Məhkəmə qərarları › İş №2(012)-555/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-555/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-555/2023 06.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə 06 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4827,83 (dörd min səkkiz yüz iyirmi yeddi manat səksən üç) manat məbləğində dəymiş ziyan məcburi qaydada alınaraq ona verilməsi, eləcə də ödədiyi dövlət rüsumu 68,20 (altmış səkkiz manat iyirmi qəpik) manat məbləğində pulun alınmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 mart 2022-cı il tarixdə, saat 23:00 radələrində onun qardaşı oğlu X3 etibarnamə əsasında ona məxsus «Mitsubishi Outlander» minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 20-30 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi ilə, Y.V.Çəmənzəminli küçəsi istiqamətindən N.B.Yusifbəyli küçəsi istiqamətində hərəkət edib, S.Vurğun küçəsi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsinə çatanda qarşısında işıqforun hərəkətə icazə verməyən işığı yandığına görə avtomobili qarşısında dayanmış markasına və dövlət qeydiyyat nişanına baxmadığı avtomobildən 1-2 metr arxada dayandırmışdır. Təxminən 15-20 saniyə dayandıqdan sonra qarşısında dayanmış avtomobilini hərəkətə gətirib kəsişməni keçmişdir. R.Əliyarov da həmin avtomobilin ardınca hərəkət edib Ak.H.Əliyev küçəsinə dönmüş və bu zaman ondan sol tərəfdən gələn, yəni Ak. H.Əliyev küçəsində hərəkətdə olan «BMV-535» minik markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkəti qadağan edən qırmızı işığında hərəkəti davam etdirərək əvvəlcə S.Vurğun küçəsində hərəkətdə olan və yaşıl işıqda hərəkətini davam etdirən «Toyota Prius» minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, daha sonra idarə etdiyi avtomobilin sol tərəf ön qanaq hissəsinə çırpıldıqdan sonra yolun sağ tərəfində bərkidilmiş işıq dirəyinə dəyib dayanmışdır. Toqquşmadan dərhal sonra hadisə yerində Bakı şəhəri DYPİ-i YPX-nin əməkdaşları dayanmışlar. Onlar «BMV-535» minik markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün və «Toyota Prius» minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün bədən xəsarəti aldığını görüb TTYŞ-na zəng edib hadisə yerini həkim briqadası dəvət etmişlər. Sığorta aktından görünür ki, mənə məxsus «Mitsubishi Outlander» minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği 7220.00 manat məbləğində təşkil etmişdir, lakin sığorta tərəfindən dəymiş ziyanla bağlı 2392 manat məbləğində pul ödənilmişdir. Cavabdeh dəymiş ziyanın qalan hissəsi tələb olunsa da, o, heç bir ödəniş etməyəcəyini bildirmişdir. Cavabdeh X4 təqsiri üzündən bu hadisə baş vermiş, lakin onun barəsində cinayət işi başlanması rədd edilmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, lakin ödəniş etməyə maddi imkanı olmadığını bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan PXA 106572 Sığorta aktından görünür ki, «BMV-535» minik markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 55000 manat məbləğində “Xalq Sığorta” tərəfindən sığorta edilmişdir. xx.xx.2020-ci il tarixdə H.Əliyev və S.Vurğun küçələrinin kəsişməsində ilə «Mitsubishi Outlander» minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Toyota Prius» minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, "xxxx" MMC tərəfindən təqdim olunan Akta əssən maddi ziyanı ümumi məbləğ 7220 manat təşkil edir, həmin məbləğin 2392.17 manatı “Xalq Sığorta” tərəfindən X5 ödənilmişdir. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, «Mitsubishi Outlander» minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 7220 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli, 9/1085 nömrəli ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mitsubishi Outlander” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6803,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə H.Əliyev və S.Vurğun küçələrinin kəsişməsində ilə «Mitsubishi Outlander» minik markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Toyota Prius» minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, "xxxx" MMC tərəfindən təqdim olunan Akta əssən maddi ziyanı ümumi məbləğ 7220 manat təşkil edir, həmin məbləğin 2392.17 manatı “Xalq Sığorta” tərəfindən X5 ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 4827,83 (dörd min səkkiz yüz iyirmi yeddi manat səksən üç) manat məbləğində dəymiş ziyan məcburi qaydada alınaraq ona verilməsi, eləcə də ödədiyi dövlət rüsumu 68,20 (altmış səkkiz manat iyirmi qəpik) manat məbləğində pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mitsubishi Outlander” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6803,0 manat müəyyən edilmişdir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Həmin məbləğdən “Xalq Sığorta” tərəfindən ödənilmiş 2392.17 manat çıxılmaqla yerdə qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (6803-2392=4411 manat) Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh avtomobilə dəymiş 4411 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 68,20 manat məbləğində pul vəsaitinin 50 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 25 manatı iddiaçıdan, 25 manatı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş 4411 (dörd min dörd yüz on bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu üçün 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddiaçı 25 manat, Cavabdeh 25 manat ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar