Məhkəmə qərarları › İş №2(012)-542/2025

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-542/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-542/2025 22.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1908 manat məbləğində pulun, eləcə də tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, xx xxxxxx 1997-ci il tarixdə anadan olmuşdur, hazırda ünvan 1 ünvanında yaşayır. Bildirir ki, hazırki iş üzrə Cavabdeh qeyd olunan hadisə baş verməzdən əvvəl tanımamışdır. Belə ki, “SONY Max” adlı mağazadan 1 ədəd pult ilə birlikdə Playstation-5 markalı oyun konsolu almış, həmin oyun konsolunu icarəyə vermək qərarına gəlmiş və bununla bağlı “Tap.az” və “Lalafo.az” saytlarında elan yerləşdirmişdir. Cavabdeh onlayn paylaşım əsasında onunla əlaqə saxlamış və sözügedən oyun konsolunu icarəyə götürmək istədiyini bildirmişdir. O, 06 may 2024-cü il tarixdə cavabdeh ilə görüşmüş, icarə müddəti 4 gün və icarə haqqı isə 65 manat müəyyən edilmişdir. Müddət tamam olduqdan sonra cavabdeh ilə əlaqə saxlamış, ilk vaxtlar üzrxahlıq edərək rayonda olduğunu bildirsə də sonradan, ümumiyyətlə, telefon zənglərinə cavab verməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, cavabdeh bu cür hərəkətləri tək ona yox, bir neçə nəfərə qarşı da etmişdir. Qeyd edir ki, yuxarıda göstərilənləri təsdiq edən, cavabdehin özünün etirafı əks olunan video yazı vardır. Hazırda cavabdeh tərəfindən ona vurulan maddi ziyan, ümumilikdə, 1908 manat təşkil edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehdən ona vurulmuş ziyanın əvəzi olaraq 1908 manat məbləğində pul və 40 manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan “Orange Telecom” tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş zəmanət talonu və xx.xx.2024-cü il tarixli çeklərdən görünür ki, İddiaçı “Orange Telecom”-dan Playstation-5 markalı oyun konsolu almış, qeyd edilən əşyanın dəyəri olan 1082,96 manat məbləğində pulu tam olaraq ödəmiş və 1 illik zəmanət müddəti üçün 149,90 manat ödəniş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci və 442-ci maddələri təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan “Orange Telecom” tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş zəmanət talonu və xx.xx.2024-cü il tarixli çeklərdən göründüyü kimi İddiaçı “Orange Telecom”-dan Playstation-5 markalı oyun konsolu almış, qeyd edilən əşyanın dəyəri olan 1082,96 manat məbləğində pulu tam olaraq ödəmiş və 1 illik zəmanət müddəti üçün 149,90 manat ödəniş etmişdir. Daha sonra iddiaçı Ələkbərov X1-5 markalı oyun konsolunu Cavabdeh icarə haqqı 65 manat olmaqla, 4 gün müddətinə icarəyə vermiş, cavabdeh isə icarəyə verilmiş əşyanı vaxtında qaytaracağını öz öhdəsinə götürmüşdür, bu fakt iddiaçının məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarına əlavə edilmiş diskdə olan videoyazı ilə tam təsdiq olunur. Belə ki, qeyd edilən diskdə mövcud olan videoyazıdan görünür ki, Cavabdeh icarəyə götürdüyü Playstation-5 markalı oyun konsolunu 4 gün müddətinə 65 manat ödəməklə xx.xx.2024-cü il tarixdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin xeyli müddət keçməsinə baxmayaraq sözügedən əşyanı indiyədək qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 1908 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1908 manat pul və 40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar