Məhkəmə qərarları › İş №2(012)-5711/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5711/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5711/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.11.2018-ci il tarixli müqaviləyə əsasən, Panasonic ətçəkən üçün 215 manat ödənilməmiş hissə, 64 manat dəbbə pulu, 17.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********00651 olan X7 markalı telefon üçün 176 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulu, 14.08.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann LED televizor üçün 415 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, 21.08.2019-cu il tarixli müqaviləyə əsasən, HP notebook üçün 987 manat ödənilməmiş hissə, 286 manat dəbbə pulu, 05.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Lenovo notebook, İMEİ Kodu **********27937 olan Samsung Galaxy A10 markalı telefon üçün 1016 manat ödənilməmiş hissə, 304 manat dəbbə pulu olmaqla, ümumilikdə 3639 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 23.11.2018-ci il, 17.05.2019-cu il, 14.08.2019-cu il, 21.08.2019-cu və 05.09.2019-cu il tarixli müqavilələrə əsasən, Panasonic ətçəkən, İMEİ Kodu **********00651 olan X7 markalı telefon, Hoffmann LED televizor, HP notebook, Lenovo notebook, İMEİ Kodu **********27937 olan Samsung Galaxy A10 markalı telefon almış və 3639 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 648 manat olan Panasonic ətçəkən üçün 215 manat ödənilməmiş hissə, 64 manat dəbbə pulu, alqı-satqı qiyməti 528 manat olan İMEİ Kodu **********00651 olan X7 markalı telefon üçün 176 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulu, alqı-satqı qiyməti 509 manat olan Hoffmann LED televizor üçün 415 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, alqı-satqı qiyməti 1500 manat olan HP notebook üçün 987 manat ödənilməmiş hissə, 286 manat dəbbə pulu və alqı-satqı qiyməti 1682 manat olan Lenovo notebook, İMEİ Kodu **********27937 olan Samsung Galaxy A10 markalı telefon üçün 1016 manat ödənilməmiş hissə, 304 manat dəbbə pulu olmaqla, ümumilikdə 3639 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2058 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 23.11.2018-ci il tarixli, 00384959 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Dadaşova X3 ətçəkən almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.05.2019-cu il tarixli, 00667177 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********00651 olan X7 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.08.2019-cu il tarixli, 00846641 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Dadaşova X4 LED televizor almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.08.2019-cu il tarixli, 00860098 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh HP notebook almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.09.2019-cu il tarixli, 00890116 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Lenovo notebook, İMEİ Kodu **********27937 olan Samsung Galaxy A10 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Panasonic ətçəkən üçün Cavabdeh 215 manat ödənilməmiş məbləğ və 64 manat dəbbə pulu, İMEİ Kodu **********00651 olan X7 markalı telefon üçün 176 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulu Hoffmann LED televizor üçün 415 manat ödənilməmiş hissə, 346 manat dəbbə pulu, HP notebook üçün 987 manat ödənilməmiş hissə, 286 manat dəbbə pulu və Lenovo notebook, İMEİ Kodu **********27937 olan Samsung Galaxy A10 markalı telefon üçün 1016 manat ödənilməmiş hissə, 304 manat dəbbə pulu olmaqla, ümumilikdə 3639 manat borcu vardır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 23.11.2018-ci il tarixli, 00384959 saylı, 17.05.2019-cu il tarixli, 00667177 saylı, 14.08.2019-cu il tarixli, 00846641 saylı, 21.08.2019-cu il tarixli, 00860098 saylı və 05.09.2019-cu il tarixli, 00890116 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 23.11.2018-ci il tarixli, 00384959 saylı, 17.05.2019-cu il tarixli, 00667177 saylı, 14.08.2019-cu il tarixli, 00846641 saylı, 21.08.2019-cu il tarixli, 00860098 saylı və 05.09.2019-cu il tarixli, 00890116 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissələrində 23.11.2018-ci il tarixli müqaviləyə əsasən, Panasonic ətçəkən üçün üçün hesablanmış 64 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 5 manat, 17.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********00651 olan X7 markalı telefon üçün hesablanmış 52 manat dəbbə pulu 5 manat, 14.08.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann LED televizor üçün hesablanmış 124 manat dəbbə pulu 5 manat, 21.08.2019-cu il tarixli müqaviləyə əsasən, HP notebook üçün hesablanmış 286 manat dəbbə pulu 10 manat və 05.09.2019-cu il tarixli müqaviləyə əsasən, Lenovo notebook, İMEİ Kodu **********27937 olan Samsung Galaxy A10 markalı telefon üçün hesablanmış 304 manat dəbbə pulu isə 20 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 23.11.2018-ci il tarixli, 00384959 saylı müqaviləyə əsasən, Panasonic ətçəkən üçün 215 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 17.05.2019-cu il tarixli, 00667177 saylı, müqaviləyə əsasən, İMEİ Kodu **********00651 olan X7 markalı telefon üçün 176 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 14.08.2019-cu il tarixli, 00846641 saylı, müqaviləyə əsasən, Hoffmann LED televizor üçün 415 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 21.08.2019-cu il tarixli, 00860098 saylı müqaviləyə əsasən, HP notebook üçün 987 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 05.09.2019-cu il tarixli, 00890116 saylı müqaviləsinə əsasən, Lenovo notebook, İMEİ Kodu **********27937 olan Samsung Galaxy A10 markalı telefon üçün 1016 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2854 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar