Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5513/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank VTB Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB Azərbaycan Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2014-cü il tarixli 124897-1- 11071 saylı “Kredit xətti müqaviləsi” üzrə 25.08.2021-ci il tarixinə banka borclu olduğu 351.72 ABŞ dolları əsas, 92.91 ABŞ dolları faiz üzrə borc olmaqla, ümumilikdə 444.63 ABŞ dolları dolları borcun, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10.04.2015-ci il tarixli 124897-1-14456 saylı “Nağd pul kredit müqaviləsi” üzrə 25.08.2021-ci il tarixinə banka borclu olduğu 1390.46 ABŞ dolları əsas, 199.75 ABŞ dolları faiz üzrə borc olmaqla, ümumilikdə 1590.21 ABŞ dolları borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun qanun üzrə vərəsələr-Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Bank VTB (Azərbaycan) ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vəfat etməsi səbəbindən onun cavabdehlər sırasından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2014-cü il tarixli 124897-1-11071 saylı kredit xətti müqaviləsi bağlanmış və illik 32 faiz hesablanması şərti ilə 24 ay müddətinə 1080 ABŞ dolları kredit verilmişdir. Həmçinin, bank ilə Cavabdeh1 arasında bağlanmış 10.04.2015-ci il tarixli 124897-1-14456 saylı nağd pul kredit müqaviləsinə əsasən Cavabdeh1 şəxsi məqsədlə illik 20 faiz hesablanması şərti ilə 45 ay müddətinə 3117 ABŞ dolları kredit verilmiş, cavabdeh isə həmin borcun qaytarılmasını öz üzərinə götürmüşdür. Lakin borclu Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin banka 25.08 2021-ci il tarixinə 15.05.2014-cü il tarixli 124897-1-11071 saylı kredit xətti müqaviləsi üzrə 351.72 ABŞ dolları əsas, 92.91 ABŞ dolları faiz üzrə borc olmaqla ümumilikdə 444.63 ABŞ dolları, eləcə də 10.04.2015-ci il tarixli 124897-1-14456 saylı nağd pul krediti müqaviləsi üzrə 1390.46 ABŞ dolları əsas, 199.75 ABŞ dolları faiz üzrə borc olmaqla ümumilikdə 1590.21 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kreditalanın vəzifəsidir. Cavabdeh1 27.01.2016-cı il tarixdə vəfat etmiş və Bakı şəhəri 1 saylı xüsusi Notariat Kontoru tərəfindən verilmiş 08.01.2021-ci il tarixli məktuba əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bərabər paylarda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kredit verən Bank VTB Azərbaycan QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 15.05.2014-cü il tarixli 124897-1-11071 saylı kredit xətti müqaviləsindən görünür ki, kredit verən kredit alana 15.05.2014-cü il tarixdən 15.05.2016-cı il tarixədək 1080 ABŞ dolları bərpa olunan kredit xəttinin təqdim olunması üzrə öhdəliklər götürmüş, kredit alan isə öz növbəsində həmin kredit xətti üzrə alınan vəsaitlərin hazırki müqavilədə nəzərdə tutulmuş şərtlər və müddət ərzində qaytarılmasını, həmçinin, hazırki müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə istifadə edilmiş məbləğ üzrə illik 32 faizin ödənilməsi öhdəliyini götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 14.12.2018-ci il tarixdən başlayaraq, 16.11.2020-ci il tarixə kimi hər ay banka 270.00 ABŞ dolları (sonuncu ay isə 280.39 ABŞ dolları) ödəməklə qaytarmalıdır. -15.05.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan Cavabdeh1 kredit müqaviləsi üzrə bankdan 3117 ABŞ dolları kredit vəsaitini imza edərək təhvil almışdır. -25.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank VTB Azərbaycan QSC-yə 15.05.2014-cü il tarixli 124897-1-11071 saylı kredit xətti müqaviləsi üzrə 351.72 ABŞ dolları əsas, 92.91 ABŞ dolları faiz olmaqla cəmi 444.63 ABŞ dolları borcu vardır. -Kredit verən Bank VTB Azərbaycan QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 10.04.2015-ci il tarixli 124897-1-14456 saylı nağd pul kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 45 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 3117 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 11.05.2015-ci il tarixdən başlayaraq, 10.01.2019-cu il tarixə kimi hər ay banka 99.64 ABŞ dolları (sonuncu ay isə 59.42 ABŞ dolları) ödəməklə qaytarmalıdır. -25.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank VTB Azərbaycan QSC-yə 10.04.2015-ci il tarixli 124897-1-14456 saylı nağd pul kredit müqaviləsi üzrə 1390.46 ABŞ dolları əsas, 199.75 ABŞ dolları faiz olmaqla cəmi 1590.21 ABŞ dolları borcu vardır. -Bank VTB Azərbaycan QSC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış 13.08.2021-ci il tarixli pretenziyadan görünür ki, bank tərəfindən borcalanlara kredit müqavilələri üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.11.2015-ci il tarixli AZ-İ № 777091 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 01.11.2015-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 565 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -28.09.2018-ci il tarixli 2V-102 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.11.2015-ci il tarixdə ölmüş mərhum Cavabdeh1 vərəsələri arvadı Cavabdeh2, oğlu Cavabdeh3 və qızı Cavabdeh4 miras əmlakdan hər biri bərabər payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi tərəfindən 09.2018-ci il tarixdə Cavabdeh1 verilmiş **********56 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsindən ibarətdir. -Abşeron rayon 1 saylı Notariat Ofisinin 08.01.2021-ci il tarixli 76 saylı məktubundan görünür ki, 01.11.2015-ci il tarixdə vəfat etmiş Cavabdeh1 Abşeron rayon 1 saylı Notariat Kontorunda 26.01.2017-ci il tarixdə vərəsəlik işi açılmış və 28.09.2018-ci il tarixdə 2V-102 reyetrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 vərəsəsi arvadı Cavabdeh2, oğlu Cavabdeh3 və qızı Cavabdeh4dır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 31.10.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 1-ci küçə 18 saylı evdə qeydiyyatda olmuş və 27.01.2016-cı il tarixdə ölüm səbəbi ilə qeydiyyatdan çıxarılmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 19.08.2021-ci il tarixli və 09.03.2021-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 1ci küçə 18 saylı evdə qeydiyyatdadırlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin cavabdehlərlə bağlı hissəsində məhkəmə qeyd edir ki, ilk olaraq iddia tələbinin yönəldiyi cavabdehlərin həmin iddia tələbi ilə bağlı subyektiv hüququnun olubolmamağı müəyyənləşdirilməlidir. Belə ki, iddia tələbi Cavabdeh1 vəfat etdiyindən onun varisləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yönəldilmişdir. Abşeron rayonu 1 saylı notariat kontorunun 08.01.2021-ci il tarixli 76 saylı məktubuna əsasən 01.11.2015-ci il tarixdə vəfat etmiş Cavabdeh1 Abşeron rayon 1 saylı Notariat Kontorunda 26.01.2017-ci il tarixdə vərəsəlik işi açılmış və 28.09.2018-ci il tarixdə 2V-102 reyetrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh1 vərəsəsi arvadı Cavabdeh2, oğlu Cavabdeh3 və qızı Cavabdeh4 olmuş və onlar 28.09.2018-ci il tarixli 2V- 102 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak olaraq ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsindən hər biri bərabər payda irs almışlar. Göründüyü kimi, mərhum şəxsin vərəsələri artıq müəyyən edilmişdir. Ona görə də iddia ərizəsində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər kimi göstərilməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri yaranmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Həmçinin, Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər-vərəsələr Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mərhum Cavabdeh1 miras qalmış əmlakından pay aldıqlarından onun kredit müqaviləsi üzrə borcuna da birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bank VTB Azərbaycan QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2014-cü il tarixli 124897-1- 11071 saylı kredit xətti müqaviləsi üzrə 351.72 ABŞ dolları əsas, 92.91 ABŞ dolları faiz olmaqla cəmi 444.63 ABŞ dolları borc, 10.04.2015-ci il tarixli 124897-1-14456 saylı nağd pul kredit müqaviləsi üzrə isə 1390.46 ABŞ dolları əsas, 199.75 ABŞ dolları faiz olmaqla cəmi 1590.21 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat cavabdehlər-vərəsələr Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb iddiaçı Bank VTB Azərbaycan QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda cavabdehlərdən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Bank VTB Azərbaycan QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2014cü il tarixli 124897-1-11071 saylı kredit xətti müqaviləsi üzrə 351.72 (üç yüz əlli bir ABŞ dolları yetmiş iki sent) ABŞ dolları əsas, 92.91 (doxsan iki ABŞ dolları doxsan bir sent) ABŞ dolları faiz olmaqla cəmi 444.63 (dörd yüz qırx dörd ABŞ dolları altmış üç sent) ABŞ dolları borc, 10.04.2015-ci il tarixli 124897-1-14456 saylı nağd pul kredit müqaviləsi üzrə 1390.46 (min üç yüz doxsan ABŞ dolları qırx altı sent) ABŞ dolları əsas, 199.75 (yüz doxsan doqquz ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz olmaqla cəmi 1590.21 (min beş yüz doxsan ABŞ dolları iyirmi bir sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb iddiaçı Bank VTB Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5513/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5513/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver