Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5722/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.08.2019-cu il tarixli müqaviləyə əsasən, Gree kondisioner, Gorenje soyuducu, Philips tozsoran üçün 913 manat ödənilməmiş hissə, 264 manat dəbbə pulu, 02.11.2019-cu il tarixli müqaviləyə əsasən, Panasonic ətçəkən, Hoffmann blender, Samsung mikrodaığalı soba üçün 360 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu, 02.01.2020-ci il tarixli müqaviləyə əsasən Anhel mebel əşyası üçün 1424 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu, 30.01.2020-ci il tarixli müqaviləyə əsasən, Panasonic musiqi mərkəzi üçün 312 manat ödənilməmiş hissə, 93 manat dəbbə pulu olmaqla, ümumilikdə 3774 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X6 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 02.08.2019-cu il, 02.11.2019-cu il, 02.01.2020-ci il və 30.01.2020-ci tarixli müqavilələrə əsasən, Gree kondisioner, Gorenje soyuducu, Philips tozsoran, Panasonic ətçəkən, Hoffmann blender, Samsung mikrodaığalı soba, Anhel mebel əşyası və Panasonic musiqi mərkəzi almış və 3774 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 3173 manat olan Gree kondisioner, Gorenje soyuducu, Philips tozsoran üçün 913 manat ödənilməmiş hissə, 264 manat dəbbə pulu, alğı-satqı qiyməti 720 manat olan Panasonic ətçəkən, Hoffmann blender, Samsung mikrodaığalı soba üçün 360 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu, alğı-satqı qiyməti 1554 manat olan Anhel mebel əşyası üçün 1424 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu və alğı-satqı qiyməti 470 manat olan Panasonic musiqi mərkəzi üçün 312 manat ödənilməmiş hissə, 93 manat dəbbə pulu olmaqla, ümumilikdə 3774 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2908 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 02.08.2019-cu il tarixli, 00819897 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Əliyoldaşova X1, Gorenje soyuducu, Philips tozsoran almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 02.11.2019-cu il tarixli, 01022979 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Panasonic ətçəkən, Hoffmann blender, Samsung mikrodaığalı soba almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 02.01.2020-ci il tarixli, 20003799 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Anhel mebel əşyası almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.01.2020-ci il tarixli, 20069435 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Panasonic musiqi mərkəzi almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Gree kondisioner, Gorenje soyuducu, Philips tozsoran üçün Cavabdehnun 913 manat ödənilməmiş məbləğ və 264 manat dəbbə pulu, Panasonic ətçəkən, Hoffmann blender, Samsung mikrodaığalı soba üçün 360 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu Anhel mebel əşyası üçün 1424 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu və Panasonic musiqi mərkəzi üçün 312 manat ödənilməmiş hissə, 93 manat dəbbə pulu olmaqla ümumilikdə 3774 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 02.08.2019-cu il tarixli, 00819897 saylı, 02.11.2019-cu il tarixli, 01022979 saylı, 02.01.2020-ci il tarixli, 20003799 saylı və 30.01.2020-ci il tarixli, 20069435 saylı alğı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 02.08.2019-cu il tarixli, 00819897 saylı, 02.11.2019-cu il tarixli, 01022979 saylı, 02.01.2020-ci il tarixli, 20003799 saylı və 30.01.2020-ci il tarixli, 20069435 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alğı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 02.08.2019-cu il tarixli, 00819897 saylı müqaviləyə əsasən, Gree kondisioner, Gorenje soyuducu, Philips tozsoran üçün hesablanmış 264 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 10 manat, 02.11.2019-cu il tarixli, 01022979 saylı müqaviləyə əsasən, Panasonic ətçəkən, Hoffmann blender, Samsung mikrodaığalı soba üçün hesablanmış 108 manat məbləğində cərimə pulu 5 manat, 02.01.2020-ci il tarixli, 20003799 saylı müqaviləyə əsasən, Anhel mebel əşyası üçün hesablanmış 300 manat dəbbə pulu 10 manat və 30.01.2020-ci il tarixli, 20069435 saylı müqaviləyə əsasən, Panasonic musiqi mərkəzi üçün hesablanmış 93 manat dəbbə pulu isə 5 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 02.08.2019-cu il tarixli, 00819897 saylı müqaviləyə əsasən, Gree kondisioner, Gorenje soyuducu, Philips tozsoran üçün 913 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 02.11.2019-cu il tarixli, 01022979 saylı müqaviləyə əsasən, Panasonic ətçəkən, Hoffmann blender, Samsung mikrodaığalı soba üçün 360 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 02.01.2020-ci il tarixli, 20003799 saylı müqaviləyə əsasən, Anhel mebel əşyası üçün 1424 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu və 30.01.2020-ci il tarixli, 20069435 saylı müqaviləyə əsasən, Panasonic musiqi mərkəzi üçün 312 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 3039 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5722/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5722/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver