Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5564/2021 16.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14000 manat pulun alınıb İddiaçı2 və 10000 manat pulun alınıb İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o və digər İddiaçı2 ayrı-ayrı vaxtlarda Cavabdeh iş qurmaq adı ilə borca pul vermişlər. Daha dəqiqi, Cavabdeh 2019-cu ildə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla tikinti materiallarının alınması sektorunda dövriyyəyə buraxacağı və həmin pulun üstündə aylıq gəlir verəcəyi adı ilə ondan ümumilikdə 15000 manat, digər iddiaçıdan isə həmçinin, ayrıayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 15000 manat pul almışdır. Həmin pullardan Cavabdeh İddiaçı2 ümumilikdə 1000 manat, ona isə 5000 manat qaytarmış, lakin yerdə qalan pulları isə vədinə əməl etməyərək, həmçinin hər dəfə müxtəlif bəhanələr gətirərək hal-hazıradək qaytarmaqdan imtina etmişdir. Dəfələrlə, cavabdehə pulları qaytarması üçün müraciət etsələr də, cavabdeh tanımadıqları şəxslərin adlarını çəkərək pulu həmin insanlara verdiyini və həmin şəxslərdən pulu ala bilmədiyini bəhanə gətirmiş və pulları geri qaytarmamışdır. Onlar Cavabdeh dəfələrlə sözügedən mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün müraciətlər etsələr də, bütün bu cəhdləri baş tutmamışdır. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə Abşeron rayon Prokurorluğuna müraciət etmiş, oradan onların müraciəti aidiyyəti üzrə araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə yönləndirilmiş və Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Ayaz Kazımovun 06 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş və mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Lakin iddia ərizəsinə əlavə edilmiş həmin qərarın surətindən də göründüyü kimi, cavabdeh tələbi qismən etiraf etmiş, lakin tamamən fərqli bir izahat verərək məsuliyyəti öz üzərindən yayındırmağa çalışmışdır. Cavabdeh bu məsələdə kifayət qədər şahidlərin, bir növ sübutların (telefon yazışmaları, səsli mesajlar və s.) olduğunu bilib və məhkəmə tərəfindən həmin pulun ondan tutulacağını anladığı üçün mümkün qədər ondan az pul tutulsun deyə o cür yayındırıcı izahat vermişdir. Həmçinin,, Cavabdeh bu əməli onların gələcək planlarını, habelə hazırki normal yaşamlarını korlamış, əsassız yerə üzərilərinə öhdəliklər götürərək həyat səviyyələrinin pozulmasına səbəb olmuşdur. Həmçinin, Cavabdeh bu əməli ilə onları mənəvi və psixoloji iztirablara da məruz qoymuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 17.02.2016-cı il tarixdə Parabank ASC-nin baş ofisində əməliyyatçı vəzifəsində işləyən zaman baş ofisin inkassator vəzifəsində işləyən Ramin Həsənova qardaşını işə düzəltməyini xahiş etmişdir. X2 biznes fəaliyyəti ilə məşğul olduğunu bildirərək ona da həmin biznesə daxil olmaqla bağlı iş təklif etmişdir. Beləliklə, o da 2018ci ildən Raminin dediyi işdən qazanc əldə etməyə başlamışdır. Aylıq qazancı işlədiyi Xırdalan filialına gətirmiş və o, həmin məbləği kredit ödənişinə etmişdir. Bu əməliyyatı görən filial müdiri İddiaçı2 nə işlə məşğul olduğunu, gəlirin hardan gəldiyi ilə maraqlanmış, o, Raminin onu biznesinə cəlb etdiyini, onun gəlir əldə etdiyini bildirdikdə İddiaçı2 də həmin biznesə qoşulmaq istədiyini bildirmişdir. Lakin o, Ramin Həsənovla danışıb əgər alınırsa qoşula biləcəyini bildirmişdir. Ramin Həsənov ona heç kimi qarışdırmaması kimi məlumatlar verdikdə o, hələ ehtiyac olmadığını bildirmiş və Turala hələki qoşula bilməyəcəyini izah etmişdir. Lakin bir müddətdən sonra Ramin Həsənov ona zəng edərək gömrükdə malının qaldığını və 10000 manat pul lazım olduğunu bildirmiş, onun Raminlə olan bu söhbətinə isə İddiaçı2 şahid olmuşdur. Tural ondan məsələnin mahiyyətini soruşmuş, o isə Turala 10000 manat pula ehtiyac olduğunu, 10 gün müddəti üçün isə 3000 manat əlavə gəlir əldə edilməsini izah etmişdir. İddiaçı2 3000 manat verəcəyi təqdirdə nə qədər qazanacağını soruşmuş, o isə Ramindən 3000 manat pulu alıb ona verəcəyini bildirmişdir. İddiaçı2 həmin məbləği Sumqayıt filialında işləyən İddiaçı1 məlumat vermiş və sonuncu həmin məbləği təqdim etmişdir. Beləliklə də, 10 günün sonunda 10 000 manat, əlavə olaraq isə 3000 manatı o, Ramindən alıb onlara vermişdir. Beləliklə də, nə zaman pul lazım olsa o, iddiaçılara müraciət etmiş, onlar da lazım olan məbləği tapıb ona vermiş, üzərində də əlavə gəlir əldə etmişlər. Belə ki, o, iddiaçılara əlavə olaraq verilən gəlirdən 1 manat belə gəlir götürməmişdir ki, bunu iddiaçılar özləri də çox gözəl bilir. O, sadəcə olaraq vasitəçi olmuş, onların özləri də Ramir Həsənovu çox gözəl tanıyırdılar, çünki dediyi kimi, Ramin onun işlədiyi şirkətin inkassatoru idi və beləcə aylıq pul qoymaq istəmişlər, o, aylıq pul vermiş, 8000 manat məbləğə hər ay 400 manat pul vermiş, iddiaçılar da bu işə qoşulmuş, Tural 2000 manatla qoşulmuş, hər ay 2000 manata görə 200 manat, Pərvin isə 5000 manata görə hər ay 500 manat gəlir götürmüşdür. Bir müddət belə davam etdikdən sonra 2019-cu ilin avqust ayında Ramin bütün pulları qaytarmağı təklif etmiş və o, bu barədə İddiaçı2 dedikdə o, biraz da gəlir əldə etmək üçün bir müddət də qalmasını israr etmişdir. 2019-cu ilin oktyabr ayında Ramin yenə zəng edərək əvvəllər olduğu kimi 10 günlük 10000 manat üzərində 2000 manat qaytarmaq şərti ilə pul istəmiş və o, bu barədə Turala məlumat vermiş və o da Pərvindən alıb vermişdir. Bundan sonra Ramin nə bu pulu, nə də iş üçün qoyduqları pulu qaytarmış və hər dəfə evinə gedərkən gözləməyi, alıb qaytaracağını bildirmişdir. Beləliklə də, iddiaçıların verdiyi puldan və əlavə olaraq qazandıqları gəlirdən onun bir manat belə xeyri olmamışdır. Hazırda, o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsində cavabdeh X3 qarşı iddia ərizəsi vermis, ona və anasıgil də daxil olmaqla 184000 manat pulun qaytarılması iddiasındadır. Onun İddiaçı1 5000 manat borcu, digər İddiaçı2 isə 7000 manat borcu vardır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. 14.12.2021-ci il tarixdə məhkəməyə teleqram ilə müraciət etmiş İddiaçı2 izahatında iddia tələbini tam təsdiq etdiyini, iddia tələbinin tam şəkildə təmin olunmasını xahiş etmiş, cavabdehin ona 15000 manat borcunun olduğunu, borcun olması səbəbindən valideynlərindən miras qalmış mənzilini satdığını, ağır əmək şəraitində işləmək məcburiyyətində qaldığını və bu halın da onun səhhətinə mənfi təsir göstərdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, cavabdehin razılıq ərizəsini, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Polis İdarəsinin 06.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, X4 mövcud mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal Abşeron yaşayış kompleksi, ev 10, mənzil 249-da ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" BQ QSC lombardda xəzinədarəməliyyatçı işləyir. İddiaçı2 və İddiaçı1 tanısa da X5 tanımır. 2017-ci ildə iş yoldaşı Ramindən qardaşı Toğrulu Socar şirkətinə sürücü işinə düzəltməsini xahiş etmiş, Toğrul bunun üçün 5000 ABŞ dolları istədikdə bu barədə Toğrula demiş, Toğrul da həmin məbləği Raminə vermişdir. Lakin iş alınmadıqda Toğrulla Ramin öz aralarında razılaşmışlar ki, həmin pulun qarşılığında Ramin hər ay Toğrula 1500 manat versin. Bundan sonra o da Raminə pul vermiş, Ramin uzun müddət qazanc hissəsini versə də sonradan ona və Toğrula borclu qalmışdır. Bundan sonra İddiaçı2 bu işlə maraqlanmış, ümumilikdə ona 12000 manat vermiş, o da həmin pulları Raminə vermişdir. İddiaçı1 da onların Raminə pul verib qazanc əldə etdiklərini gördükdə həmin ərəfələrdə Turalın vasitəsi ilə cəmisi 7000 manat vermiş, o da həmin pulu Raminə vermişdir. Rauf Ağayevi isə tanımır. Sonradan bilmişdir ki, Pərvinin verdiyi pulun müəyyən hissəsi Rauf adlı şəxsin olmuşdur. Ramin də Pərvinin və Turalın pulunun qazancını son aylar ona vermədiyindən 2019-cu ilin may ayından oktyabr ayına kimi qazanc pulunu özündən vermişdir. Onun öz hesabı ilə verdiyi pulları hesablamadan Turala 7000 manat, Pərvinə isə 5000 manat borcu qalmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə 10 saylı evin 249 saylı mənzilində qeydiyyatdadır. -Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Sumqayıt şəhər Corat qəsəbəsi 80-ci məhəllə 44 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında gəlir əldə etmək məqsədilə münasibətlər yaranmış, belə ki, iddiaçılar qoyduqları müəyyən məbləğ müqabilində əlavə gəlir (qazanc) əldə etmişlər. Hazırda iddiaçılar hər biri cavabdehin onlara qalıq qalmış borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı1 xeyrinə 10000 manat borcun, İddiaçı2 xeyrinə isə 14000 manat borcun tutulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən cavabdeh yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, məhkəmə araşdırması zaman tədqiq olunmuş Abşeron rayon Polis İdarəsinin 06.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını və cavabdehin etiraf ərizəsini paralel şəkildə qiymətləndirib cavabdehin yazılı şəkidə tədqim etdiyi etirafının təmin edilərək ondan İddiaçı1 xeyrinə 5000 manat, digər İddiaçı2 xeyrinə isə 7000 manat borcun tutulması hissəsində əsaslı hesab edib iddia ərizəsinin qismən təmin edilməsi qərarına gəlir. Beləliklə də, İddiaçı1 iddia tələbində 14000 manat, digər İddiaçı2 isə 10000 manat borcun tutulmasını tələb etsə də, tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı2 iddia ərizəsində cavabdehin ona 14000 manat, məhkəməyə ünvanladığı teleqramda isə 15000 manat borcunun olduğunu qeyd etmiş, bu səbəbdən də məhkəmə ziddiyyət təşkil edən hər iki məbləği qəbul etməyərək cavabdehin etiraf olaraq etdiyi 5000 manatın tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumları iddiaçılar tərəfindən tələb edilmədiyindən iddiaçıların hər birinin özünə aid edilməlidir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 5000 (beş min) manat pul vəsaiti İddiaçı1, 7000 (yeddi min) manat pul vəsaiti isə alınaraq İddiaçı2 ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov