Məhkəmə qərarları › İş №2(012)-5756/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5756/2025

01.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5756/2025 01.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı MMC-nin Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxslər "xxxx" ASC, Abşeron Rayon İcra Hakimiyyəti və AR Abşeron Rayonu Qobu Bələdiyyəsi) qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə bərpa edilməsi və söküntü xərclərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxslər "xxxx" ASC, Abşeron Rayon İcra Hakimiyyəti və AR Abşeron Rayonu Qobu Bələdiyyəsi) qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə bərpa edilməsi və söküntü xərclərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Mülki iş materiallarından – xx.xx.2025-ci il tarixli, MVG6i881 saylı ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu Abşeron Rayon Məhkəməsinin hesabına ödənilməli olduğu halda ARƏMDK DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə məxsus (VÖEN **********) AZ69AİİB******************** nömrəli hesaba ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmiş olmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada ödəmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 284-3.5, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxslər "xxxx" ASC, Abşeron Rayon İcra Hakimiyyəti və AR Abşeron Rayonu Qobu Bələdiyyəsi) qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə bərpa edilməsi və söküntü xərclərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar