Məhkəmə qərarları › İş №2(012)-5440/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5440/2022

28.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5440/2022 28.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı cavabdeh Baş X2 İdarəsinə qarşı sürücülük vəsiqəsinin və dövlət nömrə nişanının dəyişdirilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh Baş X2 İdarəsinə qarşı sürücülük vəsiqəsinin və dövlət nömrə nişanının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup X1, Qazi olduğu üçün 2014-cü ildə Dövlət tərəfindən ona dövlətin mülkiyyətində olmaqla, ona isə ancaq idarə etmə hüququ verilməklə 90UN181 dövlət nömrə nişanlı, Nazlifan markalı avtomobilin itirilmiş qeydiyyat nömrəsinin və avqust 2022-ci ildə istifadə müddəti bitmiş mənim adıma oan Sürücülük vəsiqəsinin yenisi ilə əvəz olunması öhdəliyinin DİN- nin Baş X2i İdarəsinə havalə olunmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPMnin 153-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddialardan biri də, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialardır. (məcburetmə haqqında iddia); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 5. bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi inzibati orqanlar sırasına daxil edilmişdir. İddiaçı əvvəlcə mübahisənin həll edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş X2 İdarəsinə müraciət edərək imtina cavabı almalı, cavabdehin qərar və hərəkətlərini mübahisələndirməli olduğu halda, aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu halda düzgün olmayaraq ümumi məhkəməyə müraciət etmişdir. Bu halda, məhkəmə iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Eyni zamanda, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15.4-cü bəndinin məzmununa görə eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1 maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, hazırkı iddia ərizəsinə məhkəmədə mülki iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsi yolverilməz hesab edilməli və iddiaçıya aidiyyətı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Baş X2 İdarəsinə qarşı sürücülük vəsiqəsinin və dövlət nömrə nişanının dəyişdirilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya aidiyyətı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar