Məhkəmə qərarları › İş №2(012)-5571/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5571/2023

23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5571/2023 23.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi ilə, İddiaçı Fərhad qızının iştirakı ilə İddiaçı Fərhad qızının Cavabdeh qarşı ailə münasibətləri üzrə mübahisələr alimentin artırılması tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Fərhad qızının Cavabdeh qarşı ailə münasibətləri üzrə mübahisələr alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək 2018-ci il təvəllüdlü Nur Hacızadənin yetkinlik yaşına çatanadək saxlanması üçün 300 manat alimentin, həmçinin 300 manay müayinə-müalicə xərclərinin, 300 manat təlim tədris xərclərinin və uşağın Naxçıvan Muxtar Respublikasında yerləşən X1 ildə 2 dəfə 10 günlük müalicə alması üçün ildə 2400 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh məhkəməyə yazılı vəsatət verməklə mülki işin aidiyyəti üzrə baxılması üçün Qazax rayon məhkəməsinə göndərilməsini xahiş etmiş və bildirmişdir ki, həm iddiaçı, həm də o, Qazax rayonunda qeydiyyatda olduqları üçün iddianın Abşeron rayon məhkəməsində deyil, Qazax rayon məhkəməsində baxılması daha məqsədəuyğun olardı. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı Fərhad qızı mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etirazının olmamasını bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı iddia ərizəsi üzrə mülki işə Qazax rayon məhkəməsində baxılmalı olduğundan, mülki işin materialları baxılması üçün aidiyyəti üzrə Qazax rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-nin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən və elektron məhkəmə informasiya sistemindən görünür ki, iş üzrə iddiaçı və cavabdeh Qazax rayonunda pasport qeydiyyatındadırlar. Beləliklə məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə mülki işə Qazax rayonunda baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Qazax rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Fərhad qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar