Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5545/2024 27.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21000 manat məbləğində pulun, 500 manat dəymiş zərərin əvəzinin, eləcə də 153 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iki il olarki zabit Cavabdeh оğİu ilə eyni hərbi hissədə xidmət aparır. Onunla bir yerdə döyüş əməliyyatlarında iştirak etmişdir və aralarında yaxşı xidməti yoldaşlıq münasibətləri yaranmışdır. İlk dəfə olaraq Cavabdeh ondan 2024-cü ilin yay ayında ailə problemlərini əsas gətirib borc pul istəmiş, o, cavabdehə müəyyən məbləğdə borc pul vermişdir. Bir müddət sonra, Cavabdeh yenə təkidli xahişlə ondan borc pul istəmiş və ona istədiyi məbləğdə pul verə bilməyəcəyini görüb xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən pul krediti götürməli olmuşdur. Həmin götürdüyü kredit pul məbləği daxil olmaqla hissə-hissə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi xidmət yoldaşı Cavabdeh cəmi 21000 manat borc pul vermişdir. Cavabdeh ondan hər dəfə bir bəhanə ilə, ilk dəfə uşağının xəstə olub müaləcəsi üçün, sonra anasının əməliyyatı üçün, daha sonra qardaşının polisə düşməsi səbəbindən, növbəti dəfə atasının evini satması və evin kommunal xərclərinin ödənilməsinə görə borc almışdır. Verilmiş borcu Cavabdeh istəyəndə o, 21000 manat borcunu etiraf etmişdir və borcunu hissə-hissə qaytaracağına söz vermişdir. Bu hərəkəti ilə Cavabdeh ona 500 manat zərər vurmuşdur. Cavabdehin ona 21000 manat borcunun olmasını xx.xx.2024-cü il tarixli ərizəsi də təsdiq edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında 21000 manatlıq borc tələbini qəbul etdi. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. O qeyd etdi ki, 21000 manat borcunu hissəhissə qaytaracaqdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 21000 manat borc aldığını etiraf etmiş və borcu hissə-hissə qaytaracağına vəd vermişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh müxtəlif vaxtlarda və səbəblərlə İddiaçı ümumilikdə 21000 manat pulu almış, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı pulu iddiaçıya geri qaytarmamışdır. İşdən görünür ki, tərəflər arasında şifahi qaydada 21000 manatla bağlı borc münasibətləri yaranmışdır. MPM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış, cavabdeh iddiaçıdan borca görə 21000 manat pul almasını, lakin borcu qaytarmamasını etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 21000 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Bununla belə, cavabdehin iddiaçıya hər hansı əsasla 500 manat zərər vurmasını təsdiq edən mötəbər sübutlar iş materiallarında yoxdur. İddiaçı bu hissədə tələbinin əsasını sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə həmin hissədə iddianın təmin edilməsinə heç bir əsas tapmır. Bundan başqa, işdən görünür ki, iddiaçı hazırki iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 153 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia borc tələbi hissəsində təmin edildiyindən məhkəmə xərcləri, yəni 153 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21000 manat və dövlət rüsumu üçün 153 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5545/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5545/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver