Məhkəmə qərarları › İş №2(012)-5578/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5578/2024

26.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5578/2024 26.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılmasına dair iddia tələbi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4046/2021 saylı saylı qətnaməsi ilə Cavabdeh alınmalı olan alimentin məbləğinin dəyişdirilərək, Cavabdeh hər ay xx.xx.2016cı il təvəllüdlü X1 üçün 500 (beş yüz) manat məbləğində, aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X7 ilə arasında xx.xx.2011 -ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 492 nömrəli nikah qeydinin pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 176 manat, ümumilikdə 352 manat alimentin, eləcə də 20 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4046/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında“ 478 №-si ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cl i İ təvəllüdlü X9 boşanmadan sonra anaları İddiaçı yanında qalmaları, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşaq üçün sabit pul məbləğində 175 (yüz yetmiş beş ) manat, cəmi 350 manat miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdeh qətnamədən narazı qaldığından apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)-4046/2021 nömrəli qətnaməsi qismən, xx.xx.2012-ci il təvəllüdlü X4 boşanmadan sonra anası İddiaçı yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçın xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmişdir. Hal-hazırda Səccadın 8 yaşı vardır. Abşeron Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamədə qeyd olunmuş məbləğ uşağın heç bir tələbatını ödəmir. Səccadın məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildən hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Bundan əlavə X9 əsəb xəstəsidir. Hər ay onun müalicəsi üçün 265 manat məbləğində pul xərclənir. X3 maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, 175 manat əmək haqqı alır. Cavabdeh uşağın saxlanılmasına heç bir köməklik göstərmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, bir ildir ki, digər uşaq üçün aliment tələb etmir. O, cavabdehə təklif etmişdir ki, uşağın dərmanların alsın, velosiped alsın. Amma cavabdeh onu uşağa yaxın buraxmır. Etdiyi təklifləri qəbul etmir. O, 235 manat aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə tərfləri dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA4594591 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 4046/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 478 №-si ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 boşanmadan sonra anaları İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşaq üçün sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz qırx) manat miqdarında aliment tutulması, alimentin tutulmasının əvvəli xx.xx.2016-cı il təvəllüdlü X5 münasibətdə 10 iyun 2021-ci il tarixdən, xx.xx.2012-ci il təvəllüdlü X6 münasibətdə onun X2 alınaraq İddiaçı verilən gündən hesablanılması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1422/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)4046-2021 saylı qətnaməsi qismən, “xx.xx.2012-ci il təvəllüdlü X4 boşanmadan sonra anası İddiaçı yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması" hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X8 boşanmadan sonra atası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş, nikah pozularkən birgə nikahdan anadan olmuş 2 uşaq ananın himayəsində saxlanılmışdır. Cavabdehin apellyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4046/2021 saylı qətnaməsi “xx.xx.2012-ci il təvəllüdlü X4 boşanmadan sonra anası İddiaçı yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması" hissəsində ləğv edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4046/2021 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının hər ay 500 manata kimi artırılmasını tələb edir. Digər uşaq cavabdehin himayəsindədir və o, iddia tələbini qismən qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. İşdən görünür ki, alimentin artırılması barədə əvvəlki məhkəmə qətnaməsindən 3 il müddət keçmişdir və ölkə üzrə uşaqların yaşayış minimumu artmışdır. Məhkəmə uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4046/2021 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 175 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 235 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, işdən görünür ki, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X8 cavabdehin himayəsindədir və iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4046/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar