Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5535/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Gülsevən oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Gülsevən oğlunun Cavabdeha qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Gülsevən oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC -nə ödədəyi 2300 manat və 8 ay müddətində (hər ay 170 manat) 1190 manat, cəmi 3490 manat miqdarında pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Gülsevən oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onunla Cavabdeh arasında 25.08.2017-ci il tarixdə 2 saylı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2031 saylı rəsmi nikahları qeydə alınmışdır. Onların birgə nikahlarından bir övladları 22.07.2018-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Belə ki, onunla Cavabdeh arasında olan ər-arvad münasibətləri tamamilə pozulduğu, nikahları formal xarakter daşıdığı və ailə münasibətləri dözülməz həddə çatmdığı üçün o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-33307/2020 saylı, 29.09.2020-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilərək, onunla Cavabdeh arasında 2 saylı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən bağlanan 25.08.2017-ci il tarixli, 2031 saylı nikahın pozulması, 14.08.2020-ci il tarixdən başlayaraq 22.07.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. O, məhkəmə ilə təyin edilmiş alimenti cavabdehin xeyrinə ödəyir. Bildirmək istəyir ki, ailəsinin dağılmasına cavabdeh səbəb olmuşdur. Çünki cavabdeh dəfələrlə xəyanət etmiş və sonda sübuta yetirdiyi üçün o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aralarında olan münasibətlərinin lap pisləməməsi üçün o, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edən zaman xasiyyətlərinin uyğun gəlməməsini əsas tutmuş və xəyanət barədə məhkəmədə söhbət açmamışdır. Lakin son olanlar onu lap dözülməz həddə çatdırmış və o, məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət edir. Çünki onlar ailəli olan zaman dəfələrlə onun mobil telefon nömrəsinə gecə yarısı tanımadığı nömrələrdən zənglər daxil olurdu və Uğurun onun övladı olmadığı deyilirdi. O, DİN-də polis nəfəri vəzifəsində çalışır. Düşünürdü ki, onu tanıyan və qərəzli bir şəxs və ya şəxslərdir, acıq niyyəti ilə belə hadisələr baş verir. Lakin ailəsinin xəyanət üstündə dağılması və bəzi hadisələrlə üzləşdiyi üçün bu hallar o da şübhə hissi yaradır. O, Uğurun onun övladı olub-olmamasını dəqiqləşdirmək üçün DNK testi keçirmək istəmişdir. Lakin cavabdeh bu təklifindən imtina etmişdir. Uğurun onun övladı olmamasını da inkar etmədiyi üçün o, məcbur olub atalığın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 22.07.2018-ci ildə Bakı şəhərində anadan olmuş X2 DNK testi keçirilərək onun övladı olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1248/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsinə əsasən onun Cavabdeh qarşı atalığın müəyyən olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Lakin məhkəmə baxış iclası zamanı izahat verən cavabdeh uşağın onun uşağı olmadığını etiraf etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X1 X4 16.06.2021-ci il tarixli 9/574 saylı rəyindən görünür ki, 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış 16 müxtəlif STR lokusdan 16-sı (cədvəl -1, 1- 16 saylı STR lokuslar) üzrə X3 ilə güman olunan ata İddiaçı Gülsevər oğlu arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır: Testin keçirilməsi üçün götürülən 16 STR lokusdan 16-ı (1-16 saylı STR lokuslar) üzrə təyinat aparmaq mümkün olmuşdur. Cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 15 (1-15 saylı STR lokuslar) autosom STR lokuslar üzrə analıq faktı şübhəsidir. Lakin lokusların hər biri üzrə testə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində tam şəkildə uyğunluq, yəni hər bir STR lokus üzrə ən azı bir ortaq allel aşkarlanmamışdır. Testin nəticələrini aşağıdakı kimi interpretasiya etmək olar. Amelogeniplə alman nəticə reallığı uyğun gəlmişdir - testə uğradılan uşaq oğlandır. Testə uğradılan şəxslərin genotiplərində 11 halda (D8S1179, D21S11, D7S820, CSFİPO, D3S1358, THOİ, D13S317, D19S433, TPOX, D18C51 və D5S818 STR lokuslan üzrə) güman olunan ata (F) ilə uşaq (C) arasında uyğunlşuq aşkar edilmişdir (cədvəldə xüsusi sütunda C-nin güman olunan ataya- F-ə nəzərən obliqat allelləri yağlı şirftlə altından xətt çəkilməklə göstərilmiş və “uyğundur” kimi qiymətləndirilmişdir). Bu hallardan üçündə (D21Sİ 1, D7S820 və D19S433 STR lokuslan üzrə) uşaöın DNT profillərində ata ilə ortaq allellər (lokuslar üzrə uyğun olaraq 30,11 və 13 saylı allellər) aşkarlansada həmin allellər birqiymətli olaraq anadan götürüldüyündən, həmçinin həmin STR lokuslar üzrə uşağın DNT profillərində nə anaya, nə də güman olunan ataya mənsub olmayan, yəni üçüncü şəxsə (digər ayata) mənsub olan allellər (lokuslar üzrə uyğun olaraq (31), (12) və (15) saylı allellər) aşkarlandığından həmin lokuslar üzrə nəticələr “uvdundur. lakin nəticə neaaticdir” kimi qiymətləndirilmişdir. Qalan dörd halda (D16S539. D2S1338. vWA və FGA STR lokuslan üzrə) isə güman olunan ata (F) ilə usaq (C) arasında uyğunsuzluq aşkarlanmışdır (nəticələr cədvəldə xüsusi sütunda “yoxdur” qevd olunaraq “uyqun devil” kimi qiymətləndirilmişdir). Bütün hallarda usadın DNT profillərində askarlanna nə anava nə də ki. güman olunan atava mənsub olmayan, vəni ücüncü səxsə (digər atava) mənsub olan allellər cərcivəvə alınaraq göstərilmişdir. Beləliklə genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə bizim aramızda qohumluq əlaqəsinin olmadığını göstərir. Bütün bunlardan əlavə qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq mənim ekspertizaya təqdim etdiyim X3 adlı uşağın atası olması inkar olunmuşdur. Ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin yəni 2300 manat pulun alınmasını o təmin etmişdir. Qeyd etdiyi kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-33307/2020 saylı, 29.09.2020-ci il tarixli qətnaməsinə əsasən 14.08.2020-ci il tarixdən başlayaraq 22.07.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment məndən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. O həmin qətnamədə qeyd edilən aliment pulun hər ay cavabdehə ödəyirdi. 14.08.2020ci il tarixdən 10.01.2021-ci il tarixə kimi mən cavabdehə hər ay 170 manat, cəmi 1190 manat məbləğində pul ödəmişdir. Halbuki bu müddət ərzində cavabdeh uşağın ondan olmadığını bildiyi halda ondan aliment alırdı. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh uşağın ondan olmadığını etiraf etmişdir. Halbuki o, məhkəməyə iddia ərizəsini vermədən öncə dəfələrlə cavabdehlə danışlaqlar aparmış, ancaq uşağın ondan olmadığını etiraf etmişdir. Beləliklə yuxarıda qeyd etdiklərimə əsasən Cavabdeh "xxxx" MMC-nə ödədəyi 2 300 manat pulun və 8 ay müddətində (hər ay 170 manat) 1190 manat pulun alınıb ona verilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi və məhkməyə ünvanladığı ərizədə bildirdi ki, iddia tələbini ödənilmiş 1190 manat aliment hissəsi ilə razıdır, həmn məbləği hissə-hissə iddiaçıya qaytarmağa heç bir etirazı yoxdur. Lakin iddia tələbini genetik ekspertiza xərci olan 2300 manat hissəsində qəbul etmir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsi ilə bağlı mülki işə baxılarkən və mülki işə baxılmamışdan da əvvəl İddiaçı 22.07.2018-ci il təvəllüdlü Uğur Quliyevin atası olmamasını dəfələrlə bildirmiş, qətnamə iləı bağlı işə baxılarkən etiraf etmişdir. Ona görə də ondan ekspertiza xərcinin tutulmasını düzgün qəbul etmir. Odur ki, o, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X1 X4 16.06.2021-ci il tarixli 9/574 saylı rəyindən görünür ki, 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış 16 müxtəlif STR lokusdan 16-sı (cədvəl -1, 1-16 saylı STR lokuslar) üzrə X3 ilə güman olunan ata İddiaçı Gülsevər oğlu arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır: Testin keçirilməsi üçün götürülən 16 STR lokusdan 16-ı (1-16 saylı STR lokuslar) üzrə təyinat aparmaq mümkün olmuşdur. Cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 15 (1-15 saylı STR lokuslar) autosom STR lokuslar üzrə analıq faktı şübhəsidir. Lakin lokusların hər biri üzrə testə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində tam şəkildə uyğunluq, yəni hər bir STR lokus üzrə ən azı bir ortaq allel aşkarlanmamışdır. Testin nəticələrini aşağıdakı kimi interpretasiya etmək olar. Amelogeniplə alman nəticə reallığı uyğun gəlmişdir - testə uğradılan uşaq oğlandır. Testə uğradılan şəxslərin genotiplərində 11 halda (D8S1179, D21S11, D7S820, CSFİPO, D3S1358, THOİ, D13S317, D19S433, TPOX, D18C51 və D5S818 STR lokuslan üzrə) güman olunan ata (F) ilə uşaq (C) arasında uyğunlşuq aşkar edilmişdir (cədvəldə xüsusi sütunda C-nin güman olunan ataya- F-ə nəzərən obliqat allelləri yağlı şirftlə altından xətt çəkilməklə göstərilmiş və “uyğundur” kimi qiymətləndirilmişdir). Bu hallardan üçündə (D21Sİ 1, D7S820 və D19S433 STR lokuslan üzrə) uşaöın DNT profillərində ata ilə ortaq allellər (lokuslar üzrə uyğun olaraq 30,11 və 13 saylı allellər) aşkarlansada həmin allellər birqiymətli olaraq anadan götürüldüyündən, həmçinin həmin STR lokuslar üzrə uşağın DNT profillərində nə anaya, nə də güman olunan ataya mənsub olmayan, yəni üçüncü şəxsə (digər ayata) mənsub olan allellər (lokuslar üzrə uyğun olaraq (31), (12) və (15) saylı allellər) aşkarlandığından həmin lokuslar üzrə nəticələr “uvdundur. lakin nəticə neaaticdir” kimi qiymətləndirilmişdir. Qalan dörd halda (D16S539. D2S1338. vWA və FGA STR lokuslan üzrə) isə güman olunan ata (F) ilə usaq (C) arasında uyğunsuzluq aşkarlanmışdır (nəticələr cədvəldə xüsusi sütunda “yoxdur” qevd olunaraq “uyqun devil” kimi qiymətləndirilmişdir). Bütün hallarda usadın DNT profillərində askarlanna nə anava nə də ki. güman olunan atava mənsub olmayan, vəni ücüncü səxsə (digər atava) mənsub olan allellər cərcivəvə alınaraq göstərilmişdir. Beləliklə genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onların arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq İddiaçı Gülsevən oğlunun ekspertizaya təqdim olunmuş X3 adlı uşağın atası olması inkar olunmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1248/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Gülsevən oğlunun Cavabdeh qarşı atalığın müəyyən olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1248/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi İddiaçı Gülsevən oğlunun Cavabdeh qarşı atalığın müəyyən olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə İddiaçı Gülsevən oğlunun iddia tələbi rədd edildiyindən atalığın müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilmiş 2300 manat məbləğində ekspertiza xərcinin AR MPM-in 119.1-ci maddəsinin tələbinə görə Cavabdeh alınması əsassız olduğundan iddia tələbinin Cavabdeh "xxxx" MMC-nə ödənilən 2300 manat miqdarında pulun tutularaq İddiaçı Gülsevən oğluna ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X1 X4 16.06.2021-ci il tarixli 9/574 saylı rəyindən göründüyü kimi 22.07.2018ci il təvəllüdlü Quliyev Uğurun atasının İddiaçı Gülsevən oğlu olmadığı müəyyən edilmiş, Cavabdeh məhkəmədə verdiyi izahatla da bu halı təstiq etmiş,eyni zamanda Cavabdeh iddia tələbinin iddiaçı tərəfindən hər ay 170 manat olmaqla 8 ay müddətində ümumilikdə 1190 manat ödənilmiş alimentin iddiaçıya qaytarılması hissəsini qəbul etmiş,bu barədə məhkəməyə rəsmi qaydada ərizə vermişdir. Belə olan təqdir də məhkəmə AR MPM-in 220.4-cü maddəsinə istinad edərək hesab edir ki,iddia tələbi bu hissədə təmin olunmalı, Cavabdeh 1190 manat məbləğində pul vəsaiti tutulub İddiaçı Gülsevən oğluna verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə mütənasib olan 10,3 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1190 manat məbləğində pul vəsaiti və 10.3 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı Gülsevən oğluna verilsin. İddia tələbi Cavabdeh "xxxx" MMC-nə ödənilən 2300 manat miqdarında pulun tutularaq İddiaçı Gülsevən oğluna ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5535/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5535/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver