Məhkəmə qərarları › İş №2(012)-547/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-547/2024

26.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-547/2024 26.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 10 yanvar 2009-cu il təvəllüdlü X3 və 06 avqust 2011ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron rayon məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(012)-2927/2019 saylı qətnaməsilə hər uşaq üçün alimentin məbləğinin 160 manatdan artırılaraq 250 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə göndərməklə iddia ərizəsinin aidiyyatı üzrə Masallı rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir Ərizədən görünür ki, 2(012)-547/2024 saylı mülki iddia ərizəsi ərazi aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Belə ki, ünvan 1 ünvanda yerləşən, valideynlərinə məxsus olan yaşayış evi 2018-ci ildə özgənınkıləşdiriləndən sonra, o, əmlakıyla birlikdə atasının Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən yaşayış evinə köçmüşdür. Cavabdeh isə ünvan 2 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İddia ərizəsində iddiaçının ünvanı qismində qeyd olunan ünvan 3 ünvanda isə iddiaçı və uşaqları, istər olduğu yer, istərsə də yaşayış yeri üzrə qeydiyyatda deyillər. Masallı rayonu İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 26 saylı 08 yanvar 2024-cü il tarixli arayışından aydın olur ki, ilə o, atasının ailə üzvü olmaqla Masallı rayonun Ərkivan qəsəbəsində atasına məxsus evdə yaşayır və yuxarıda qeyd etdiyi kimi onun əmlakı da məhz bu ünvanda yerləşir. Göründüyü kimi, hazırkı iş üzrə iddia ərizəsinə hər bir halda, onun yaşayış yeri və əmlakının olduğu yer üzrə, habelə iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu yer üzrə Masallı rayon məhkəməsində baxılmalı olduğu halda, iddia ərizəsi ərazi aidiyyətinin pozulması ilə Abşeron rayon məhkəməsinin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı mülki işin aidiyyatı üzrə Masallı rayon məhkəməsinə göndərilməsinə etiraz etmədi. Mülki iş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 2(012)-547/2024 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Masallı rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İş materiallarında olan iddiaçı X2 şəxsiyyəti vəsiqəsinin surətindən və elektron məhkəmə sistemindən görünür ki, İddiaçı Masallı rayonunda qeydiyyatdadır, cavabdehin isə qeydiyyat yeri məlum deyil. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 2(012)-547/2024 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar