Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-556/2023 12.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı İsmaılov Dzhamılın, Cavabdeh2 iştirakı ilə, İddiaçı İsmaılov Dzhamılın Cavabdeh2 qarşı «pulun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İsmaılov Dzhamıl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 51000 manat məbləğində borc, həmçinin 244 manat dövlət rüsumu olmaqla ümumilikdə 51244 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması və tutmanın **-BN-*** dövlət nömrə nişanlı “SHACMAN SX314DR36” YÜK markalı nəqliyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin açıq hərracda satılması yolu ilə borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmaılov Dzhamıl məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, 38000 manat borc, həmçinin 244 manat dövlət rüsumu olmaqla ümumilikdə 51244 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması və tutmanın **-BN-*** dövlət nömrə nişanlı “SHACMAN SX314DR36” YÜK markalı nəqliyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin açıq hərracda satılması yolu ilə borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmaılov Dzhamıl məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, 38000 manat borc, həmçinin 244 manat dövlət rüsumu olmaqla ümumilikdə 51244 manat pulun Cavabdeh2 tutulması və tutmanın **-BN-*** dövlət nömrə nişanlı “SHACMAN SX314DR36” YÜK markalı nəqliyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin açıq hərracda satılması yolu ilə borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmaılov Dzhamıl məhkəmə iclasında izahatında bildirdi ki, 2020-ci ildə Elnuru ortaq tanışları olan Avtandil vasitəsilə tanımışdır. Elnur və Avtandil ona biznes təklif etmişlər. Elnur ona qum karyerinin olduğu, əgər maddi cəhətdən köməklik etsə pul qazana biləcəklərini bildirmişdir. O, Elnurdan təxminən nə qədər pul qazana biləcəyini soruşduqda, Elnur günə 5 maşın, 10 maşın qum çıxardıb satsa, günə 3000-4000 pul qazana biləcəyini demişdir. İlkin olaraq 15000-20000 manat pul vermişdir. Həmin pulu şəxsən Elnurun özünə vermişdir. Karyerdə işə başlamağa görə 3000 manat, daha sonra isə 5000 manat və yenidən 10000 pul vermişdir. Elnur ona kon almağa ehtiyac olduğunu bildirmişdir. O, kon axtarmağa başlamışdır. Kon 35000 manata alınmışdır. Kon pulu götürdüyü adamın adına qeydiyyata alınmışdır. Bir az işləsələr də ortada pul yox olmamışdır. O, Elnura ümumilikdə 81000 manat pul vermişdir. Lakin Cavabdeh2 aldığı pula qurduğu işdə gəlir əldə edə bilmədiyindən onun borcunu ödəyə bilməmiş və öhdəliyini tam yerinə yetirməmişdir. Bundan sonra o, Cavabdeh2 müraciət edərək pulunun qaytarılmasını istədikdə, Cavabdeh2 traktoru sataraq ona olan borclarından 43000 manatını ödəmiş, yerdə qalan 38000 manat pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən də o, cavabdehdən borcu məhkəmə qaydasında əldə etmək niyətindədir. Onu da qeyd edir ki, iddia ərizəsinə əlavə edilən sənəddən də görünür ki, cavabdehin mülkiyətində **-BN-*** dövlət nömrə nişanlı “SHACMAN SX314DR36” YÜK markalı nəqliyat vasitəsi var və cavabdeh bu nəqliyat vasitəsini tələsik sataraq ona olan borcunu ödəməkdən yayınmaq məqsədi daşıyır. Cavabdeh ona olan borcunu etiraf etsə də maraqlıdır ki, borcu ödəməyə də səy göstərmir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 3 saylı İstintaq Təcridxanasından etap edilən Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o, Avtandili çoxdan tanıyır. Torpaq məsələsində Dzhamıl ilə tanış olmuşdur. O, qum işi ilə məşğul olmaq istəmişdir. Onlar Rafiqlə şərik olmaq istəmişlər. Rafiq onlardan 15000 manat pul istəmişdir. Dzhamıldan 10000 manat bütöv olmaqla cəmi 15000 manat pul götürüb Rafiqə vermişdir. Sonra motor və setka almağa 1000 manat və 2000 manat Dzhamıldan pul götürmüşdür. Onlar üç nəfər şərik olmuşlar. 35000-40000 minə kon almışlar. Onlar işləsələr də, əllərində pul qalmamışdır. O, adam bıçaqlayıb həbs edilmiş, həbs edildikdən sonra isə Kon iddiaçı tərəfdə qalmış və onda olan məlumata görə sonradan kon satılaraq pulu iddiaçıya çatmışdır. 14600 manat pulu Dzhamıla qaytarmışlar. Onlar bu işlərdə şərik olmuşlar. O, özünü Dzhamıla borclu hesab etmir. Şlaqmanını pul əvəzi vermək istəsə də, Dzhamıl razı olmamışdır. Bakı İstintaq Təcridxanasında cəza çəkən Cavabdeh2 məhkəməyə göndərdiyi ərizədə bildirmişdir ki, Cəmil adlı şəxslə söhbət zəmnində belə fikrə gəlmişlər ki, birgə iş qursunlar, (karyer açsınlar) və qazancı 3 ortaq arasında bölsünlər. Onun SHACMAN markalı maşını olmuşdur. Rafiqin torpaq sahəsi və Cəmilindı 15000 manat pulu olmaqla şərik olmuşlar. 1 ay olardı ki, təzəcə işə başlamışlar, Avtandillə aralarında olan söz-söhbətə görə o, Avtandili bıçaqla vurmuş və buna görə tutulmuşdur. Ortada olan 15000 manatı, qardaşı notarial qaydada Avtandilə qaytarmışdır. Traktor onsuz satılmışdır. (40000 manata alınmışdır). Ona həmin puldan verilməmişdir. Traktorun işləmədiyi qış aylarında onun üstünə 10000 manat dəyərində arenda borcu yazmışlar. Ümumi işə qoyulan texnika əşyalar hamısını mənimsəmişlər. Hətta ona məxsus olanları da. İddia ərizəsində qeyd olunan 81000 manat ona heç vaxt verilməmişdir. Avtandilin hazırda ona 20000 və ayrılıqda 10000 manat borcu vardır. Bundan başqa arenda verdikləri traktordan 2 aya-6000 manat ona borcları qalmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə araşdırmasına üçüncü şərik olan X1 şahid qismində çağrılıb dindirilməsini xahiş edir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Əlavəsi yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında Cavabdeh2 izahatı ilə bağlı məhkəmənin verdiyi suallara cavab olaraq iddiaçı İsmaılov Dzhamılin ona 29000 manat və 35000 manat,ümumilikdə 64000 manat iş birliyi üçün pul verdiyini,həmun pulları işə qoyduğunu, 35000 manata kon alındığını, pulu setka,motor və digər əşyalara sərf etdyini, sonradan konun satılaraq pulunun iddiaçıya çatdığını,ortada olan puldan 15000 manatı qardaşı notarial qaydada Avtandil vasitəsi ilə iddiaçıya verdiyini bildirmiş və məhkəmədə sübutların tədqiqatı zamanı konun iddiaçı tərəfindən satıldığını,satışdan əldə olunan pul vəsaitinin sonuncuya çatdığı, həmçinin cavabdehin qaytarılması iddia edilən 15000 manat puldan, 14600 manatının qaytarılması təstiqini tapmış və bu xüsusatlar məhkəmədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.Ona görə də məhkəmə qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, İsmaılov Dzhamıl tərəfindən Cavabdeh2 verilmiş 35000 manat əvəzi olaraq konun iddiaçıda qalması,həmi pulun cavabdeh tərəfindən qaytarılmasını istisna edir. Cavabdeh2 qalan 29000 manat borcdan isə 14600 manat məbləğini İsmaılov Dzhamıla qaytardığından, məhkəmə hesab edir ki, qalan 14400 manat məbləğində pul heç bir hüquqi əsas olmadan Cavabdeh2 əsassız varlanmasına səbəb olduğundan sonuncudan tutularaq iddiaçı İsmaılov Dzhamıla ödənilməlidir. Azərbaycan Respublikası Mülkim Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülkim Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülkim Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi tutmanın **-BN-*** dövlət nömrə nişanlı “SHACMAN SX314DR36” YÜK markalı nəqliyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin açıq hərracda satılması yolu ilə borcun ödənilməsi hissəsində hüquqi əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 244 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 92,50 manat məbləği cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 14400 manat pul və 92,50 manat dövlət rüsumu tutularaq iddiaçı İsmaılov Dzhamıla ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-556/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-556/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver