Məhkəmə qərarları › İş №2(012)-567/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-567/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-567/2022 10.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı məcburi icra ödənişlərinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı məcburi icra ödənişlərinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 490,88 manat məbləğində icra ödənişi, 351,00 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(012)-3785/2018 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 23 dekabr 2013-cü il tarixli, 120558-CNS-2346 saylı kredit müqaviləsindən irəli gələn 30.07.2018-ci il tarixə Banka ödənilməmiş 9397,01 manat əsas borc, 12,22 manat faiz borcu, 62,59 manat cərimə borcu, cəmi 9471,82 manat, 30 manat dövlət rüsumuna görə pulun tutulması, tutmanın kreditin təminatı olan “Chevrolet Aveo” minik markalı, ağ mirvari rəngli, mühərrik F16D4420482KA, ban KL1TA69E9DB076129, 2013-cü il buraxılışı olan **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbi həcmində banka ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli 2(105)-566/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(012)-3785/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinə görə ödənilmiş 15,40 manat dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Abşeron Rayon İcra və Probasiya şöbəsinin 30.06.2020-ci il tarixli 17/7568460/19 2V saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus «Chevrolet AVEO» markalı, ağ mirvari rəngli, 2013-cü il buraxılışı olan **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı «X1 Mərkəzi» MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı «X1 Mərkəzi» MMC-nin 23 oktyabr 2020-ci il tarixli YP №-027 saylı Satış Protokoluna əsasən “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus «Chevrolet AVEO» markalı, ağ mirvari rəngli, 2013-cü il buraxılışı olan **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı «X1 Mərkəzi» MMC-nin 25 sentyabr 2020-ci il tarixli 002 nömrəli hesab-fakturasında Cavabdeh məxsus «Chevrolet AVEO» markalı, ağ mirvari rəngli, 2013-cü il buraxılışı olan **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 351,00 manat məbləğində xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. 22 oktyarbr 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən «X1 Mərkəzi» MMC-nin "xxxx" ASC-də olan hesabına Cavabdeh məxsus «Chevrolet AVEO» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 351,00 manat ödənilmişdir. 22 oktyarbr 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X2 hesabına 490,88 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 351,00 manat məbləğində hərracın keçirilməsi xərci və 490,88 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar “Bank VTB (Azərbaycan)" ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Buna görə də iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(012)-3785/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 23 dekabr 2013-cü il tarixli, 120558-CNS-2346 saylı kredit müqaviləsindən irəli gələn 30.07.2018-ci il tarixə Banka ödənilməmiş 9397,01 manat əsas borc, 12,22 manat faiz borcu, 62,59 manat cərimə borcu, cəmi 9471,82 manat, 30 manat dövlət rüsumuna görə pulun tutulması, tutmanın kreditin təminatı olan “Chevrolet Aveo” minik markalı, ağ mirvari rəngli, mühərrik F16D4420482KA, ban KL1TA69E9DB076129, 2013-cü il buraxılışı olan **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbi həcmində banka ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli 2(105)-566/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 08 avqust 2018ci il tarixli, 2(012)-3785/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinə görə ödənilmiş 15,40 manat dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(012)-3785/2018 saylı icra vərəqəsindən görünür ki, həmin Məhkəmənin 08 avqust 2018ci il tarixli 2(012)-3785/2018 saylı qətnaməsi icraya yönəldilmişdir. İş materiallarında olan 30 aprel 2019-cu il tarixli qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(012)-3785/2018 saylı icra vərəqəsi üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya şöbəsinin 30.06.2020-ci il tarixli 17/7568460/19 2V saylı sifariş məktubundan görünür ki, Cavabdeh məxsus «Chevrolet AVEO» markalı, ağ mirvari rəngli, 2013-cü il buraxılışı olan **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı «X1 Mərkəzi» MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. İş materiallarında olan hərrac təşkilatçısı «X1 Mərkəzi» MMC-nin 23 oktyabr 2020-ci il tarixli YP №-027 saylı Satış Protokolundan görünür ki, “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus «Chevrolet AVEO» markalı, ağ mirvari rəngli, 2013-cü il buraxılışı olan **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan hərrac təşkilatçısı «X1 Mərkəzi» MMC-nin 25 sentyabr 2020-ci il tarixli 002 nömrəli hesab-fakturasında Cavabdeh məxsus «Chevrolet AVEO» markalı, ağ mirvari rəngli, 2013-cü il buraxılışı olan **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 351,00 manat məbləğində xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 22 oktyabr 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən «X1 Mərkəzi» MMC-nin "xxxx" ASC-də olan hesabına Cavabdeh məxsus «Chevrolet AVEO» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 351,00 manat ödənilmişdir. İş materiallarında olan 22 oktyabr 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X2 hesabına 490,88 manat məbləğində icra ödənişi ödənilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilmişdir ki, kredit öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyinə görə İddiaçı ASC tərəfindən Cavabdeh qarşı iddia qaldırılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı ASC-nin xeyrinə Cavabdeh 23 dekabr 2013-cü il tarixli, 120558-CNS-2346 saylı kredit müqaviləsindən irəli gələn 30.07.2018-ci il tarixə Banka ödənilməmiş 9397,01 manat əsas borc, 12,22 manat faiz borcu, 62,59 manat cərimə borcu, cəmi 9471,82 manat, 30 manat dövlət rüsumuna görə pulun tutulması, tutmanın kreditin təminatı olan “Chevrolet Aveo” minik markalı, ağ mirvari rəngli, mühərrik F16D4420482KA, ban KL1TA69E9DB076129, 2013-cü il buraxılışı olan **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbi həcmində banka ödənilməsi qət edilmiş, qətnamə icraya yönəldilmiş və son nəticədə ipoteka predmeti açıq hərracda bank tərəfindən əldə edilmişdir. Bununla belə, işdən görünür ki, həmin qətnamənin icrası ilə bağlı bir sıra xərclər bank tərəfindən ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinin tələbinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1-ci maddəsinin tələbinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Həmin Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Mülki Məcəllənin 431-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinin tələbinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən vaxtında yerinə yetirilməmiş, kredit mübahisəsi üzrə məhkəmə qətnaməsi çıxarılmış, bu məhkəmə aktının icra edilməsi ilə bağlı icra sənədi üzrə tələbkar olaraq İddiaçı ASC tərəfindən ümumilikdə 841,88 manat xərc çəkilmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, həmin xərc Cavabdeh kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində çəkildiyindən ondan tutularaq İddiaçı ASC-yə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məcburi icra tədbirləri zamanı ödənilmiş 490,88 manat məbləğində icra ödənişinin, 351 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar