Məhkəmə qərarları › İş №2(012)-5725/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5725/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5725/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.08.2019-cu il tarixli müqaviləyə əsasən, Thomas tozsoran, Braun ütü, 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan, Kenwood kombayn üçün 732 manat ödənilməmiş hissə, 237 manat dəbbə pulu, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, Bosch kombi üçün 492 manat ödənilməmiş hissə, 147 manat dəbbə pulu, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED televizor, Sonorous Surefix asqı üçün 750 manat ödənilməmiş hissə, 225 manat dəbbə pulu, 10.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********73637 Samsung Galaxy A30s markalı telefon üçün 16 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, 28.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73625 Samsung Galaxy A51 markalı telefon üçün 580,20 manat ödənilməmiş hissə, 134,80 manat dəbbə pulu, 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan üçün 1959,80 manat ödənilməmiş hissə, 442,20 manat dəbbə pulu, 10.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********30783 X8 8 markalı telefon, Mi qulaqlıq üçün 37 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu və 23.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********59099 Samsung Galaxy A20s markalı telefon üçün 383,80 manat ödənilməmiş hissə, 57,20 manat dəbbə pulu olmaqla, ümumilikdə 6205 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 30.08.2019-cu il tarixli, 00877851 saylı, 26.09.2019-cu il tarixli, 00939142 saylı, 26.09.2019-cu il tarixli, 00939077 saylı, 10.10.2019-cu il tarixli, 00972039 saylı, 28.01.2020-ci il tarixli, 20064724 saylı, 05.05.2020-ci il tarixli, 20261582 saylı, 10.06.2020-ci il tarixli, 20340077 saylı və 23.06.2020-ci il tarixli, 20367437 saylı müqavilələrə əsasən Thomas tozsoran, Braun ütü, 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan, Kenwood kombayn, Bosch kombi, Samsung LED televizor, Sonorous Surefix asqı, İMEİ Kodu **********73637 Samsung Galaxy A30s markalı telefon, İMEİ Kodu **********73625 Samsung Galaxy A51 markalı telefon və 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan almış və 6205 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2908 manat olan Thomas tozsoran, Braun ütü, 2 ədəd Kika-Genc çarpayı, Loft- Genc çarpayı, Doshek Uretan, Kenwood kombayn üçün 732 manat ödənilməmiş hissə, 237 manat dəbbə pulu, alqı-satqı qiyməti 1476 manat olan Bosch kombi üçün 492 manat ödənilməmiş hissə, 147 manat dəbbə pulu, alqı-satqı qiyməti 1350 manat olan Samsung LED televizor, Sonorous Surefix asqı üçün 750 manat ödənilməmiş hissə, 225 manat dəbbə pulu, alqı-satqı qiyməti 642 manat olan İMEİ Kodu **********73637 Samsung Galaxy A30s markalı telefon üçün 16 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, alqı-satqı qiyməti 1029,20 manat olan İMEİ Kodu **********73625 Samsung Galaxy A51 markalı telefon üçün 580,20 manat ödənilməmiş hissə, 134,80 manat dəbbə pulu, alqı-satqı qiyməti 2422,80 manat olan 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan üçün 1959,80 manat ödənilməmiş hissə, 442,20 manat dəbbə pulu, alqı-satqı qiyməti 743,40 manat olan İMEİ Kodu **********30783 X8 8 markalı telefon, Mi qulaqlıq üçün 37 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu və alqı-satqı qiyməti 577,80 manat olan İMEİ Kodu **********59099 Samsung Galaxy A20s markalı telefon üçün 383,80 manat ödənilməmiş hissə, 57,20 manat dəbbə pulu olmaqla, ümumilikdə 6205 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5492 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 30.08.2019-cu il tarixli, 00877851 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Thomas tozsoran, Braun ütü, 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan, Kenwood kombayn almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.09.2019-cu il tarixli, 00939142 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Əliyeva X2 almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.09.2019-cu il tarixli, 00939077 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Əliyeva X4 LED televizor, Sonorous Surefix asqı almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.10.2019-cu il tarixli, 00972039 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********73637 Samsung Galaxy A30s markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.01.2020-ci il tarixli, 20064724 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********73625 Samsung Galaxy A51 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.05.2020-ci il tarixli, 20261582 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.06.2020-ci il tarixli, 20340077 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********30783 X8 8 markalı telefon, Mi qulaqlıq almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.06.2020-ci il tarixli, 20367437 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********59099 Samsung Galaxy A20s markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Thomas tozsoran, Braun ütü, 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan, Kenwood kombayn üçün Cavabdeh 732 manat ödənilməmiş məbləğ və 237 manat dəbbə pulu, Bosch kombi üçün 492 manat ödənilməmiş hissə, 147 manat dəbbə pulu Samsung LED televizor, Sonorous Surefix asqı üçün 750 manat ödənilməmiş hissə, 225 manat dəbbə pulu, İMEİ Kodu **********73637 Samsung Galaxy A30s markalı telefon üçün 16 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu, İMEİ Kodu **********73625 Samsung Galaxy A51 markalı telefon üçün 580,20 manat ödənilməmiş hissə, 684 manat dəbbə pulu, 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan üçün 1959,80 manat ödənilməmiş hissə, 442,20 manat dəbbə pulu, İMEİ Kodu **********30783 X8 8 markalı telefon, Mi qulaqlıq üçün 37 manat ödənilməmiş hissə, 0 manat dəbə pulu və İMEİ Kodu **********59099 Samsung Galaxy A20s markalı telefon üçün 383,80 manat ödənilməmiş hissə, 57,20 manat dəbbə pulu olmaqla, ümumilikdə 6205 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 30.08.2019-cu il tarixli, 00877851 saylı, 26.09.2019-cu il tarixli, 00939142 saylı, 26.09.2019-cu il tarixli, 00939077 saylı, 10.10.2019-cu il tarixli, 00972039 saylı, 28.01.2020-ci il tarixli, 20064724 saylı, 05.05.2020-ci il tarixli, 20261582 saylı, 10.06.2020-ci il tarixli, 20340077 saylı və 23.06.2020-ci il tarixli, 20367437 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 30.08.2019-cu il tarixli, 00877851 saylı, 26.09.2019-cu il tarixli, 00939142 saylı, 26.09.2019-cu il tarixli, 00939077 saylı, 10.10.2019-cu il tarixli, 00972039 saylı, 28.01.2020-ci il tarixli, 20064724 saylı, 05.05.2020-ci il tarixli, 20261582 saylı, 10.06.2020-ci il tarixli, 20340077 saylı və 23.06.2020-ci il tarixli, 20367437 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissələrində 30.08.2019-cu il tarixli, 00877851 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********29221 olan Samsung Galaxy A10 markalı telefon üçün hesablanmış 237 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 10 manat, 26.09.2019-cu il tarixli, 00939142 saylı, müqaviləyə əsasən, Bosch kombi üçün 147 manat məbləğində dəbbə pulu 5 manat, 26.09.2019-cu il tarixli, 00939077 saylı müqaviləyə əsasən, Samsung LED televizor, Sonorous Surefix asqı üçün hesablanmış 225 manat dəbbə pulu 5 manat, 10.10.2019-cu il tarixli, 00972039 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********73637 Samsung Galaxy A30s markalı telefon üçün hesablanmış 11 manat dəbbə pulu 2 manat, 28.01.2020-ci il tarixli, 20064724 saylı müqaviləsinə əsasən, İMEİ Kodu **********73625 Samsung Galaxy A51 markalı telefon üçün hesablanmış 134,80 manat dəbbə pulu 5 manat, 05.05.2020-ci il tarixli, 20261582 saylı müqaviləyə əsasən, 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan üçün 442,20 manat dəbbə pulu 10 manat və 23.06.2020-ci il tarixli, 20367437 saylı müqaviləyə əsasən, 57,20 manat dəbbə pulu 5 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30.08.2019-cu il tarixli, 00877851 saylı müqaviləyə əsasən, Thomas tozsoran, Braun ütü, 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan, Kenwood kombayn üçün 732 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 26.09.2019-cu il tarixli, 00939142 saylı, müqaviləyə əsasən, Bosch kombi üçün 492 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 26.09.2019-cu il tarixli, 00939077 saylı müqaviləyə əsasən, Samsung LED televizor, Sonorous Surefix asqı üçün 750 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 10.10.2019-cu il tarixli, 00972039 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********73637 Samsung Galaxy A30s markalı telefon üçün 16 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 28.01.2020-ci il tarixli, 20064724 saylı müqaviləsinə əsasən, İMEİ Kodu **********73625 Samsung Galaxy A51 markalı telefon üçün 580,20 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 05.05.2020-ci il tarixli, 20261582 saylı müqaviləyə əsasən, 2 ədəd Kika-Genc çarpayı, Loft-Genc çarpayı, Doshek Uretan üçün 1959,80 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 10.06.2020-ci il tarixli, 20340077 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********30783 X8 8 markalı telefon, Mi qulaqlıq üçün 37 manat ödənilməmiş hissə və 23.06.2020-ci il tarixli, 20367437 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********59099 Samsung Galaxy A20s markalı telefon üçün 383,80 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 4992,80 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar