Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5677/2022 19.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh torpaq sahəsinə görə ödənilmiş 3000 manat, bünövrəyə çəkilən xərcə görə 350 manat, torpaq sahəsində qalmış, istifadə edilməmiş tikinti materiallarının dəyərinə görə 350 manat, mənəvi zərərə görə 1000 manat, ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 4770 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında İddiaçı özünə ev tikmək üçün torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqsədlə tanıdığı şəxslərlə ucuz qiymətə satılan torpaq sahəsinin olub-olmaması barədə maraqlanmağa başlamışdır. Bu məsələdə keçmiş qaynatası iddiaçıya özünün yaşadığı Qobu yolunda tanıdığı makler olduğunu, onunla maraqlanıb torpaq sahələrinə baxılmasını bildirmişdir. Qaynatası “Ataş” ləqəbli Cavabdeh adlı maklerlə əlaqə saxlamış və cavabdeh iddiaçını bir neçə torpaq sahəsinə apararaq göstərmiş, nəhayət, Qobu qəsəbəsində Polis bölməsinin arxasında, yəni, Abşeron rayonu Qobu Bələdiyyəsinin 21 iyul 2007-ci il tarixli 5 saylı qərarına əsasən, onlara ayrılmış torpaq sahəsini göstərmişdir. Cavabdeh göstərdiyi torpaq sahəsinin X2 adına olduğunu və sənədin yalnız bələdiyyədən verilmiş plan-sxem olduğunu bildirmişdir. Belə ki, həmin ərazidə hər kəs qeyd olunan sənədlə torpaq alaraq özünə ev tikirdi. Ramin Dostəliyev tərəfindən iddiaçıya etibarnamə verilməli və iddiaçı da həmin torpaq sahəsini qeyd olunan formada əldə etmiş olacaqdı. İddiaçı həmin torpaq sahəsini bəyənmiş və 1.5 sot hissəsini almağa razılığını bildirmişdir. İddiaçı həmin torpağın 1.5 sotunu 3000 manata razılaşıb pulu qaynatası Şahin Ələsgərovun yanında Xırdalan şəhəri 1 saylı Notariat ofisində torpaq sahəsinə dair etibarnaməni aldığı gün, yəni 17 noyabr 2018-ci il tarixdə Cavabdeh təqdim etmişdir. Bundan sonra iddiaçı orada yavaş-yavaş tikinti işlərinə başlamaq qərarına gəlmişdir. Belə ki, iddiaçı torpaq sahəsində evin bünövrəsini tikərək hazır vəziyyətə gətirmiş, həmin vaxt Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tikintini dayandırmasını tələb etmişlər. Maddi imkanı aşağı olduğundan iddiaçı tikintini məcbur dayandırmış, həmin vaxt torpaq sahəsində istifadə edilməmiş 200 ədəd kubik (200 manat), 1 zil maşını qum (150 manat) və xırda daş (atçep) materialları qalmışdır. Həmçinin, evin bünövrəsinin tikintisinə 350 manat xərc çəkilmişdir. Bundan sonra ailə problemləri ilə əlaqədar tikinti işlərini iddiaçı davam etdirə bilməmiş və həmçinin, boşandığından torpaq sahəsi də keçmiş qaynatasıgilə yaxın olduğundan iddiaçı satmaq qərarına gəlmişdir. Bu məqsədlə, Ataş (Yusif) adlı maklerlə iddiaçı əlaqə saxlamış və atası Əskər Mirzəyevlə birlikdə görüşərək torpağa müştəri tapması barədə söhbət etmişdir. Ataş isə torpağı özünün götürməsini və orada ev tikərək satıb iddiaçının da pulunu artıqlaması ilə verəcəyini bildirmişdir. Ataş həmin torpaq sahəsində qalan istifadə edilməmiş tikinti materiallarının da dəyərini özünün verəcəyini, ona həmin materialların lazım olduğunu bildirmiş və iddiaçının materialları götürməməsini xahiş etmişdir. İddiaçı və atası onunla razılaşaraq torpaq sahəsini istifadə edilməmiş tikinti materialları ilə birlikdə Ataş adlı maklerə vermişdir. Bir müddət sonra iddiaçı həmin torpaq sahəsində ev tikildiyinin şahidi olmuş və Ataşla əlaqə saxlayaraq pulunu tələb etmiş, Ataş dəfələrlə gah Bakıda olmadığını, gah Gürcüstanda olduğunu, Bakıya gələndə pulu verəcəyini bildirsə də, son zamanlar ümumiyyətlə, telefonlara cavab verməməyə başlamışdır. Buna görə də iddiaçı Qobu polis Bölməsinə müraciət etmiş və mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı və onun atası torpaq sahəsi almaq niyyətində olmuş və iddiaçı nikaha daxil olduqdan sonra iddiaçının qaynatası Abşeron rayonu Qobu qəsəbəsində fəaliyyət göstərən maklerə, yəni, Cavabdeh yaxınlaşıb kömək edilməsini bildirmişdir. Polis bölməsinin arxasında yerləşən torpaq sahəsinin yarısı iddiaçı tərəfindən, yarısı isə iddiaçının qaynatası tərəfindən götürülmüş, torpaq sahəsi etibarnamə ilə alınmışdır. İddiaçı tərəfindən tikinti işlərinin inşasına başlanılsa da, aidiyyəti qurumların müdaxiləsindən sonra tikinti işləri dayandırılmışdır. Sonradan, iddiaçının ailə nikah münasibətlərində problemlər yaranmış və bundan sonra bir yerdə yaşamaq mümkün olmamış, nikaha xitam verilmişdir. İddiaçı torpaq sahəsini satmaq qərarına gəlmiş, cavabdeh isə tikili inşa etdikdən sonra torpaq sahəsini alıb pulu qaytaracağını bildirmişdir. İddiaçı tərəfindən 3000 manat ödənilmişdir. Cavabdeh tərəfindən tikili inşa edilmiş, lakin satılıb-satılmayacağı barədə məlumatı yoxdur. Tələb olunsa da cavabdeh pulu ödəməmiş, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının hazırda istəyi ödədiyi pulun geri qaytarılmasıdır. Etibarnamə də mövcuddur ki, həmin sənəd X4 tərəfindən verilmişdir. Lakin bütün söhbətlər cavabdeh tərəfindən aparılmışdır. Başqa sözlə, cavabdeh satışdan aldığı pulu geri qaytarmır. İddiaçı atası ilə birlikdə qaynatasının yanında pulu cavabdehə vermişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək nümayəndəsi-vəkili Vəkil izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, atası ilə birlikdə notariat orqanında pulu cavabdehə vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, iddiaçını və iddiaçının atasını tanımasa da, qaynatasını tanıyır. İddiaçının qaynatası Abşeron rayonu Qobu qəsəbəsində yaşayır. İddiaçının qaynatası 2.5 sot torpağa görə 3000 manat pul ödəmiş və həmin pul Ramin Dostəliyevə verilmişdir. O, özü makler işləyir və yalnız vasitəçi rolunda iştirak etmişdir. İddiaçı ona heç bir məbləğdə pul verməmişdir. İddiaçının qaynatası usta işləyir, bir müddət keçəndən sonra ev tikilmiş və iddiaçı ona müraciət edərək danışıq aparmaq istədiyini bildirmişdir. İddiaçı ondan torpaq sahəsi aldığını bildirmiş, lakin o, yaddaşının güclü olduğunu, iddiaçıya torpaq sahəsi satmadığını bildirmişdir. İddiaçı torpaq sahəsini göstərsə də, o, həmin torpaq sahəsinin satılmasında vasitəçi olduğunu bildirmişdir. O, 200-300 manat xidmət haqqını almış, iddiaçıdan isə pul almamışdır. Mübahisəli torpaq sahəsi iddiaçının qaynatasına satılmışdır. İddiaçının atası yaxınlaşaraq torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Torpaq sahəsinin satılmasına görə 3000 manat irəli sürülmüşdür. Həmin torpaq sahəsinə müştəri aparanda iddiaçının qaynanası iddiaçının torpağının olmadığını və həmin torpağın uşaq üçün aliment əvəzi verildiyini bildirmişdir. Həmçinin, iddiaçının qaynanası torpaq sahəsinin sənədinin olmadığını bildirmişdir. Ümumilikdə, o, iddiaçını tanımır və ondan pul almamışdır. Satılan torpaq sahəsi isə iddiaçının qaynanası və qaynatasına satılmış, aralarında münasibətlər pozulandan sonra bəlli olmuşdur ki, iddiaçı da öz növbəsində, torpaq sahəsi iddiasında olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, İddiaçı atasıdır. Oğlu ilə gəlini boşandıqdan sonra o, torpaq sahəsini satmaq qərarına gəlmiş və bunun üçün ev-alqı satqısı ilə məşğul olan Ataş ləqəbli maklerlə tanış olmuşdur. O, torpaq sahəsinin satılması barədə razılığa gəlmiş, cavabdeh torpaq sahəsini mart ayınadək satıb pulu verəcəyini bildirmişdir. Mart ayından sonra o, maklerə zəng etmiş, cavab ala bilməmiş, gah Gürcüstan, gah Qubada olduğunu bildirmişdir. Cavabdeh torpaq sahəsi alınmış, pulu o, oğluna şəxsən vermiş, cavabdehə isə o, özü pul verməmişdir. O, başqasına satılmış torpaq sahəsinin satılma səbəbini soruşmamışdır. O, özü dəfələrlə cavabdehə zəng etmiş və hətta onun özünə də dəfələrlə zənglər edilmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 184.2. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayonu 1 saylı Notariat kontorunda xx.xx.2018-ci il tarixdə 7E-20123 reyestr nömrəsi ilə təsdiq olunmuş AR-İ № 699084 saylı etibarnamənin surətindən görünür ki, X1 rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarına əsasən, 0.08 ha torpaq sahəsi ilə əlaqədar arayış, çıxarış almağı, satmaq, bağışlamaq və digər səlahiyyətləri İddiaçı 70 il müddətinə, xx.xx.2088-ci il tarixədək etibar etmişdir. -Cavabdeh X12 verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı torpaq sahəsi satmamış, həmin şəxsi tanımır. -İddiaçı X12 verdiyi izahatdan görünür ki, o, 2018-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən torpaq sahəsini qaynatası Şahinin vasitəsilə 3000 manata Ataş adlı maklerdən almışdır. Müəyyən müddət sonra torpağı satmaq qərarına gəlmiş, Ataş torpağı ona verib evi satandan sonra mart ayında pulunu qaytaracağını bildirmişdir. Ev tikilib satılmış, Cavabdeh isə həmin pulu onun qaynanasına məhkəmədə verdiyini bildirmişdir. Torpaq notarial qaydada onun adına keçirilmiş, onun mülkiyyətində olan torpaq sahəsinin pulunun başqa şəxslərə verilməsi mümkün deyildir və bunun araşdırılmasını xahiş etmişdir. -Abşeron rayon Polis İdarəsi Qobu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli 345- 10470M-32 saylı məktubundan görünür ki, müraciətdə göstərilən məsələnin mülki xarakterli olması ilə əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Mirzəli X7 rayonu, Diyallı kəndində, Cavabdeh isə Abşeron rayonu Qobu qəsəbəsi Ağamalıoğlu küçəsi 1 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı Mirzəli X9 rayonu Qobu qəsəbəsində yerləşən torpaq sahəsini notarial qaydada etibarnamə ilə almışdır. İddiaçı sonradan sözügedən torpaq sahəsini satmaq niyyətinə düşmüş və torpaq sahəsinin satışından əldə olunmuş pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılacağı vədi irəli sürülmüşdür. İddiaçı tərəfindən pul vəsaitinin qaytarılması cavabdehdən tələb olunmuş, lakin cavabdeh pulu geri qaytarmadığından iddiaçı aidiyyəti polis idarəsinə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda, iddiaçı Cavabdeh tərəfindən satıldığı iddia olunan torpaq sahəsinin satışına görə ödənilmiş 3000 manat, bünövrəsinə görə sərf olunmuş 350 manat, tikinti materiallarına görə 350 manat, vurulmuş mənəvi zərərə görə isə 1000 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilkin növbədə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi və mülki iş materiallarına əlavə olunmuş Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X3 tərəfindən etibarnamə verilmiş və həmin etibarnamə ilə iddiaçıya torpaq sahəsinə münasibətdə səlahiyyətlər ötürülmüşdür. Etibarnamə üzrə səlahiyyətlərin ötürülməsi torpaq üzərində iddiaçının sahiblik, istifadə və sərəncam vermək hüquqlarının yaranması demək deyildir. Məhkəmə araşdırması zamanı iddiaçı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən torpaq sahəsinin Cavabdeh 3000 manat pul ödənilməklə alındığını iddia etsə də, torpaq sahəsinin 3000 manata alındığını, alındığı halda isə onun cavabdeh tərəfindən satılmasını, eyni zamanda, aldığını iddia etdiyi torpaq sahəsində bünövrə işlərinin görülməsi və istifadə edilməmiş tikinti materiallarının qaldığını sübuta yetirə bilməmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş iddiaçının atasının ifadəsində cavabdehə pul məbləğinin verilməsini göstərsə də, məhkəmə qeyd edir ki, həmin ifadə iddiaçının maraqlarına uyğun olaraq verilmiş və sübut kimi qəbul edilməməlidir. Eyni zamanda, cavabdehin X12 və məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, iddiaçıdan torpaq sahəsinin satılması ilə bağlı hər hansı bir məbləğdə pul vəsaiti almamışdır. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübuta yetirməli olduğu halda sübuta yetirməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X5” haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir... Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərə görə 1000 manat pul vəsaitinin də tutulmasını xahiş etmiş, məhkəmə isə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə işin araşdırılan hallarını təhlil edib, qanunun yuxarıda göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov