Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-556/2024 28.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun, illik 6,5 %-lə hesablanmış 650 manat əldən çıxmış fayda və ödənilmiş 77 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh torpaq alqı-satqısı ilə məşğul olduğuna görə xx.xx.2021-ci il tarixdə Qasımla yaşadığı evin yaxınlığında görüşüb söhbət etdikləri zaman o, Qasıma obyekt tikmək üçün 1.5 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. Həmin vaxt Qasım ona Saray-Novxanı avtomobil yolunun kənarında torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin 1.5 sotunu da ona ümumilikdə 5000 manata sata biləcəyini demişdir. O, həmin vaxt dediyi torpaq sahəsini həmin qiymətə almağa razılaşdığını bildirib sözügedən torpaq sahəsini ona göstərməsini bildirmişdir. Həmin vaxt Qasım ona sözlə torpaq sahəsinin yerini izah edərək düz yol kənarında yerləşdiyini bildirib, hazırda vaxtı olmadığına görə 1-2 günə onu aparıb həmin torpaq sahəsini göstərəcəyinə, həmçinin alqı-satqını edəcəyinə söz vermişdir. Ertəsi gün yəni xx.xx.2021ci il tarixdə saat 02 radələrində Qasım onun mobil telefonuna zəng edərək hazırda Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Xırdalan şəhərində yerləşən 4 saylı Abşeron ərazi idarəsinin qarşısında olduğunu, sözügedən 1.5 sot torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün razılaşdığı 5000 manat pulu təcili həmin yerə gətirməsini bildirmişdir. Ona görə də o həmin vaxt DƏDRX-nin Xırdalan şəhərində yerləşən 4 saylı Abşeron ərazi idarəsinin qarşısına getdişdi. Həmin yerdə o, Qasımla görüşərək 5000 manat pulu Qasıma verdikdən sonra Qasım ona həmin yerdə gözləməməsini, torpağın onun adına rəsmiləşdirmə işlərini özü edəcəyini, sənədlərinin 20-25 gün ərzində hazır olacağını demişdir. Bundan sonrakı günlərdə də o, dəfələrlə Qasımla telefon əlaqəsi saxlamağına və görüşməyinə, həmçinin yaşadığı evə getməyinə baxmayaraq Qasım həmin torpaq sahəsini müxtəlif bəhanələr gətirirərək ona göstərməkdən və adına rəsmiləşdirməkdən imtina etmişdir. Sonuncu hər dəfə 2-3 gün müddətində ona olan 5000 manat pulu geri qaytaracağına söz versə də, bu günə qədər verdiyi sözə əməl etməmişdir. Ona görə də xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Şikayəti əsasında araşdırma aparılmışdır. Həmin araşdırma zamanı Cavabdeh izahatı alınmış və cavabdeh izahatında ondan guya 5000 manat məbləğində pulu faizə aldığını və həmin puldan 2 dəfə 800+800 manat olmaqla 1600 manat qaytardığını, onun hazırda 4.000 manat məbləğində borcu qaldığını və tezliklə qaytaracağını bildirmişdir. Halbuki, Qasım ondan 5.000 manat almış və həmin puldan heç bir məbləğ qaytarmamışdır. Araşdırmanın nəticəsi olaraq Abşeron RPİ tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarın nəticə hissəsində məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Araşdıma zaman Cavabdeh verdiyi izahat həqiqətə uyğun deyildir. Belə ki, cavabdeh ondan 5000 manat məbləğdə pulu faizə deyil, Saray-Novxanı avtomobil yolunun kənarında torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin 1,5 sotunu satacağı adı ilə almışdır. Eyni oxşar hadisə barədə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsiri sübuta yetməsi özü buna dəlalət edir ki, torpaq satacağı adı ilə insanların pulunu aldadaraq, mənimsəmişdir. Hansı ki, həmin pula bu müddət ərzində müəyyən işlər görməklə gəlir əldə etmək olardı. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin (bundan sonra Mülki Prоsеssuаl Məcəllə adlandırılacaq) 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Mülki Prosessual Məcəllənin; Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası DİN-in MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, təhqiqat zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı evin qonşuluğunda yaşaması səbəbindən tanımışdır. xx.xx.2021-ci il tarixdə Həmzəli ilə Saray qəsəbəsində görüşdüyü zaman Həmzəli ona pula ehtiyacı olarsa faizlə verə biləcəyini demişdir. Ona görə də o, bundan bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında Həmzəli ilə telefon əlaqəsi saxlayıb ona faizlə 4000 manat pul lazım olduğunu, hazırda da Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Xırdalan şəhərində yerləşən 4 saylı Abşeron ərazi idarəsinin qarşısında olduğunu bildirib, köməklik etməsini xahiş etmişdir. Bundan bir qədər sonra Həmzəli həmin yerə gəlib ona 4000 manat pul vermiş və o, Həmzəli ilə bu pula görə sonuncuya 15 gündən bir 800 manat faiz verməyinə razılaşmışdır. Bundan 15 gün sonra o, Həmzəli ilə yaşadığı evin yaxınlığında görüşüb 800 manat faiz pulu vermiş, həmçinin bundan 20-25 gün sonra Həmzəli ilə yenidən Saray qəsəbəsində görüşərək 800 manat da faiz pulu vermişdir. Lakin bundan sonrakı vaxtlarda işləri düz getmədiyinə görə Həmzəlinin nə faiz pulunu, nədə ki, əsas borcu olan 4000 manat pulunu qaytara bilməmişdir. Ona görə də Həmzəli onun barəsində şikayət etmişdir. O, xx.xx.2021-ci il tarixdə Həmzəlidən 4000 manat pulu borc almış, həmçinin pula çox ehtiyacı olduğuna görə bu pula görə hər 15 gündən bir 800 manat verməyi ilə bağlı razılaşmışdır. O, ilkin olaraq Həmzəliyə 2 dəfə 800 manat, ümumilikdə 1600 manat faiz pulu qaytarsa da, sonradan işləri düz getmədiyi üçün Həmzəlinin nə faiz pullarını, nədə ki, 4000 manat pulunu geri qaytara bilməmişdir. Bütün bu baş verənlərə baxmayaraq qısa müddət ərzində o, Həmzəlinin 4000 manat pulunu geri qaytaracağına söz vermişdir. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı iddiaçı izahatında cavabdehin torpaq alqı-satqısı ilə məşğul olduğunu, xx.xx.2021-ci il tarixdə obyekt tikmək üçün 1,5 sot torpaq sahəsi almaq istədiyini, cavabdeh iddiaçıya Saray-Novxanı avtomobil yolunun kənarında torpaq sahəsinin olduğunu, aralarındakı razılaşmaya əsasən həmin torpaq sahəsini 5000 manata ona satacağını, həmin torpaq sahəsinə görə 5000 manat pulu xx.xx.2021-ci il tarixdə cavabdehə verdiyini, cavabdehin həmin torpaq sahəsini onun adına rəsmiləşdirəcəyini, müxtəlif bəhanələrlə cavabdeh tərəfindən həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilmədiyini görüb pulunun qaytarılmasını tələb etdiyini və bu barədə xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə polis idarəsinə müraciət etdiyini bildirmişdir. Bu barədə iddiaçının ərizəsi əsasında Abşeron RPİ-nin İŞ-də araşdırma aparılmış və tərəflər arasındakı mübahisə mülki xarakterli olduğundan həmin material üzrə "cinayət işin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Həmin qərarın surətindən görünür ki, cavabdeh izahatda 4000 (dörd) min manat borcu olduğunu etiraf etmiş və yaxın vaxtlarda həmin pulu verəcəyini bildirmişdir. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin ona 5000 manat məbləğində pul borcunun olduğunu göstərsə də, həmin tələbi təsdiq edən hər hansı dəlil sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə 4000 manat borcunun olduğunu Abşeron RPİ-nin İŞ-də araşdırma aparılan zamanı verdiyi izahatda etiraf etmişdir. Göründüyü kimi iddia tələbini cavabdeh qismən etiraf etmiş, iddiaçı isə borcun qalan hissəsini sübut edə bilməmişdir. Belə ki, burada tələbin doğruluğunu sübut edilmə vəzifəsi iddiaçının üzərinə düşsə də iddianı sübut edə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın həmin hissəsi qismən təmin edilməli, cavabdehdən 4000 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin: 449.1. maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən sözügedən pul vəsaitini cavabdehin öhdəliklərini vaxtında icra etməyərək qaytarmamasını, nəticə etibarı ilə onu maddi ziyana salması ilə əlaqələndirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki Məcəllənin 445.7 maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə bu halı cavabdehin əmlak mənafelərinə zidd olaraq qiymətləndirməklə cavabdehin həmçinin, maddi cəhətdən əlavə yüklənməsinə də səbəb olur ki, bu da qanunla yolverilməzdir. Bununla yanaşı, cavabdehdən əldən çıxmış faydaya görə pulun tutulması sonuncunu əlverişsiz şəraitə salmaqla onun üzərinə maliyyə yükünün qoyulması qanunvericilikdən və müqavilə azadlığından sui-istifadədir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı cavabdehdən borcun gecikdirilməsinə görə əldən çıxış faydaya görə vurulmuş zərərin tutulmasını tələb etsə də, həmin məbləğin hansı mənbə əsasında hesablanmasını göstərməmiş, məhkəmə iclasında Mərkəzi Bankın xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək 6,5% miqdarında qeyd olunduğunu kifayətlənməklə qeyd etdiyi hallara dair mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 21.2. maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Qeyd edilən normalarını nəzərə alaraq və işdə olan sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 4000 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin : 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-556/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-556/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver