Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-555/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 24 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2835 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 26.12.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. 26.03.2018-ci il tarixli 115-K saylı əmrlə baş satıcı vəzifəsinə, 10.01.2018-ci il tarixli 009-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 10.12.2018-ci il tarixdə öz ərizəsi əsasında 557-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 21.06.2018-ci il tarixdə və 04.09.2018-il tarixdə Oba-Fatmayı 1 və Oba-Mehdiabad 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində onun Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. 04.09.2018-ci il və 21.06.2018-ci il tarixli akta əsasən ümumi yekun ziyan məbləği 2835 manat təşkil edir. Cavabdeh müqavilənin şərtlərini pozduğuna görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 da iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi, iddia tələbinə iddia müddətinin tətbiq edilib rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan 26.12.2016-cı tarixli 067-K saylı əmrdən çıxarışdan müəyyən edilir ki, Cavabdeh 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdə tərəflər arasında əmək müqaviləsi, eləcə də X3 haqqında müqavilə imzalanmışdır. Mülki işin materiallarında olan 26.03.2018-ci il tarixli 115-K saylı əmrdən çıxarışdan müəyyən edilir ki, Cavabdeh administrator vəzifəsinə təyin edilmiş və həmin tarixdə tərəflər arasında X3 haqqında müqavilə imzalanmışdır. Mülki işin materiallarından olan 10.01.2018-ci il tarixli 009-K saylı əmrdən çıxarışdan müəyyən edilir ki, Cavabdeh Baş satıcı vəzifəsinə təyin edilmiş və və həmin tarixdə tərəflər arasında X3 haqqında müqavilə imzalanmışdır. Mülki işin materiallarından olan 10.12.2018-ci il tarixli 557-K saylı əmrdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72-ci maddənin “a” bəndini rəhbər tutaraq xitam verilmişdir. Mülki işin materiallarından olan 24 iyun 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, 21.06.2018-ci il və 04.09.2018-ci il tarixlərdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2835 manat çatışmazlıq müəyyən edilmişdir. İşin materiallarında olan 04 sentyabr 2018-ci il trixli “xxxx” MMC tərəfindən əməkdaşların iştirakı ilə tərtib edilmiş imtina aktından müəyyən edilir ki, Baratov Qürbət Mübariz oğlunun iştirakı ilə 04.09.2018-ci ilin vəziyyətinə dair inventarizasiya keçirilmiş, çatışmazlıqlar aşkar edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh iddiaçı MMC-də ayrı-ayrı vəzifələrdə çalışmış,10.12.2018-ci il tarixli 557-K saylı əmrlə Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72-ci maddənin “a” bəndini rəhbər tutaraq xitam verilmişdir, 21.06.2018-ci il və 04.09.2018-ci il tarixlərdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2835 manat çatışmazlıq elə həmin zamanlar müəyyən edilmiş,lakin iddiaçı hazırkı tələblə məhkəməyə 22.09.2020-ci il tarixdə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Qeyd edilən maddi hüquq normasının məzmunundan müəyyən edildiyi kimi, iddiaçı hazırki iddia tələbi ilə qanula nəzərdə tutulan faktın aşkar edildiyi bir illik müddətdə deyil, məhkəməyə 22.09.2020-ci il tarixdə müraciət etmiş, bununla da qanunla müəyyən edilən müddəti ötürmüşdür. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddia tələbi əsassızdır və iddianın təmin edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddia tələbinin təmin edilməsindən imtina olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-555/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-555/2021
24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver