Məhkəmə qərarları › İş №2(012)-5752/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5752/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5752/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X2 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ultratek MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 21.01.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən, 171 manat əsas və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 191 manat pul vəsaitinin Cavabdeh alınaraq X2 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 21.01.2019cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 817 manat olan «Supra STV-LC40ST2000F» markalı 1 ədəd televizor almışdır. Müqavilə imzalandıqdan sonra 546 manat ödənilmişdir. Müqavilənin şərtlərinə əsasən, 12 ay ərzində ödəmək şərti ilə, alınan əşyanın dəyəri ödənilməli idi. Lakin yuxarıda qeyd olunan ödənişləri etdikdən sonra heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehin bu günə olan əsas borcu 171 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq üzrlü səbəblər olmadan qeyd olunan borcun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya qeydiyyatda olduğu ünvan üzrə pretenziya məktubu göndərilmiş, lakin həmin məktub poçt rabitəsi xidməti tərəfindən geri qaytarılmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Ultratek MMC-nin məhkəməyə ünvanladığı 27.10.2021-ci il tarixli ərizəyə əsasən iddiaçı məhkəmə iclaslarına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı Ultratek MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 21.01.2019-cu il tarixli, ******* saylı müqavilədən görünür ki, Bağırov X3 MMC-dən qiyməti 717 manat olan əşyanı almışdır. -21.01.2019-cu il tarixli, ******* saylı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, alıcı Cavabdeh ona verilmiş kredit üzrə əsas borcunu 21.02.2019-cu il tarixdən başlayaraq, 21.01.2020-ci il tarixinə kimi hər ay 60 manat (sonuncu ay isə 57 manat) ödəməklə qaytarmalıdır. -14.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bağırov X3 MMC ilə bağladığı 21.01.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən, 19.08.2021-ci il tarixə 171 manat borcu vardır. -Təhvil-təslim aktından görünür ki, Cavabdeh 21.01.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən əşyanı Ultratek MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Ödəniş qəbzlərindən görünür ki, Bağırov X3 MMC ilə bağladığı 21.01.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən, 21.01.2019-cu il tarixdə 100 manat, 24.02.2019-cu il tarixdə cəmi 63 manat, 06.04.2019-cu il tarixdə 70 manat, 29.04.2019-cu il tarixdə 63 manat, 28.08.2020-ci il tarixdə 200 manat, 03.10.2019-cu il tarixdə 150 manat ödənişlər etmişdir. -Ultratek MMC tərəfindən Cavabdeh ünvanlanmış 19.08.2021-ci il tarixli pretenziyadan görünür ki, cavabdehə müqavilə üzrə borc 7 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən "xxxx" MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 09.06.2021-ci il tarixli, **********170600 nömrə ilə çıxarış verilmiş, əvvəlki qanuni təmsilçi X4, hazırki qanuni təmsilçi isə X1r. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Bağırov X5 rayonu Məmmədli kəndi X8 14 saylı evin 9 saylı mənzilində qeydiyyatdadır. Mülki Məcəllənin: 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı Ultratek MMC ilə bağladığı 21.01.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən müqavilə üzrə qiyməti müəyyən edilmiş əşya almış və həmin əşyanın dəyərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürsə də öhdəliklərini icra etmədiyindən kreditor qarşısında 171 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 21.01.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 171 manat əsas və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh Ultratek MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5. maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. 21.01.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 171 (yüz yetmiş bir) manat əsas və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla cəmi 191 (yüz doxsan bir) manat pul vəsaiti Cavabdeh iddiaçı Ultratek MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar