Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5597/2021 26.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 22 may 2008-ci ildə anadan olmuş Cəfərov İlknur (İmran) İbrahim oğlunun və 19 iyun 2009-cu il tarixdə anadan olmuş X1 üçün cavabdehdən sabit pul məbləğində hər ay hər uşaq üçün 175 manat, ümumilikdə 350 manat miqdarında alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 08 yanvar 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 22 may 2008-ci ildə anadan olmuş Cəfərov İlknur (İmran) İbrahim oğlu və 19 iyun 2009-cu il tarixdə anadan olmuş X8 adlı iki övladları var. Belə ki, aralarında baş verən münaqişələr nəticəsində birgə yaşamaları qeyri-mümkün olmuşdur və nikahları rəsmi qaydada Abşeron rayon Məhkəməsinin 08 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və azyaşlı uşaqları 22 may 2008-ci ildə anadan olmuş Cəfərov İlknur (İmran) İbrahim oğlu və 19 iyun 2009-cu il tarixdə anadan olmuş X2 onun yanında saxlanılması müəyyən olunmuş və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat ümumilikdə 100 manat alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Hal-hazırda azyaşlı uşaqları onun himayəsindədir. Cavabdeh uzun müddətdir ki, uşaqlara laqeyd münasibət göstərir, heç bir qayğı göstərmir. Uşaqların nə ilə dolandığı, nə geyindiyi, nə yediyi onu maraqlandırmır. O isə uşaqlara baxmaqda çətinlik çəkir. Uşaqlar məktəbə gedir, onların geyim xərcləri, məktəb xərcləri var, bu xərcləri təkbaşına ödəməkdə o, çətinlik çəkir. Sadəcə istəyir ki, cavabdeh uşaqlarına baxmaqda məsulliyyətli olsun, onun kimi uşaqlarının gələcəyini düşünsün. Uşaqlar artıq böyüyür. Bununla bağlı olaraq da təbii ki, onların xərcləri əvvəlki miqdarda deyil. Buna görə də uşaqların saxlanması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulması zəruridir. Cavabdeh əvvəlki aliment borcunu ödəmir. Bununla bağlı kifayət qədər borc yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 08 yanvar 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 22 may 2008-ci ildə anadan olmuş Cəfərov İlknur (İmran) İbrahim oğlu və 19 iyun 2009-cu il tarixdə anadan olmuş X8 adlı iki övladları var. Xarakterləri uyğun gəlmədiyindən nikahları pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli 2(012)-184/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ödənilməsindən yayınmır. Özü fəhlə işləyir, 450 manat əmək haqqı alır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının yetkinlik yaşına çatmayan X4 adının dəyişdirilməsi barədə 07.06.2013-cü il tarixli 386 saylı sərəncamından görünür ki, 22 may 2008-ci il tarixdə anadan olmuş X4 yalnız adının dəyişdirilərək İlknur kimi yazılması, Abşeron rayon Qeydiyyat şöbəsinə X4 AZ-İİ 107209 saylı 02 oktyabr 2008-ci il tarixli doğum haqqında şəhadətnaməsində və doğum haqqında akt qeydləri kitabında bütün qeydləri saxlamaqla yalnız adında dəyişiklik edərək X5 yeni doğum haqqında şəhadətnamə verilməsi qərara alınmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.07.2013-cü il tarixli AZ-İİİ № 115436 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 22.05.2008-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 49 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X6r. -Abşeron rayonu Hökməli qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25.08.2009-cu il tarixli AZ-İİ № 312807 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 19.06.2009cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X6r. -Abşeron Rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli 2(012)-184/2013 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X10 ilə Cavabdeh arasında 08 yanvar 2007-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbəsi üzrə nümayəndəliyində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan uşaqları - 22 may 2008-ci il tarixdə anadan olmuş X4 və 19 iyun 2009-cu il tarixdə anadan olmuş X2 anaları X3 yanında qalmalarının müəyyən edilməsi, 22 may 2008-ci il tarixdə anadan olmuş X4 və 19 iyun 2009-cu il tarixdə anadan olmuş X2 hər birinin 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 ödənilməsi və alimentin tutulmasının əvvəlinin 05 noyabr 2012-ci il tarixdən hesablanması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 5 manat pulun Cavabdeh tutulub iddiaçı X7 verilməsi qət edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.06.2013-cü il tarixli AZ-İ № 160797 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 104 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Məcidova soyadı verilmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 12.06.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu Hökməli qəsəbəsi K.Qasımov küçəsi 17 saylı evdə qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 05.08.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli arayışdan görünür ki, Cəfərov X12 rayonu Hökməli qəsəbəsi K.Qasımov küçəsi 17 saylı evdə qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş 22.05.2008-ci il təvəllüdlü Cəfərov İlknur (İmran) İbrahim oğlu və 19.06.2009-cu il təvəllüdlü X8 adlı övladları iddiaçının himayəsində yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 22.05.2008-ci il təvəllüdlü Cəfərov İlknur (İmran) İbrahim oğlu və 19.06.2009-cu il təvəllüdlü X8 adlı iki uşaqları dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli 2(012)-184/2013 saylı qətnaməsinə əsasən Cavabdeh 22.05.2008-ci il təvəllüdlü Cəfərov İlknur (İmran) İbrahim oğlunun və 19.06.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli 2(012)-184/2013 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 50 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq, iddia ərizəsinin təmin edilərək, 22.05.2008-ci il təvəllüdlü Cəfərov İlknur (İmran) İbrahim oğlunun və 19.06.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli 2(012)-184/2013 saylı saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli 2(012)-184/2013 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 22.05.2008-ci il təvəllüdlü Cəfərov İlknur (İmran) İbrahim oğlunun və 19.06.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5597/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5597/2021
26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver