Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5745/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 05 dekabr 2022ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaq xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-5137/2018 saylı qətnaməsi ilə tutulan aliment məbləği 154 manatdan artırılaraq 250 (iki yüz əlli) manat müəyyən olunmaqla alimentin və mediasiya xidməti haqqı kimi onun ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X3 dünyaya gəlmişdir. Birlikdə yaşıya bilmədikləri üçün bir müddət sonra nikahları pozulmuşdur. Bu barədə Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 134 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-5137/2018 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur və uşağın saxlanılması üçün hər ay 154 manat olmaqla sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Cavabdeh indiyədək aliment məbləğindən yarı hissəsini ödəniş etməmişdir. Həmin qətnamə ilə tutulan aliment məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Həmin aliment məbləği 4 il bundan əvvəl uşaq üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Uşağın bütün qayğısını iddiaçı çəkir və uşağın həm təlimtərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Bu səbəbdən də aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi. Qeyd etdi ki, cavabdeh hazırda rəsmi iş yeri yoxdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2022-ci tarixli məktubundan görünür ki, borclu Cavabdeh Abşeron rayon Məhkəməsinin 2(012)-5137/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 154 manat məbləğində aliment və uşaq 3 yaşına çatanadək hər ay 100 manat aliment borcundan halhazırda 476 manat məbləğində aliment borcu qalmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2016-cı ildə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 may 2017-ci il tarixdə verilmiş AZ-İ №259026 seriyalı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmiş, bu barədə xx.xx.2017-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 134 № ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)- 299/2022 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-346/2022 saylı qərarının surətindən görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin 1(012)-299/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində başlanılmış cinayət işi üzrə icraata isə xitam verilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 19 iyul 2022-ci tarixli arayışın surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 5137/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-5137/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə borclu Cavabdeh bu günə aliment borcu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 4 ildən çox müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-5137/2018 saylı qətnaməsi ilə təyin olunmuş xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 193 manat sabit pul məbləğində aliment müəyyən edilməli, Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Həmçinin 50 manat mediasiya xərcinin 40 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-5137/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 15 avqust 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 40 manat mediasiya xərci tutulub İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-5745/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5745/2022
05.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver