tarixdən 25.04.2021-ci il tarixədək hər ay 49.2 manat ödəniş etməklə almışdır. -16.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 10.09.2020-ci il tarixli 21155730 saylı müqaviləndən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 23.10.2020-ci il tarixdən 23.09.2021-ci il tarixədək hər ay 31.7 manat ödəniş etməklə almışdır. -10.09.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 22.10.2020-ci il tarixli 21267613 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 04.12.2020-ci il tarixdən 04.05.2022-ci il tarixədək hər ay 86 manat ödəniş etməklə almışdır. -22.10.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyanı ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 07.11.2020-ci il tarixli 22026330 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 07.12.2020-ci il tarixdən 07.11.2021-ci il tarixədək hər ay 56.30 manat ödəniş etməklə almışdır. -07.11.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyanı ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -"xxxx" MMC tərəfindən verilmiş 17.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh 16.02.2020-ci il tarixli, 10.09.2020-ci il tarixli, 22.10.2020-ci il tarixli və 07.11.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********49742 Samsung Galaxy A40 markalı telefon, İMEİ Kodu **********62288 Samsung Galaxy A10 markalı telefon, X5 Kombi, İMEİ Kodu **********055981 Samsung Galaxy A41 markalı telefon almış və nəticədə 2745 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 16.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 688.8 manat (14 ay x 49 manat 20 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********49742 Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 367 manat olmaqla ondan, 278.8 manat ödənilməmiş hissə, 88.2 manat dəbbə; 10.09.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 380.4 manat (12 ay x 31 manat 70 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********62288 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 275 manat olmaqla ondan, 229 manat ödənilməmiş hissə, 46 manat dəbbə; 22.10.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1548 manat (18 ay x 86 manat + 0 manat ilkin ödəniş) X5 Kombi üçün ümumilikdə, 1642 manat olmaqla ondan, 1436 manat ödənilməmiş hissə, 206 manat dəbbə; 07.11.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 749.6 manat (12 ay x 56 manat 30 qəpik + 74 manat ilkin ödəniş) İMEİ Kodu **********055981 Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə, 461 manat olmaqla ondan, 394 manat ödənilməmiş hissə, 67 manat dəbbə miqdarında borc yaranmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, Cavabdeh müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 22.09.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 28.07.2021-ci il tarixli arayışdan görünür ki, Əliyev X3 rayonu Xırdalan şəhəri məhəllə 26, 20/10 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər dörd müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 16.02.2020-ci il tarixli 20108077 saylı müqavilə üzrə 278.8 manat ödənilməmiş hissə üzrə hesablanmış 88.2 manat, 10.09.2020-ci il tarixli 21155730 saylı müqavilə üzrə 229 manat ödənilməmiş hissə üzrə hesablanmış 46 manat, 22.10.2020-ci il tarixli 21267613 saylı müqavilə üzrə 1436 manat ödənilməmiş hissə üzrə hesablanmış 206 manat, 07.11.2020-ci il tarixli 22026330 saylı müqavilə üzrə 394 manat ödənilməmiş hissə üzrə hesablanmış 67 manat cərimələrin azaldılaraq hər bir müqavilə üzrə 10.00 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 16.02.2020-ci il tarixli 20108077 saylı müqavilə üzrə 278.8 manat əsas, 10.00 manat cərimə olmaqla cəmi 288.8 manat, 10.09.2020-ci il tarixli 21155730 saylı müqavilə üzrə 229 manat əsas, 10.00 manat cərimə olmaqla cəmi 239 manat, 22.10.2020-ci il tarixli 21267613 saylı müqavilə üzrə 1436 manat əsas, 10.00 manat cərimə olmaqla cəmi 1446 manat borc, 07.11.2020-ci il tarixli 22026330 saylı müqavilə üzrə 394 manat əsas, 10.00 manat cərimə olmaqla cəmi 404 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. 16.02.2020-ci il tarixli 20108077 saylı müqavilə üzrə 278.8 (iki yüz yetmiş səkkiz manat səksən qəpik) manat əsas, 10 (on) manat cərimə olmaqla cəmi 288.8 (iki yüz səksən səkkiz manat səksən qəpik) manat, 10.09.2020-ci il tarixli 21155730 saylı müqavilə üzrə 229 (iki yüz iyirmi doqquz) manat əsas, 10.00 (on) manat cərimə olmaqla cəmi 239 (iki yüz otuz doqquz) manat, 22.10.2020-ci il tarixli 21267613 saylı müqavilə üzrə 1436 (min dörd yüz otuz altı) manat əsas, 10 (on) manat cərimə olmaqla cəmi 1446 (min dörd yüz qırx altı) manat, 07.11.2020-ci il tarixli 22026330 saylı müqavilə üzrə 394 (üç yüz doxsan dörd) manat əsas, 10 (on) manat cərimə olmaqla cəmi 404 (dörd yüz dörd) manat, müqavilələr üzrə cəmi 2377.8 (iki min üç yüz yetmiş yeddi manat səksən qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar