Məhkəmə qərarları › İş №2(012)-554/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-554/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-554/2021 07.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Ləğv prosesindən olan İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesindən olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesindən olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.144,21 manat məbləğində əsas borc, 312,15 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 1.456,36 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 mart 2013-cü il tarixində kredit verilməsi haqqında 12032013/125147 saylı müqavilə bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən сavabdehə illik 29 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış 12 mart 2013-cü il tarixli 12032013/125147 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 1.144,21 manat məbləğində əsas borc, 312,15 manat gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, ümumilikdə isə 1.456,36 manat məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin 4-cü bəndinin tələbinə görə “kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Zaminlik müqaviləsinə uyğun olaraq “borc alan” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “zamin” “borc alan” ilə birlikdə “kreditor” qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 1.1.3-cü bəndində göstərilir ki, zamin bank qarşısında borcalanın 12 mart 2013-cü il tarixli 12032013/125147 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. Zaminlik müqaviləsinin 3.6.1-ci bəndində göstərilir ki, zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən borcluya və zaminə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mərkəzi X3 2020- ci il 28 aprel tarixli 18/2 nömrəli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Ləğv prosesindən olan İddiaçı ASCnin nümayəndəsi X2 iddianı müdafiə edib, iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(012)-554/2021 saylı qərardadı ilə iddiaçı Ləğv prosesindən olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi Cavabdeh1 aid hissədə həmin şəxsin 10 noyabr 2019-cu il tarixdə, yəni hələ hazırkı iş üzrə məhkəmədə iddia qaldırılanadək öldüyündən baxılmamış saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 12 mart 2013-cü il tarixli 12032013/125147 saylı müqavilədən (bank hesabı, kredit və zaminlik) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 29% ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 isə Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası barədə zamin durmuşdur. Mülki işin materiallarında olan 06 avqust 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh1 12 mart 2013-cü il tarixli 12032013/125147 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1.144,21 manat məbləğində əsas borcu, 312,15 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 1.456,36 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Мяъялляsiнин 442-ci maddəsinə əsasən öhdəliyin icra еdilməməsi dеdikdə, оnun pоzulması və ya lazımınca icra еdilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, bоrclu оnun risk dairəsinə daxil оlan öhdəliklərin icra еdilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə ki, iş materiallarından göründüyü kimi 12 mart 2013-cü il tarixli 12032013/125147 saylı müqavilənin (bank hesabı, kredit və zaminlik) müddəti 24 aydır, müqavilənin müddəti 12 mart 2015-ci il tarixdə bitmişdir. Kreditor zaminə qarşı tələblərini təmin etdiyi öhdəliklərin icrası vaxtının çatdığı gündən 1 (bir) il müddətində irəli sürə bilər və zaminlik münasibətlərinə yalnız bu müddətdə iddia qaldırılmadığı təqdirdə xitam verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır və rədd edilməlidir. Çünki müqavilədən də görünür ki, zaminə münasibətdə iddiaçı 12 mart 2016-cı il tarixədək iddia qaldırmalı idi, iddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə 22 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesindən olan İddiaçı ASC-nin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi müddət ötürülməklə verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya edil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesindən olan İddiaçı ASC-nin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar