Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-577/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 Tofiqoviçə və Cavabdeh2 qarşı «müqaviləsinə xitam veilməsi və borcun tutulması» tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17L000001652 saylı kredit xətti müqaviləsinə və xx.xx.2019-cu il tarixli, 017R********** sayl kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 Tofiqoviçdən və X7 oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 8009,27 manat məbləğində kredit borcu, 908,74 manat məbləğində faiz borcu və 1287,36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10205,37 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 17L000001652 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh3 kreditor ilə bağladığı xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. Odur ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə olan borcu əsas məbləğ üzrə 7766,57 manat, faiz üzrə 1466,28 manat, cərimə üzrə 2443,57 manat olmaqla, ümumilikdə 11676,42 manat məbləğində təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 Tofiqoviç və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.Qeyd olunanlara əsasən nümayəndə, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahatında bildirdi ki, zamin Cavabdeh1 Tofiqoviç onun həyat yoldaşı, digər zamin Cavabdeh2 isə həyat yoldaşının dostudur. O, kredit ödənişlərini edir. Bank tərəfindən hesablanmış faiz və cərimə borclarının silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1 Tofiqoviç və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan xx.xx.2013-cü il tarixli, 17L000001652 saylı kredit xətti müqaviləsindən görünür ki, "İddiaçı" QSC-nin Xırdalan filialı (bank) ilə Cavabdeh3 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində uzunmüddətli kredit xəttini açmışdır. İş materiallarından olan xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşmasından görünür ki, "İddiaçı" QSC-nin Xırdalan filialı (bank) ilə Cavabdeh3 (kredit alan) arasında kredit razılaşması bağlanmış və bu razılaşmaya əsasən bank məbləği 10000 manat olan krediti aylıq faiz dərəcəsi 2.4167 % olmaqla, 36 ay müddətinə kredit alana vermişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 17S000002895 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Xırdalan filialı, bundan sonra zamin adlandırılacaq Cavabdeh1 Tofiqoviç bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh3 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 17L000001652 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 017S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Xırdalan filialı, bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh3 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 17L000001652 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə olan borcu əsas məbləğ üzrə 7766,57 manat, faiz üzrə 1466,28 manat, cərimə üzrə 2443,57 manat olmaqla, ümumilikdə 11676,42 manat məbləğində təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, sübutların tədqiqatı zamanı müəyyən edilir ki,İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2013-cü il tarixli, 17L000001652 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17L000001652 saylı kredit xətti müqaviləsi və xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması ləğv edilməlidir. Bundan başqa iş materialları araşdırılarkən müəyyən edilir ki, İddiaçı QSC iddia ərizəsində X3 8009,27 manat məbləğində əsas kredit borcu, 908,74 manat məbləğində faiz borcu və 1287,36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10205,37 manat məbləğində borcu tələb etsə də, iş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə olan borcu əsas məbləğ üzrə 7766,57 manat, faiz üzrə 1466,28 manat, cərimə üzrə 2443,57 manat olmaqla, ümumilikdə 11676,42 manat məbləğində təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki,iddiaçı təşkilat tərəfindən iddia ərizəsinə dəqiqləşdirmə verilmədiyindən iddia ərizəsində və xx.xx.2021-ci il tarixli maliyyə arayışında göstərilən borcla bağlı aşağı rəqəmlər, yəni X4 əsas borc 7766,57 manat, faiz borcu 908,74 manat, cərimə borcu 1287,36 manat əsas götürülməklə iddia tələbi qiymətləndirilməlidir. Bundan başqa Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə hesablanmış 1287,36 manat məbləğində cərimə pulunun azaldılması qənaətinə gəlir və hesab edir ki, bu hal cavabdehin maddi vəziyyətini yüngülləşdirdiyindən xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə cərimə məbləği 50 manat həddində müəyyən edilməlidir. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşmasından irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı QSC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh1 Tofiqoviçdən və Cavabdeh2 öz öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə mütənasib ola n25,60 manat dövlət rüsumunun əvəzi cavabdehdənlərdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17L000001652 saylı kredit xətti müqaviləsinə və xx.xx.2019-cu il tarixli, 017R********** sayl kredit razılaşmasına xitam verilsin, cavabdehlər Cavabdeh3, Cavabdeh1 Tofiqoviçdən və X7 oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas məbləğ üzrə 7766,57 manat, faiz üzrə 908,74 manat, cərimə üzrə 50 manat olmaqla, ümumilikdə 8725,31 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,60 manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-577/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-577/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver