Məhkəmə qərarları › İş №2(012)-545/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-545/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-545/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək x xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh Cavabdeh onun xeyrinə 634.73 manat əsas borc, 132.03 manat faiz borcu və 45.85 manat cərimə olmaqla, ümumilikdə 812.61 manat borcun, xx xxxxxx 2019cu il tarixli kredit müqaviləsi üzrə 611.19 manat əsas borc, 126.71 manat faiz borcu və 39.8 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 777.7 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən «FİNtrend» Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 36 ay müddətinə 799 manat,xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 35 faizlə 33 ay müddətinə 799 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020-ci ilədək Cavabdeh banka xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 634.73 manat əsas borc, 132.03 manat faiz borcu və 45.85 manat cərimə olmaqla, ümumilikdə 812.61 manat, xx xxxxxx 2019-ci il tarixli kredit müqaviləsi üzrə 611.19 manat əsas borc,126.71 manat faiz borcu, 39.8 manat cərimə borcu vardır. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək,öz çıxışında iddianın əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Mülki işin materiallarında olan xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh «FİNtrend» Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 36 ay müddətinə 799 manat, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 35 faizlə 33 ay müddətinə 799 manat kredit götürmüşdür. Mülki işin materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki,”İddiaçı” ASC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehin kredit müqaviləsi üzrə ”İddiaçı” ASC-yə 634.73 manat əsas borc, 132.03 manat faiz borcu və 45.85 manat cərimə olmaqla, ümumilikdə 812.61 manat borcu, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 611.19 manat əsas borc,126.71 manat faiz borcu və 39.8 manat cərimə borcu olmaqla,ümumilikdə 777.7 manat borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli,İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Belə ki, Cavabdeh xx xxxxxx 2018ci il tarixli kredit müqaviləsinə əsasən 634.73 manat əsas borc, 132.03 manat faiz borcu və 45.85 manat cərimə olmaqla, ümumilikdə 812.61 manat borc pul və xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 611.19 manat əsas borc, 126.71 manat faiz borcu,39.8 manat cərimə borcu olmaqla, ümumilikdə 777.7 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 634.73 manat əsas borc, 132.03 manat faiz borcu və 45.85 manat cərimə olmaqla, ümumilikdə 812.61 manat borc pul və xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 611.19 manat əsas borc,126.71 manat faiz borcu, 39.8 manat cərimə borcu olmaqla, ümumilikdə 777.7 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar