Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-558/2025 11.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 (Muradov Elchinin), Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil, İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, X5 (Muradov Elchinin) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi və cinayət işinin qaldırılması” tələbinə dair ilkin iddiası, Cavabdeh1 X8 (Muradov Elchinə) qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X10 (Muradov Elchin) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 47000 manat və maddi zərərə görə 3000 manat məbləğində pulun kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardadın qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir. İddiaçı X10 (Muradov Elchin) iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi “maddi və mənəvi ziyanın ödənilməsi və cinayət işinin qaldırılmasına dair iddia ərizəsində texniki səhv nəticəsində “işin halları” hissəsinin birinci sətrində beşinci söz olan “anamdan” sözünün əvəzinə “atamdan” sözünün yazıldığını bildirmiş və həmin sözün “anamdan” sözü olduğunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçı X10 (Muradov Elchin) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pulun kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardadın qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir. İddiaçı X10 (Muradov Elchin) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pul kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir. İddiaçı X10 (Muradov Elchin) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pul kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı X5 (Muradov Elchinin) iddiasının təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı X2 (Muradov Elchindən) onun əmlakına vurulmuş maddi zərərin əvəzini ödəməklə 20000 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 (Muradov Elchin) məhkəmə iclasında izahatında bildirdi ki, mərhum anasından Sumqayıt şəhəri, Novxanı bağlar massivi, nömrə 2172 ünvanında yerləşən ümumi 0,24 ha-dan ibarət bağ torpaq sahəsi miras qalmışdır. Miras qalmış əmlakı onun atası hələ sağlığında övladlarından Cavabdeh3 adına rəsmiləşdirmişdir. Sonradan onun razılığı olmadan həmin sözügedən miras əmlakın bir hissəsi AN ******* nömrəli, 26 iyul 2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən 14500 manat məbləğində X6 tərəfindən X1. O, həmin sözügedən miras əmlaka 2021-ci ilin oktyabr ayından başlayaraq 2 il ərzində getmiş, həmin miras əmlakda payının olduğu barədə qardaşları Cavabdeh2 və Cavabdeh3 bildirdikdən sonra onlar arasında narazılıq yaranmışdır. Anasından miras qalan bağ torpaq sahəsindən onun vərəsəlik payını vermək istəmədiklərinə görə xx.xx.2022-ci il tarixdə Etibar Muradov Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Cavabdeh2 və Muradov Etibar Dadaş oğlu anadan miras qalan bağ-torpaq sahəsinin satıldığı hissədə mülkiyyətçi kimi heç kəs olmayan Cavabdeh1 ilə birləşərək onun barəsində həqiqətlərə uyğun olmayan böhtan xarakterli şikayət ərizələri ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək onu tutdurmaq istəmişlər. Belə ki, Cavabdeh2 və Muradov X4 Elşən Ələddin oğlu ilə birlikdə onu tutdurmaq məqsədi ilə müxtəlif vaxtlarda Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə verdiyi şikayət ərizələrində guya onun oğlu Teymur ilə birlikdə xx.xx.2022-ci il tarixdə bağ evində tikintisi aparılan hasarı uçurmuş, bağda olan su qabı və beli aparmış, həmçinin guya o, 2023-cü ilin yanvar ayında 2172 nömrəli bağ sahəsinin ətrafına çəkilmiş daş hasara birləşdirilmiş darvazanı hasardan sökərək yerə yıxmış və ətrafda olan otları yandırmış və həmin vaxt alovun darvazanı yandırması səbəbindən Cavabdeh1 1000 manat məbləğində maddi ziyan vurulduğunu və əmlakı qəsdən məhv edildiyini göstərmişdir. Halbuki sözügedən bağ sahəsində çəkilmiş hasar cavabdehlər tərəfindən tikilmiş, daha sonra isə sökülmüşdür. Həmin şikayətlər üzrə yalançı şahidlər Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində həqiqətlərə uyğun olmayan böhtan xarakterli izahat vermiş və izahatında göstərmişdir ki, Cavabdeh1 ərizə və izahatında göstərdiyi xüsusatları təsdiq etmiş və Elşənin özünə aid olan hissəsini mişar daşla tikdiyi hasarı məhz Elçin Muradovun qəsdən uçurduğunu və məhz qəsdən həmin hasarı uçurmaqla Elşənə maddi ziyan vurduğunu bildirmişdir. Həmin şikayətlər əsasında onun barəsində üç natamam inzibati material toplanmış və Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Elşad Məmmədovun qəbul etdiyi qərara əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmovun qəbul etdiyi qərara əsasən toplanmış material üzrə əmlakın qəsdən məhv edilməsi şikayəti ilə onun əməlində cinayət tərkibinin olmaması səbəbindən barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması radd edilmişdir. Onun müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 006-57295M-3222 nömrəli cavab məktubunda qeyd edilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılmış Cavabdeh2 barəsində İXM-nin 227-ci (Xırda talama) maddəsi ilə inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilmiş, amma Cavabdeh2 barəsində heç bir tədbir görülməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, ona ziyanın bir misli məbləğində, yəni 2000 manat cərimə tənbeh növü tətbiq olunmuşdur. Həmin qərardan verdiyi apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli, 3(060)- 2350/2022 nömrəli qanunsuz və əsassız qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli natamam protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİnin 1-ci Polis Bölməsinə geri qaytarılmışdır. Onun müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 58-1/2-5466 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmək müddəti keçdiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-də protokola xitam verilməsi qeyd edilmişdir. Toplanmış 3 yarımçıq natamam materialdan birinə Sumqayıt Şəhər Məhkəməsində onun iştirakı olmadan baxılmış və məhkəmə onu 2000 manat cərimə etmişdir. Onun apellyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı qanunsuz və əsassız sayılaraq ləğv olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsində Cavabdeh2 bildirmişdir ki, o, Cavabdeh2 öldürmək istəməklə hədələmişdir. Həmçinin onun oğlu Teymur ilə bağın satılan hissəsinə çəkilmiş hasarı sökdüyünü bildirmişlər. Üçüncü şikayətdə Cavabdeh1 ona məxsus evin hasarını sökdüklərini bildirmişdir. Apellyasiya məhkəməsində Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi ilə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesində yalançı şahid Etiram Muradov ona qarşı bilə-bilə yalan (ifadə) izahat verərək onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən şər və böhtan atmışdır. 26 iyul 2021ci il tarixdə bağ sahəsi satılmış və xx.xx.2022-ci il tarixdə onu bağda görəndən sonra satılan bağa çəkilən hasarı Ehtibar Cavabdeh2 Muradov və Cavabdeh1 ilə birlikdə sökərək onu tutdurmaq üçün əsas kimi göstərmişlər. Yalançı zərərçəkmiş Cavabdeh1 Sumqayıt şəhər 1-ci Polis Bölməsində təhqiqatda, Sumqayıt Şəhər Məhkəməsində xx.xx.2022-ci il tarixdə və Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə proseslərində və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində verdikləri yalan izahatlarla (ifadələrlə) ona qarşı bilə-bilə şər və böhtan atmışdırlar. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun və oğlu Teymurun barəsində bilə-bilə yalan ifadə verməklə onun və oğlu Teymurun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumat vermişdirlər. Yalançı zərərçəkmiş Cavabdeh1 Sumqayıt şəhər 1-ci Polis Bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində ona qarşı bilə-bilə yalan ifadə verməklə etdikləri belə haqsız və qanunsuz hərəkətləri Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkibini yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasına, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübutlar əsasında müəyyən edilir. Amma yalançı şahid Cavabdeh2 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində şahidlik etməmişdir. Belə fakt Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarında sübut olunur. Cavabdeh1 adına heç bir bağ sahəsi olmadığı halda və bu bağda fərdi yaşayış evinin olmadığı halda "mənim fərdi yaşayış evimin hasarını Elçin Muradov sökmüşdür, Elçin Muradov və oğlu Teymur qohumlarımdır, aramızda mülki mübahisə var" söyləyərək təhqiqatda və məhkəmələrdə bilə-bilə yalan məlumat vermişdir. Cavabdeh1 Abşeron Rayon Məhkəməsinə yazdığı xx.xx.2024-cü il tarixli qarşılıqlı iddia ərizəsində “Elçin Muradov mənim tanışımdır” bildirmişdir. O bağdakı evdə sonradan müxtəlif vaxtlarda saxladığı 15 dəst şalvar, köynək, ayaqqabı, bu əşyaları Cavabdeh2 oğurlamışdır. Bağ evində saxladığı 2 vedrə, bir ədəd oturan stol, 15 metr ipin Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə oğurlanması barədə xx.xx.2022-ci il tarixdə o, Sumqayıt şəhər 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və oğurluq faktında xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxs Cavabdeh2 barəsində inzibati təsir tədbirlərinin görünməsi üçün inzibati icraat işləri açılmışdır. Apellyasiya məhkəməsində dindirilən (şahidlik edən) Cavabdeh2 ifadələri məzmunları baxımından öz növbəsində şikayətin tələbinə mahiyyəti üzrə baxılması zamanı sübutetmə pretmeti barəsində həlledici qənaət formalaşdırmaq həcmində deyildir. Cavabdeh1 şikayəti əsasında Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində yalançı şahid olan Cavabdeh2 şahid qismində dindirilməsi barədə heç bir vəsatət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmişdir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmə hüququ vardır. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Yalançı zərərçəkən Cavabdeh1 Sumqayıt şəhər 1-ci polis bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində, Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 1-ci polis bölməsində onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymışdırlar. Yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə və digər sənədlərlə də təsdiq olunur ki, ona Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, həmçinin qanunsuz satılmış miras əmlakın bir hissəsində mülkiyyətçi olmayan Cavabdeh1 tərəfindən onların qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, o, yaşadığı ünvan 2 ünvanından hər dəfə ona qarşı böhtan xarakterli şikayət ərizələri əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə, Sumqayıt Şəhər Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə çağırış üzrə dəfələrlə gedərkən öz şəxsi vəsaiti hesabına pullar xərcləmiş və hər dəfəsində bütün bu böhtan xarakterli şikayətlərə görə nigarançılıq, mənəvi sarsıntı və iztirab, həyəcan, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik hissləri keçirmişdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi məlumatlar yayılması başa düşülür. Onun barəsində yayılan məlumatlar mənfi və yalan məlumatlardır. Onun barəsində bilə-bilə yaydıqları yalan məlumatlar onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin (görməyi) görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Ona bilə-bilə böhtan atması təhqiqatda və məhkəmə proseslərində 11 nəfərin yanında yayılmışdır. Yalançı zərərçəkmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 belə haqsız və qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Nəticədə əsəbləri gərgin formada pozulmuşdur. Yuxarıda adları çəkilənlər onun və oğlu Teymurun barədə yazdıqları yalan izahatlar və məlumatlar nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmiş və mənfi psixi reaksiyaya səbəb olan xarakterli olmuşdur. O, iztirab keçirərək sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkir. Əsəblərinin pozulmasına görə günlərlə evdən bayıra çıxa bilməmiş, heç kəsin gözünə görünmək istəməmişdir. İstəyir ki, kimsə onu əsəbi halda və əsəblərinin gərgin pozulması halında görməsin. Əsəblərinin pozulmasına görə bir neçə dəfə gecələr səһərə qədər yata bilməmiş ya da narahat halda yatmışdır. Beləliklə, şərəf və ləyaqətinin ləkələnməsi ilə sağlamlığına xəsarət yetirmişlər. Əsəblərinin pozulması onun yaradıcılığına da mənfi təsir göstərmişdir. O, rəssamdır və əsəblərinin gərgin pozulması halında heç bir əsəri lazımi qaydada səhvsiz yaratmaq üçün işləmək, həmçinin çox yorğun və əsəbi halda əsəri texniki cəhətdən yaratmaq və rənglərdən düzgün istifadə etmək qabiliyyətində ola bilməmiş və cavabdehlərin ona qarşı etdikləri haqsızlıqlar nəticəsində istədiyi əsərləri yarada bilməmişdir. Belə ki, cavabdehlər onun və oğlu Teymurun barəsində şərəf və ləyaqətin ləkələnməsi barədə yalan məlumatlar vermişdirlər və bu məlumatları bilərəkdən yaymışdırlar. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Sumqayıt şəhər 1-ci Polis Bölməsində və məhkəmələrdə verilən belə yalan məlumatlar ayrı-ayrı şəxslər arasında onlar barəsində mənfi rəy yaradan, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məhkəmənin diqqətinə çatdırır ki, illərcə davam edən bu böhtan xarakterli şikayətlər əsasında aparılmış təhqiqat və məhkəmə prosesləri onda çox ciddi sağalmaz xəstəliklər və mənəviyyatında sarsılmış izlər buraxmışdır. Cavabdehlərin ona qarşı etdikləri belə haqsız hərəkətlərdən sonra onun əsəbləri ciddi surətdə pozulmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə prosesində şahid qismində izahat verən yalançı şahid Cavabdeh2 onun vərəsəlik miras payı olan bağ sahəsinə getdiyi üçün onu bağdan 2 dəfə polis bölməsinə apardığını hakimə demişdir. Hakim polisə kim tərəfindən məlumat verildiyini soruşanda yalançı şahid Cavabdeh2 “ordakılar polisə zəng etmişlər” cavabını verəndə hakimin Cavabdeh2 “bəs sən orada nə edirdin?” sualına “mən heç nə etmirdim, bir tərəfdə dayanmışdım” deyərək yalan sözlərlə hakimə cavab vermişdir. Bildirir ki, valideyndən miras qalan vərəsəlik payı olan bağ sahəsinə getdiyi üçün xx.xx.2022-ci il tarixdə DİN-nin “102” çağrı mərkəzinə, Cavabdeh2 öz şəxsi telefonu ilə zəng etmişdir və polislərin gəlməsini öz şəxsi telefonu ilə zəng edərək harada olduğunu bildirməklə yola çıxaraq gələn polisləri qarşılamışdır. Polislər bağ sahəsinə gələndən sonra Cavabdeh2 səsküy salmışdır. Polislər bağ sahəsinə gələnə qədər Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı Elşad Məmmədova zəng edərək gəlib ona hədə-qorxu gəldiyini bildirmişdir. Əlavə olaraq bildirir ki, mərhum anasından onlara bağ sahəsi ilə yanaşı 6 sot torpaq sahəsi və maşın da miras qalmış, Abşeron Rayon Məhkəməsinin 2022-ci ildə qəbul edilmiş müvafiq qətnaməsinə əsasən onun qeyd edilən miras əmlaklar üzərində mülkiyyət hüququ tanınmışdır. Onlar ailədə 6 uşaq olmuşlar və bacı-qardaşları ona qarşı çıxırlar. Belə ki, onlar bağ sahəsini öz aralarında bölmüşlər, halbuki həmin torpaq sahəsindən ona 1/6 hissədə pay düşür. Qeyd edilənlərə əsasən o, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixli, ********* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən verilmiş çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172D ərazisində ətrafı hasarlanmış fərdi yaşayış ev Cavabdeh1 qızı Fidan Bayramlı mülkiyyətçidir. X10 və Teymur Muradov isə Cavabdeh1 tanışlarıdır. Bağ sahəsi Cavabdeh1 qızı X3 mülkiyyətində olsa da faktiki olaraq bağa Cavabdeh1 sahiblik edir, bütün tikinti işlərini və s., kommunal ödənişlərini icra edir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 evdə olarkən bağ qonşuları Cavabdeh2 ona zəng edərək X10 və oğlu Teymur Muradovun gəlib evin hasarını sökdüyü, həmçinin bağda olan su qabı və beli apardıqları barədə məlumat vermişdir. O zaman Cavabdeh1 “102” xidmətinə zəng edərək polisə müraciət etmişdir. Hasarın uçurulması nəticəsində Cavabdeh1 2000 manat maddi ziyan vurulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş, ona ziyanın bir misli məbləğində, yəni 2000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərarda Cavabdeh1 məhkəmə tərəfindən izah olunmuşdur ki, Cavabdeh1 vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. X10 iddiasında qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-25350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ММ seriyalı, ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılmışdır. 1-ci PB-nin 58-1/2-5466 nömrəli, xx.xx.2024-cü il tarixli iddiaçının cavab məktubuna əsasən AR İXM 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ММ seriyalı, ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmək müddəti keçdiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-də protokola xitam verilmişdir. İnzibati məsuliyyətə cəlb edilməsinin müddətinin keçməsi hadisənin, yəni Cavabdeh1 dəymiş maddi və mənəvi zərəri sübut edən haldır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında qeyd edilmişdir: “Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb tədqiq olunmuş sübutlara qiymət verərək aşağıda göstərilən səbəblərə görə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və 29 sentyabr 2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə inzibati işin baxılmağa hazırlanması mərhələsinə qaytarılmalıdır”. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən tərtib olunmuş 09 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat Bağları ərazisində Cavabdeh1 məxsus bağ evində tikintisi aparılan hasar Elçin və onun oğlu Teymur tərəfindən uçurulmuş, həmçinin bağda olan su qabı və bel aparılmışdır. İddiaçı hasarın uçurulması nəticəsində ona 2000 manat maddi ziyan vurmuşdur. Cinayət işinin başlanması rədd edilmiş və X5 əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsinin tərkibini yaratdığından onun barəsində inzibati icraat açılması üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci PB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 D ünvanında yerləşən torpaq sahəsi X7 məxsusdur. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən zərərçəkmiş şəxs düzgün müəyyən edilməmişdir. Belə ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 D ünvanında yerləşən torpaq sahəsi Cavabdeh1 deyil, X7 məxsusdur. Göründüyü kimi işin birinci instansiya məhkəməsinə qaytarılması və daha sonra İXM-nin 232-1-ci maddəsinin cəlb etmə müddətinin keçməsi X5 əməlində və dəymiş ziyanı istisna etmir. Sadəcə 1-ci PB tərəfindən zərərçəkmiş şəxs kimi qızı X9 qeyd edilməlidir. Qeyd edir ki, bir neçə dəfədir, həmin şəxslər Cavabdeh1 bağına hücum edirlər və Cavabdeh1 həm maddi, həm də mənəvi zərər vururlar. Qonşular dəfələrlə Cavabdeh1 zəng edib bildirmişdirlər ki, şikayətlərə və xəbərdarlıqlara baxmayaraq Elçin Muradov qanunsuz əməllərini davam etdirir. İlkin iddia üzrə iddiaçının yaxın qohumları, o cümlədən qardaşı Cavabdeh2 darvazanın və daşlarının sökülməsinə və yandırılmasına şahid olmuşdur. Hal-hazırda dəymiş ziyan 20000 manatdan artıqdır. Dəfələrlə 1-ci Polis Bölməsini təhqiqatçılar fərqli məbləğlərdə inzibati protokollar tətbiq etmişdir. Lakin hələki ən böyük zərər 20000 manatdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, maddi ziyanın əsası kimi fotoşəkillər təqdim edə bilər. Fotoşəkillərdən görünür ki, X10 Cavabdeh1 üç dəfə tikdiyi hasarı üç dəfə də uçurmuş, darvazanı isə yandırmışdır. Artıq bütün qonşular da X5 əməllərindən bezmişdir, belə ki, X10 öz hərəkətləri ilə təhlükə yaradır. X16 Bayramova dəymiş zərərdən bu günə kimi bir qəpik belə ödənilməmişdir. Qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı qərarında barəsində inzibati protokol tərtib edilmiş şəxs Elçin Muradovun qeydiyyat ünvanı Azərbaycan Respublikası ünvan 2 ünvanında yaşadığı qeyd olunur. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxs Rusiya Federasiyasının vətəndaşıdır. Qeyd edir ki, Cavabdeh1 vicdanlı alıcı olaraq dəfələrlə ziyanı bərpa etmək istəmişdir. İş materiallarında olan şəkillərdə bağ sahəsinin əvvəlki və yeni vəziyyəti əks olunmuşdur, qarşı tərəf bağ sahəsini yandırmaq və satmaq istəmişdir. Bildirir ki, X10 tərəfindən verilmiş ilkin iddia tələbi əsassızdır. Belə ki, Elçin Muradov iddia tələbini kifayət qədər əsaslandırmamış, yalnız ittiham etmişdir. Elçin Muradov özü də etiraf edir ki, sözügedən torpaq sahəsində olan hasarları dağıtmışdır. Dəymiş ziyan ilə bağlı akt tərtib edilmiş, bir daşın qiyməti 50 qəpikdən hesablanmışdır. Akt tərtib edilərkən orta bazar qiyməti, həmçinin hasarın və daşın qiymətləri də müəyyən edilmişdir. Qiymətlər müəyyən edilərkən internetdə göstərilmiş qiymətlərdən istifadə edilmişdir. Odur ki, qeyd olunanlara əsasən o, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, nömrə 2172 ünvanında yerləşən bağ sahəsinin onun anasının mülkiyyətində olmasını sübut edən hər hansı sənəd mövcud deyildir. O, qardaşı olan iddiaçı X8 maddi və ya mənəvi ziyan vurmamışdır. O, X2 yaşca böyükdür və qardaşını 45 il müddətində görməmişdir. İddiaçının qeyd etdiyi bağ sahəsi anasının adına olmamış və vaxtilə atasına bağışlanmışdır. Nikahdan sonra atası bağı öz evinə birləşdirmiş, daha sonra müqavilə əsasında vəfat etmiş qardaşı Cavabdeh3 bağışlamışdır. Cavabdeh3 isə illər sonra bağ sahəsini bacısına bağışlamışdır. O, iddiaçının oğlunu da görməmişdir. Cavabdeh3 sağlığında bağ sahəsinin 12 sotluq hissəsini, o isə sahənin digər 12 sotunu satmışdır. Sözügedən bağ sahəsinin 24 sotluq hissəsi başqa şəxsin adına olmuş, 12 sotluq hissəsi isə atası tərəfindən ona verilmişdir. X13 bağ sahəsinə faktiki olaraq sahiblik edir. Elçin Muradovun izahatında qeyd etdikləri həqiqəti əks etdirmir, belə ki, Elçin Muradov özü hasarı 2 dəfə sökmüş, hasar 3 dəfə tikilmişdir. Göstərilənlərə əsasən o, ilkin iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək və Cavabdeh2 izahatında qeyd edilənləri təsdiq edərək bildirdi ki, bağ sahəsinin hasarını elə iddiaçı X10 özü uçurmuşdur. Atası vaxtilə bağı Cavabdeh3 adına keçirmiş, torpaq sahəsi bağışlandığı zaman iddiaçı ölkə xaricində olmamışdır. Onun atası sağlığında demişdir ki, Elçin Muradov onu quyuya atmaq istəyib. Qeyd edir ki, maddi və mənəvi zərər onlar tərəfindən deyil, iddiaçı tərəfindən vurulmuşdur, belə ki, iddiaçıdan başqa heç kim sözügedən torpaq sahəsinə getməmişdir. Qeyd edilənlər əsasında o, ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə iddianın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarından görünür ki, ilkin və qarşılıqlı iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Lakin məhkəmədə sübutların tədqiqatı zamanı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdehlər tərəfindən ona 3000 manat məbləğində maddi ziyan və 97000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Bundan başqa qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə qarşılıqlı iddianın əsaslarını sübut etmək vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşdüyündən və bununla bağlı məhkəmədə mötəbər sübutlar müəyyən edilmədiyindən məhkəmə qarşılıqlı iddianın da rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi iddia tələbinin əsasları ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatına tənqidi yanaşmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: X5 (Muradov Elchinin) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pul kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsi barədə ilkin iddiası rədd edilsin. Cavabdeh1 X8 (Muradov Elchinə) qarşı X2 (Muradov Elchindən) onun əmlakına vurulmuş maddi zərərin əvəzini ödəməklə 20000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-558/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-558/2025
11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver