Məhkəmə qərarları › İş №2(012)-5718/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5718/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5718/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********01520 Samsung Galaxy A30s markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********29469 olan Samsung Galaxy A30s markalı telefon üçün 386 manat ödənilməmiş hissə, 116 manat dəbbə pulu, 25.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED televizor üçün 1175,60 manat ödənilməmiş hissə, 310,40 manat dəbbə pulu, ümumilikdə 2560 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 24.10.2019-cu il, 09.11.2019-cu il və 25.01.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********01520 Samsung Galaxy A30s markalı telefon, İMEİ Kodu **********29469 olan Samsung Galaxy A30s markalı telefon, Samsung LED televizor almış və 2560 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 600 manat olan İMEİ Kodu **********01520 Samsung Galaxy A30s markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, alğı-satqı qiyməti 665 manat olan İMEİ Kodu **********29469 olan Samsung Galaxy A30s markalı telefon üçün 386 manat ödənilməmiş hissə, 116 manat dəbbə pulu və alğı-satqı qiyməti 1245,60 manat olan Samsung LED televizor üçün 1175,60 manat ödənilməmiş hissə, 310,40 manat dəbbə pulu olmaqla, ümumilikdə 2560 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 569 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, mütəmadi olaraq iddiaçı şirkətə ödəniş etmişdir. Lakin sonradan qəza keçirmiş və avtomobili cərimə meydançasına yerləşdirilmişdir. Həmçinin o, telefonları iddiaçı şirkətə qaytarmış, lakin yenədə ondan pul tələb edilmişdir. 1-ci aldığı telefonun ekranı sındığı üçün telefonu satmışdır. Daha sonra isə iddiaçı şirkətdən televizor götürmüşdür. O, hal-hazırda işsizdir və bütün borcu tam ödəməyə imkanı yoxdur. İş materiallarında olan 24.10.2019-cu il tarixli, 01002168 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********01520 Samsung Galaxy A30s markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.11.2019-cu il tarixli, 01038831 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********29469 olan Samsung Galaxy A30s markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.01.2020-ci il tarixli, 20058210 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Nəcəfov X3 LED televizor almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********01520 Samsung Galaxy A30s markalı telefon üçün Cavabdeh 440 manat ödənilməmiş məbləğ və 132 manat dəbbə pulu, İMEİ Kodu **********29469 olan Samsung Galaxy A30s markalı telefon üçün 386 manat ödənilməmiş hissə, 116 manat dəbbə pulu və Samsung LED televizor üçün 1175,60 manat ödənilməmiş hissə, 310,40 manat dəbbə pulu olmaqla ümumilikdə 2560 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 24.10.2019-cu il tarixli, 01002168 saylı, 09.11.2019-cu il tarixli, 01038831 saylı və 25.01.2020-ci il tarixli, 20058210 saylı il tarixli alğı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 24.10.2019-cu il tarixli, 01002168 saylı, 09.11.2019-cu il tarixli, 01038831 saylı və 25.01.2020-ci il tarixli, 20058210 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alğı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 24.10.2019-cu il tarixli, 01002168 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********01520 Samsung Galaxy A30s markalı telefon üçün hesablanmış 132 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 5 manat, 09.11.2019-cu il tarixli, 01038831 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********29469 olan Samsung Galaxy A30s markalı telefon üçün hesablanmış 116 manat məbləğində cərimə pulu 5 manat və 25.01.2020-ci il tarixli, 20058210 saylı müqaviləyə əsasən, Samsung LED televizor üçün hesablanmış 310,40 manat dəbbə pulu 20 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 24.10.2019-cu il tarixli, 01002168 saylı il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********01520 Samsung Galaxy A30s markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 09.11.2019-cu il tarixli, 01038831 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********29469 olan Samsung Galaxy A30s markalı telefon üçün 386 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu və 25.01.2020-ci il tarixli, 20058210 saylı müqaviləyə əsasən, Samsung LED televizor üçün 1175,60 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2031,60 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar