Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5429/2025 17.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8688/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə zamin qismində, əsas borclu Cavabdeh əvəzinə xx.xx.2025-ci il tarixdə 13478 saylı ödəniş qəbzi ilə ödədiyi 3993 manat əsas borc və vəkil bürosuna ödədiyi 525 manat olmaqla, ümumilikdə 4518 manat pulun Cavabdeh alınaraq ona, yəni İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X2-Bank Kredit Təşkilatı cavabdeh qismində iş üzrə əsas borclu Cavabdeh, zaminlər qismində isə iddiaçıya və X3 oğluna qarşı “borc tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh, İddiaçı və X3 oğlundan 4503 ABŞ dolları əsas borc, 855.53 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5358.53 ABŞ dolları məbləğində borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsində (hakim Azər İsmayılovun sədrliyi ilə) 2(060)-8688/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Sözügedən qətnəmə əsasında zamin kimi əsas borclu Cavabdeh, "xxxx" X2-Bank Kredit Təşkilatına olan borcunu ödəməkdən yayınmışdır. Zamin olduğu üçün əsas borclunun əvəzinə borc ondan tələb olunmuşdur. İddiaçı məsuliyyətə cəlb olunmamaq üçün həmin borcu ödəməyə məcbur edilmiş, xx.xx.2025-ci il tarixdə 13478 saylı ödəniş qəbzi ilə banka 3993 manat pul ödəmişdir. Bu barədə xx.xx.2025-ci il tarixdə "xxxx" X2-Bank Kredit Təşkilatı tərəfindən borcun xitamı barədə ona arayış verilmişdir. Borclu Cavabdeh yerinə ödədiyi pulu ondan geri ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh pul götürmüş, iddiaçı isə zamin olmuşdur. Cavabdeh pulu ödəmədiyinə görə qətnamə çıxarılmışdır. İcrada işə xitam verilmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8688/2017 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh, İddiaçı və X3 oğlundan birgə qaydada kredit müqaviləsi üzrə 4503 ABŞ dolları əsas borc və 855.53 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5358.53 ABŞ dolları məbləğində kredit borcu və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun iddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir. -Sözügedən qətnamədə qeyd olunmuşdur ki, kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" MM QBKT və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********5353 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 27% olmaqla 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. -Həmçinin qətnamədə qeyd olunmuşdur ki, kredit müqaviləsinin təminatı kimi digər cavabdehlər İddiaçı və X3 oğlu kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən Cavabdeh zamin durmuşlar və zaminlik şərtlərinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -xx.xx.2025-ci il tarixli, 13478 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən “Cavabdeh kredit ödənişi” təyinatı üzrə "xxxx" X1 hesabına 3993 manat ödəniş edilmişdir. -xx.xx.2025-ci il tarixli, 1236 saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 6 saylı vəkil bürosunun hesabına 525 manat ödəniş edilmişdir. -"xxxx" MM QBKT tərəfindən Cavabdeh və zaminləri X3 oğlu və Cavabdeh verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, onların "xxxx" MM QBKT qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyi yoxdur. -AR Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı verilmiş 131802 saylı vəsiqədən görünür ki, vəsiqənin sahibi müharibə veteranı olduğu üçün AR qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və AR ərazisində qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MM QBKT tərəfindən Cavabdeh 5000 ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərin təminatçısı kimi zamin İddiaçı zaminlik müqaviləsi imzalamışdır. Borc ödənilmədiyi üçün tələbkarın ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8688/2017 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən borcun müştərək qaydada borclulardan tutulması qət edilmişdir. İddiaçı həmin borc vəsaitindən 3993 manat ödəniş etmiş və hazırda həmin məbləğin Cavabdeh məhkəmə qaydasında tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borclu və zamin arasında olan münasibətlərdir. Həmin müqavilə və qanunvericilik əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh əvəzinə 3993 manat məbləğində pul vəsaitini ödəməsi tədqiq edilmiş sübutlarla, həmçinin xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə tam olaraq sübuta yetirmişdir. Odur ki, borclu üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün tələb olunan borc zamindən tutulduğu üçün iddiaçı ödəmiş olduğu 3993 manat pul vəsaitinin cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulmalıdır. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı (müharibə veteranı olduğu üçün) dövlət rüsumu ödəməkdən qanunla azad olduğundan ödənilməli olan 59.93 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməli, 525 manat vəkil xərci isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3993 manat pul vəsaiti və 525 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilməli olan 59.93 manat dövlət rüsumu isə cavabdehdən tutularaqq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3993 manat miqdarında pul vəsaiti və 525 manat vəkil xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməli olan 59.93 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-5429/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5429/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver