Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5480/2024 09.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 cəmi 3963,45 manat pulun, habelə dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6445/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh, X2 və ondan 3070,80 manat əsas, 862,65 faiz, cəmi 3933,45 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sonradan həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilsə də, hazırki iş üzrə cavabdeh olan Cənnət Məhərrəm məhkəmə qətnaməsində nəzərdə tutulan pulu ödəmədiyi üçün həmin borc onun pensiyasından tutularaq qətnamə icra olunmuşdur və bu fakt ərizəsinə əlavə etdiyi hesabdan çıxarışla və Gəncə şəhər İcra İdarəsinin 18 iyul 2024-cü il tarixli məktubu ilə öz təsdiqini tapır. Lakin buna baxmayaraq cavabdeh onun pensiyasından-tutulan məbləği geri qaytarmamışdır, Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 24.0.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 12 ay müddətinə 24 faizlə 5000 manat kredit verilmişdir. --"xxxx" KB ASC ilə X2 və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, zamin kreditor qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6445/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh, X1 və İddiaçı 3070,80 manat əsas, 862,65 manat faiz, cəmi 3933,45 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. -“BOA” Agency tərəfindən Gəncə Şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6445/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclu Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə olan borcunu tam ödəmişdir. Odur ki, “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. -“Kapital Bank” tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2024-cü il tarixlərini əhatə edən ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus kartdan ümumilikdə -31,396.98 manat pul çıxılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Neman Vəliyev küçəsi, dalan 3, ev 3, Cavabdeh isə Abşeron rayonu, Saray qəsəbə Ə/D, Saray qəsəbəsi ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385-ci maddəsinə əsasən, öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1 maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3 maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etməş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 24.0.2019-cu il tarixli kredit müqaviləsi iİə borcluya 12 ay müddətinə 24 faizlə 5000 manat kredit verilmiş, "xxxx" KB ASC ilə X2 və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən, zamin kreditor qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6445/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh, X1 və İddiaçı 3070,80 manat əsas, 862,65 manat faiz, cəmi 3933,45 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməyən cavabdehin kreditor qarşısında öhdəliyi yaranmış və həmin öhdəliklərin icrasının təmin edilməsi məqsədilə hazırki iş üzrə İddiaçı cavabdehin bank qarşısında kredit öhdəliyini icra edərək “Kapital Bank” tərəfindən verilmiş xx.xx.2022xx.xx.2024-cü il tarixlərini əhatə edən ödəniş kartı üzrə çıxarışa əsasən Cavabdeh əvəzindən banka 3933,45 manat kredit borcu və 30 manat rüsum məbləğini ödəmişdir. Hazırda, iddiaçının, yəni kredit müqaviləsi üzrə zamin dayanmış İddiaçı borcalanına münasibətdə reqres qaydada borcu tələb etmək hüququ yarandığından iddiaçı onun tərəfindən ödənilmiş 3963,45 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 509.1. maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2. maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində bank qarşısında yaranmış kredit öhdəliyinin iddiaçı tərəfindən ödənilməsi, sonuncunun hazırki iş üzrə iddiaçı qarşısında 3963,45 manat borcunun qalması “Kapital Bank” tərəfindən verilmiş xx.xx.2022-xx.xx.2024-cü il tarixlərini əhatə edən ödəniş kartı üzrə çıxarış və “BOA” Agency tərəfindən Gəncə Şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubdan da öz təsdiqini tapmışdır. Nəticə etibarı ilə, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin-İddiaçı tərəfindən ödənilmiş 3963,45 manat pul vəsaiti və ödənilmiş 60 dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı tərəfindən ödənilmiş 3963,45 manat (üç min doqquz yüz altmış üç manat qırx beş qəpik) pul vəsaiti və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5480/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5480/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver