Məhkəmə qərarları › İş №2(012)-58/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-58/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-58/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, onun vəkili Vəkil1, digər ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 vəkili-nümayəndəsi X12, qaşılıqlı iddia üzrə Cavabdeh4 iştirakları ilə, İddiaçı1 Cavabdeh1 MTK-ya və q. qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və maneənin aradan qaldırılması, habelə Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanan müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması” tələbinə dair ilk, Cavabdeh1 MTK-nın İddiaçı1 və q. qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair 3-cü şəxs İddiaçı2 MTK, qarşılıqlı iddia, İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı 3-cü şəxslər İddiaçı1 vəCavabdeh1 MTK “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair, Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” qarşılıqlı iddia tələbinə dair iddia ərizələri üzrə mülki işə 20 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.m olan ikiotaqlı 2 B mənzilindən istifadə və sahiblik hüququnun tanınması,mənzilin təhvil veruilməsi, istifadəyə törədilən maneənin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 MTKya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilmiş Cavabdeh1 MTKya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilinə dair onunla MTK arasında 08 aprel 2015-ci tarixli 343 №-li alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə (kooperativə) -ıüqvilədə nəzərdə tutulmuş hər bir kv.metr üçün 600 manat olmaqla 47.394 (qırx eddi min üç yüz doxsan dörd) manat vəsait tərəfindən tam ödənilmiş, bu barədə cavabdeh tərəfindən ona 08 aprel 2015-ci il tarixli kassa mədaxil orderinə əsasən qəbz, həmçinin MTK-ya borcunun qalmaması barədə maliyyə arayışı verilmiş, lakin yaşayış binasının tikintisi başa çatdırılmadığından müqavilə üzrə nəzərdə tutulmuş mənzil cavabdeh tərəfindən ona təhvil verilməmişdir. Mənzildə təmir işlərinə başlamaq üçün 2019-cu ilin axırlarında müqavilədə nəzərdə tutulmuş C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilinin ona təhvil verilməsi üçün cavadehə müraciət etmiş, ikin sonuncu müxtəlif bəhanələr gətirərək bundan yayınmağa başlamış, əvvəl mənzilin hazırkı bazar qiymətinə uyğun pulunu qaytaracağını bildirsə də, sonda pulu qaytarmamış, nə də mənzili ona təhvil verməmişdir. Cavabdeh, aralarında bağlanmış Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilinə dair 08 aprel 2015-ci tarixli 343 №-li alqı-satqı müqaviləsinin İ və İİ bəndlərinin tələbini pozmaqla nəzərdə tutulan mənzili ona təhvil verməmiş, mənzilin pulunun tam ödənilməsinə baxmayaraq orada təmir işlərinin aparılmasına maneçiliklər törədir. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sonradan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh4 cavabdeh qismində işə cəlb edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi və yaşayış sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi ilə yanaşı, həmin mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 20 avqust 2018-ci il tarixli 343/2 №-li müqavilənin etibarsız hesab edilməsi və sonuncunun adı çəkilən mənzildən çıxarılması, həmçinin Cavabdeh1 MTK-nın qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə MTK arasında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbəsində yerləşən sahəsi 2B otaqlı 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin etibarsız hesab edilməsini, həmçinin Cavabdeh1 MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə ünvan 1 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Çinar-AN» MTK ilə İddiaçı1 arasında bağlanmış 08 aprel 2015-ci il tarixli müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə sənədlərindəki imzalar Cavabdeh1 MTK-nin direktoruna məxsus deyildir. Həmin müqavilədəki və maliyyə sənədlərindəki imzaların Cavabdeh1 MTK-nin direktoruna məxsus olmadığı müəyyən edildikdən sonra kooperativin payçıları (təsisçiləri) tərəfindən İddiaçı1 08 aprel 2015-ci il tarixli müqavilə üzrə ödənilən pul vəsaiti geri qaytarılmışdır. Pul vəsaiti hissə-hissə olmaqla Cavabdeh1 MTK-nin ofisində 4-5 dəfəyə İddiaçı1 qaytarılmışdır. Belə ki, İddiaçı1 Cavabdeh1 MTK-nin Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən ofisinə dəfələrlə gəlmiş və pul vəsaitini geri almışdır. Bu hal müşahidə kameraları vasitəsi ilə qeydə alınmış, o cümlədən ofisdə işləyən şəxslər də İddiaçı1 pul aldığını görmüşlər. Hal-hazırda isə Elmira Vəliyevə kooperativin ona etibar etməsindən (pullar verilərkən yazılı qəbzlərin alınmaması və müqavilənin əslinin geri qaytarılmaması) sui- istifadə edərək, belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı1 da bilirdi ki, onunla bağlanılan müqavilə etibarsızdır və mənzil başqa şəxsə məxsusdur. İddiaçı1 öz razılığı ilə müqavilədə göstərilən pul vəsaiti ona geri qaytarılmışdır. Qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmiş İddiaçı2 MTK ilə Cavabdeh1 MTK-nin payçıları (təsisçiləri) arasında eyni şəxslər mövcuddur. İddiaçı1 pulun tam məbləğini istəmiş, lakin Cavabdeh1 MTK bu pulu vəsaitini tam qaytara bilmədiyi üçün İddiaçı2 MTK-nin adından girov kimi mənzil müqaviləsi yazılmışdır. Belə ki, İddiaçı1 öz tanışı və qohumu olan Cavabdeh2 şəxsiyyət vəsiqəsini təqdim edərək, onun adına mənzil yazılmasını tələb etmişdir. Bu səbəbdən də İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv. metr mənzilə dair 18 saylı müqavilə bağlanmış və həmin müqavilə əsasında guya mənzilin dəyərinin ödənilməsinə dair arayış verilmişdir. Əslində isə İddiaçı2 MTK həmin müqaviləni Cavabdeh1 MTK-nin öhdəliyinin təminatı kimi bağlamış, həmin müqaviləyə görə İddiaçı2 MTK-nə heç bir ödəniş edilməmişdir. Cavabdeh2 hətta həmin mənzili belə görməmiş və müqavilə bağlanılan zaman iştirak etməmişdir. Pərvanənin əvəzinə müqaviləyə İddiaçı1 imza etmişdir. Başqa sözlə, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv. metr mənzilə dair bağlanmış 18 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı uydurma olmaqla əhəmiyyətsizdir və görüntü üçün rəsmiləşdirilmişdir. Qarşılıqlı iddiaçının vəkili-nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə arasında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbəsində yerləşən sahəsi 2B otaqlı 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin etibarsız hesab edilməsini, Cavabdeh1 MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə ünvan 1 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı1 200 000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv. metr mənzilə dair bağlanmış 18 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının uydurma olmaqla etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 ilə İddiaçı1 arasında Xırdalan şəhəri, Bakı - Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbəsində yerləşən 2B otaqlı 78,99 kv. metr sahədən ibarət mənzilə dair 08 aprel 2015-ci il tarixdə, 343 saylı müqavilə bağlanmışdır. Sonradan Cavabdeh1 MTK-nin payçıları (təsisçiləri) tərəfindən İddiaçı1 08 aprel 2015-ci il tarixli müqavilə üzrə ödənilən pul vəsaiti geri qaytarılmışdır. Pul vəsaiti hissə-hissə olmaqla Cavabdeh1 MTK-nin ofisində 4-5 dəfəyə İddiaçı1 qaytarılmışdır. Belə ki, İddiaçı1 Cavabdeh1 MTK-nin Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən ofisinə dəfələrlə gəlmiş və pul vəsaitini gəri almışdır. İddiaçı2 MTK-nin təsisçilərindən Şahid və X19 ilə Cavabdeh1 MTK-nin payçısı X20 doğma qardaşdırlar. İddiaçı1 pulun tam məbləğini istəmiş, lakin Cavabdeh1 MTK bu pulu vəsaitini tam qaytara bilmədiyi üçün İddiaçı2 MTK-nin adından girov kimi mənzil müqaviləsi yazılmışdır. Belə ki, İddiaçı1 öz tanışı və qohumu olan (sonradan məlum olmuşdur ki, qızıdır) Cavabdeh2 şəxsiyyət vəsiqəsini təqdim edərək, onun adına mənzil yazılmasını tələb etmişdir. Bu səbəbdən də İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv. metr mənzilə dair 18 saylı müqavilə bağlanmış və həmin müqavilə əsasında guya mənzilin dəyərinin ödənilməsinə dair arayış verilmişdir. Əslində isə İddiaçı2 MTK həmin müqaviləni Cavabdeh1 MTK-nin öhdəliyinin təminatı kimi bağlamış, həmin müqaviləyə görə İddiaçı2 MTK-nə heç bir ödəniş edilməmişdir. Cavabdeh2 hətta həmin mənzili belə görməmiş və müqavilə bağlanılan zaman iştirak etməmişdir. Pərvanənin əvəzinə müqaviləyə İddiaçı1 imza etmişdir. Başqa sözlə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv. metr mənzilə dair bağlanmış 18 saylı müqavilə və həmin müqavilə əsasında verilmiş maliyyə arayışı uydurma olmaqla əhəmiyyətsizdir və görüntü üçün rəsmiləşdirilmişdir. Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, İddiaçı2 MTK tərəfindən ona qarşı qaldırılmış iddianı rədd edib, qarşılıqlı iddiamı təmin etməklə, iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 MTK-nın üzrərinə ünvan 2 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində 2 otaqlı, 85 kv.metr sahəsi olan mənzilin ona təhvil verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası İddiaçı1 ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 nömrəli müqaviləyə əsasən, MTK ona məxsus Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “C” blokunun doqquzuncu mərtəbəsində yerləşən 2 otaqlı, 78,99 kv.metr sahəsi olan 213 nömrəli mənzilin dəyəri anası tərəfindən tam ödənildikdən sonra onun mülkiyyətinə verir. Həmin mənzilin tam dəyəri - 47.394 manat məbləğində vəsait anası tərəfindən müqavilə imzalanarkən həmin MTK-ya ödənilmiş və bununla bağlı MTK tərəfindən ona kassa mədaxil qəbzi və maliyyə arayışı təqdim edilmişdir. Anası İddiaçı1 özünə məxsus və ailəliklə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 67/71, 157 saylı mənzili 20 avqust 2018-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmiş müqavilə əsasında X2 125.000 manata satmışdır. Satışdan əldə olunan məbləğin bir qismini ona hədiyyə etmişdir. Ondan həmin məbləğə uyğun elə həmin ərazidə onun adına ev almağı xahiş etmişdir və o, satılan evin yaxınlığında İddiaçı2 MTK tərəfindən ünvan 2 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində 2 otaqlı, 85 kv.metr sahəsi olan mənzilin dəyərini İddiaçı2 MTK-ya 102.000 manat məbləğində tam ödəmiş və MTK tərəfindən onun adına maliyyə arayışı da verilmişdir. Satılan ev ilə İddiaçı2 MTK-dan alınan evin arasında məsafə piyada 5-10 dəqiqə təşkil edir. Bu da onu göstərir ki, böyüyüb başa çatdığı mənzilin yerləşdiyi ərazidə yenidən mənzil almaq istəmişdir. Həmin müqaviləni anası onun adından imzalamış və buna səlahiyyətli olmağı barədə İddiaçı2 MTK-ya etibarnamənin surətini təqdim etmiş, MTK da buna heç bir etiraz etməyərək müqaviləni imzalayaraq pulu anasından qəbul etmişdir. Bundan sonra, anası qalıq məbləğ ilə Cavabdeh1 MTK tərəfindən müqavilə əsasında aldığı mənzili təmir etmək üçün ora getdiyi zaman müəyyən olunmuşdur ki, həmin mənzil başqa şəxs tərəfindən təmir edilmiş və orada artıq yaşayış var. Bununla bağlı anası Cavabdeh1 MTK-ya qarşı Abşeron Rayon Məhkəməsində həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbi barədə iddia qaldırılmışdır. Həmin işdə Cavabdeh1 MTK onu da cavabdeh qismində cəlb etməklə hazırki iddia tələbini orada da irəli sürmüşdür. Eyni zamanda, Cavabdeh1 MTK-nın rəhbərliyi barədə anasına məxsus mənzilin yenidən başqa şəxsə satılması ilə bağlı cinayət işinin qaldırılması barədə Baş Prokurorluğa müraciət edilmiş, hazırda həmin müraciət əsasında Nərimanov Rayon Prokurorluğunda bu faktla bağlı araşdırma aparılır. Hazırda İddiaçı2 MTK Cavabdeh1 MTK-nın qanunsuz əməllərini ört-bastır etmək üçün ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 MTK və Cavabdeh1 MTK ayrı-ayrı hüquqi şəxslərdilər və hər biri öz öhdəlikləri üçün müstəqil şəkildə məsuliyyət daşıyırlar. Eyni zamanda, onların təsisçiləri və payçıları olan qardaşlar (iddiaçının bildirdiyinə görə), həmin MTK-ların öhdəlikləri üçün cavabdehlik daşımırlar. Əgər bir qardaş digər qardaşa maddi cəhətdən kömək edərək onun əməllərini ört-bastır etmək istəyirsə, niyə onun əvəzinə öz öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan İddiaçı2 MTK müqaviləyə bağlayır? Anası İddiaçı1 onun adından etibarnamə əsasında çıxış etmiş və həmin etibarnamənin surəti İddiaçı2 MTK-ya müqavilə bağlanarkən təqdim edilmiş, MTK həmin etibarnamə əsasında da müqaviləni izmalamışdır. İddiaçı2 MTK ilə arasında müqaviləyə anası onun adından ona görə imza etmişdir ki, ona tərəfindən etibarnamə verilmişdir. Məhkəmə hər hansı səbəbdən iddianın təmin edilməsi qənaətinə gəldikdə, o zaman mənzilin dəyərinə görə ödənilmiş 102.000 manat məbləğində vəsaitin İddiaçı2 MTK tərəfindən ona və ya anasına qaytarılması məsələsini həll etməlidir. Tərəfindən İddiaçı2 MTK-ya ünvan 2 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7- ci mərtəbəsində 2 otaqlı, 85 kv.metr sahəsi olan mənzilin dəyəri (pay haqqı) tam ödənildiyinə görə həmin mənzilə onun dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ yaranmışdır. Hazırda İddiaçı2 MTK öz iddiası ilə onu əsassız olaraq bu hüququndan məhrum etmək istəyir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-3108/2021 saylı qərardadı ilə "Təbriz” MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı "müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair ilkin, Cavabdeh2 "Təbriz” MTK-ya qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə 2(008)-3108/2021 saylı mülki iş, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-267/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-6323/2021 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzillərin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair mülki işlə "Təbriz” MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı "müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, onun vəkili Vəkil1 iddia tələbini müdafiə edərək ona uyğun izahat verdi. İddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında digər ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 vəkili-nümayəndəsi X22 qarşılıqlı iddia tələbini müdafiə edərək digər ilk iddianın rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın və iddiaçıcavabdehİddiaçı2 MTK-nın vəkili-nümayəndəsi Vəkil2 məhkəmənin əvvəlki iclaslarında öz iddia tələblərini müdafiə edib, təmin edilməsini, qarşılıqlı iddia tələblərinin isə təmin edilməməsini xahiş etmiş, elə həmin mövqedən də izahat vermişdir. Sonuncu məhkəmə iclasında isə iştirak etməmiş, məhkəmənin elektron sisteminə ərizə ilə müraciət edərək bildirmişdir ki, X10 cavabdehlər Çinar-AN MTK ilə Cavabdeh4 arasında bağlanmış 30 avqust 2018-ci il tarixli müqavilənin etibarsızlığı tələbini irəli sürmüşlər. Həmin müqavilənin mövcudluğundan İddiaçı1 ən azından 2019-cu ildə xəbərdar idi və istintaq orqanlarında da ona bu barədə 2020-ci ildə məlumat verilmişdir. Hətta İddiaçı1 özü şəxsən Cavabdeh4la görüşmüşdü. Göründüyü kimi İddiaçı1 müavilənin etibarsızlığı tələbi irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən həm iddianın əsassızlığı ilə, həm də iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Təbriz MTK-nə qarşı irəli sürülmüş iddia tələbinə də öz münasibət bildirmişdirlər. Əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh2 ilə olan müqavilə notariat qaydasında bağlanmamışdır, halbuki, həmin ərəfədə Mülki Məcəllənin tələblərinə əsasən müqavilə notariat qaydasında bağlanmalı idi. Bu iddianın da rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh4 məhkəmə iclasında ona qarşı irəli sürülən iddianı qəbul etmədi və izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilə dair Cavabdeh1 MTK ilə onun arasında 20 avqust 2018-ci il tarixli 343/2 №-li müqavilə bağlanmışdır. Həmin vaxtdan başlayaraq mənzili təmir edib ailəsi ilə birlikdə artıq neçə illərdir ki, orada yaşayırlar. İddiaçı1 2019-cu ildən tanıyır,bir dəfə onu görüb, binanın həyətində ona bildirib ki, mənzilin sahibi odur. Daha sonra Elmira xanımı görməyib. Onu da qeyd edir ki, o, mənzili alanda sakinlərin əksəriyyəti həmin binaya köçüb yaşayırdılar. Hal-hazırda da, binada boş mənzil sahələri vardır. Ailə vəziyyətini nəzərə alıb ona qarşı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 MTK-nın nümayəndəsi X13 izahatında bildirdi ki, İddiaçı2 MTK-da hazırda da sədr olaraq işləyir. İddiaçı1 tanımır. Müqavilə və maliyyə arayışındakı imza ona məxsus deyil. Pandemiya dövründə o, aylarla işə gəlməmişdir. Həmin vaxt təsiçilərdən biri Şahid ola bilsin ki, onun adından müqaviləyə imza atıb. Lakin onun bundan məlumatı yoxdur. Nofələ və başqalarına etibarnamə verməmişdir. Nofəl tikinti işləri ilə bağlı alqı-satqıları həyata keçirirdi. Onun icazəsi olmadan heç bir mənzil satılmamışdır. 2020-ci ildə mənzillərin alqı-satqısı olmamışdır. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı1 Cavabdeh1 MTK-ya və q. qarşı sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və s.dair ilk iddiası təmin edilməməli, Cavabdeh1 MTK-nın İddiaçı1 və q. qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirdi ki, Cavabdeh1 MTK-nın sədri və təsisçisi olmuşdur. Şahid onun qardaşıdır. İddiaçı1 tanımır, onu ilk dəfə məhkəmə iclas zalında görür. Müqavilə və maliyyə arayışında olan imza ona aid deyil. Onun adından müqavilə bağlamağa heç kimə səlahiyyət verməmişdir. MTK-nın möhürü ofisdə onun nəzarətində idi. İmzalı və ağ blanklar onun seyfində saxlanılırdı. Bəzən işdə olmayanda mühasibin yanına hazır blank qoyub gedirdi ki, müqavilə olsa hazırlasın qayıdanda imzalayırdı. Onsuz heç kim müqavilə verə bilməzdi. Müqavilə üzrə pullar kassaya ödənilirdi. Ola bilər ki, Elmira xanıma verilən müqavilə də əvvəldən möhürlü olmuşdur. Nofəl isə ona Elmira xanıma aid müqavilə barədə heç nə deməmişdir.MTK tərəfindən müqavilə bağlamaq üçün Şahida etibarnamə verilməmişdi. Mülki işin materiallarında olan Cavabdeh1 MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-cİ il tarixli müqaviləyə əsasən Satıcı Abşeron rayon, Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 9-cu mərtəbəsində sahəsi 78.99 kv.m olan 2 otaqlı 2B mənzili Alıcıya satmağı, satıcı mənzilin hər bir kv.m sahəsinin ilkin dəyəri 600 (altı yüz) manat 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manat Alıcaya ödəməlidir. Mülki iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışdan müəyyən edilir ki, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın C giriş, 9-cu mərtəbəsində sahəsi 78,99 kv.m olan 2B otaqlı mənzilin pay dəyəri 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manat İddiaçı1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Mülki iş materiallarında olan xx.xx.2015-ci il tarixli Cavabdeh1 MTK kassa mədaxil orderindən görünür ki, xx.xx.2015-ci il tarixli 343 saylı müqaviləyə əsasən İddiaçı1 tərəfindən kooperativ mənzil üçün 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manat ödəniş etmişdir. Mülki iş materiallarında olan İddiaçı2 MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı2 MTK ünvan 2 ünvanında yerləşən binanın 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 85 kv.m olan mənzili Cavabdeh2 satmağı, Cavabdeh2 mənzilin hər bir kv.m sahənin ilkin dəyəri 1200 (min iki yüz) manat olmaqla, ümumi 102000 (yüz iki min) manat ödəməlidir. Mülki iş materiallarında olan İddiaçı2 MTK tərəfindən verilmiş maliyyə arayışdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən kooperativ yaşayış binası 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası İddiaçı2 MTK-na məxsusdur. Bu binanın 1-ci giriş, 7-ci mərtəbəsində sahəsi 85,0 kv.m olan 2 otaqlı mənzilin pay dəyəri 102000 (yüz iki min) manat Cavabdeh2 tərəfindən ödənilmişdir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, atası X24, anası X5r. Mülki iş materiallarında olan xx.xx.2015-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 Elmira Əsədulla qızına onu bütün dövlət və kommersiya banklarında təmsil etməyi, adına hesab açmağı/bağlamağı, mövcud hesablar üzərində sərəncam verməyi, hesablardan istifadəı etməyi, pul məbləğləri almağı/qoymağı, mədaxil/məxaric əməliyyatlarını yerinə yetirməyi, plastik kart sifariş etməyi, almağı və ya dəyişməyi, nəğd hesablaşma etməyi, pul köçürmələri yerinə yetirməyi, bütün bank əməliyyatları aparmağı, bununla əlaqədar lazımi sənədləri toplamağı, təqdim etməyi və almağı və ərizələr yazmağı, sənədləşmə işləri aparmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi 50 (əlli) il müddətinə etibar etmişdir. Mülki iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 ilə X17 arasında xx.xx.2019-cu ildə rəsmi nikah bağlanmış, X11 Rüstəmli soyadı verilmişdir. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 78.17 kv/m, yaşayış sahəsi 45.07 kv/m, yardımçı sahəsi 33.1 kv/m olan mənzili 125000 manata X1. Mülki iş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh1 MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov, ev 57, mənzil 18, təsisçisi X6, İddiaçı2 MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov, ev 57A, təsisçisi X8r. Mülki işin materiallarında olan Çinar-AN” MTK ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-cİ il tarixli müqaviləyə əsasən Satıcı Abşeron rayon, Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok, 9-cu mərtəbəsində sahəsi 78.9 kv.m olan 2 otaqlı 2B mənzili Alıcıya satmağı, satıcı mənzilin hər bir kv.m sahəsinin ilkin dəyəri 500 (beş yüz) manat olmaqla, 39450 (otuz doqquz min dörd yüz əlli) manatı Alıcaya ödəməlidir. Mülki iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışdan müəyyən edilir ki, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın C giriş, 9-cu mərtəbəsində sahəsi 78,9 kv.m olan 2B otaqlı mənzilin pay dəyəri 39450 (otuz doqquz min dörd yüz əlli) manat Cavabdeh4 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Mülki işin materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 4/979 nömrəli rəyindən müəyyən edilir ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 180-181-ci vərəqlərində “Çinar-AN MTK” ilə İddiaçı1 arasında olan 08 aprel 2015-ci il tarixli 343 nömrəli müqavilədə “Çinar- AN MTK-nın sədri Hacıyev T.” qrafasındakı imza və 179-cu vərəqində olan həmin müqaviləyə aid maliyyə arayışında “Çinar-AN MTK-nın sədri” qrafasındakı imza; 182-183cü vərəqlərində İddiaçı2 MTK ilə Cavabdeh2 arasında olan 18 mart 2020-ci il tarixli 18 nömrəli müqavilədə İddiaçı2 MTK-nın sədri Məhəmmədov T.B.” qrafasındakı imza və 184cü vərəqində olan həmin müqaviləyə dair maliyyə arayışında İddiaçı2 MTK-nın sədri” qrafasındakı imza - HACİYEV TARİYEL ƏHMƏD oğlu tərəfindən icra olunmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilmiş Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilinə dair onunla MTK arasında 08 aprel 2015-ci tarixli 343 №-li alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə (kooperativə) -müqavilədə nəzərdə tutulmuş hər bir kv.metr üçün 600 manat olmaqla 47.394 (qırx eddi min üç yüz doxsan dörd) manat vəsait tərəfindən tam ödənilmiş, bu barədə cavabdeh tərəfindən ona 08 aprel 2015-ci il tarixli kassa mədaxil orderinə əsasən qəbz, həmçinin MTK-ya borcunun qalmaması barədə maliyyə arayışı verilmişdir. Eyni zamanda, Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında həmin mənzilə dair xx.xx.2018-cİ il tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı mənzilin hər bir kv.m sahəsinin ilkin dəyəri 500 (beş yüz) manat olmaqla, 39450 (otuz doqquz min dörd yüz əlli) manatı tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Tərəflərin izahatlarından və işin materiallarından müəyyən edilir ki, Cavabdeh4 həmin mənzilə dair müqavilə bağlanandan sonra oranı təmir edib hazırkı vaxtadək ailəsi ilə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçı1 izahatından və işin materiallarından göründüyü kimi o, mübahisəli mənzilin başqa şəxsə satılmasını biləndən sonra (3-cü cild səh 137) 2018-ci ilin əvvəllərindən mütəmadi olaraq Şahidlə telefon əlaqəsində olmuş, müxtəlif vaxtlarda, müxtəlif ünvanlarda görüşləri olmuşdur. İşin materiallarında olan məhkəmə sorgusuna əsasən Bakı şəhəri Nərimanov rayonu Prokurorluğundan istintaq işi materiallarından İddiaçı1 və Şahid ifadə və üzləşmə protokollarından göründüyü kimi (3-cü cild səh. 102-154) İddiaçı1 izahatına görə onun Şahidlə mütəmadi görüş və telefon əlaqələrinin səbəbi mübahisəli mənzilin kommunal xidmətlərin qiymətlərinin öyrənilməsi ilə bağlı olduğunu bildirdiyi halda, Şahid izahatını görə isə bu əlaqənin səbəbinin mübahisəli mənzilə görə ödənmiş pulun hissəhissə İddiaçı1 geri qaytarılması olmuşdir. Məhkəmə qeyd edilənlərə hüquqi qiymət verərkən İddiaçı1 Hofəl Haciyevlə 2018-ci ilin əvvəllərindən mütəmadi olaraq görüş və telefon əlaqələrinin səbəbinin məhz mübahisəli mənzilə görə ödənilmiş pul məbləğinin geri tələb edilməsi olduğu nəticəsinə gəlir. Belə ki, mübahisəli mənzilin həmin vaxt artıq satılmış olmasının İddiaçı1 həmin vaxt məlum olması iş materialları ilə təsdiq olunur. Həmçinin, İddiaçı1 mübahisəli mənzili istifadəsinə qəbul etmədiyi halda, kommunal xidmətlərin qiymətlərinin öyrənilməsi ilə bağlı izahatları həqiqətə uyğun deyildir. Bununla belə, MTK ilə İddiaçı1 arasında mübahisəli mənzilə dair 08 aprel 2015-ci tarixli 343 №-li alqı-satqı müqaviləsinin etibarlılığı şübhə altına alan hər hansı sübut işdə mövcud deyildir. Bu hissədə qarşılıqlı iddiaçının müqavilənin etibarsızlığı barədə dəlilləri müqavilənin məhz MTK-nın səlahiyyətli şəxsi-direktoru X18 tərəfindən imzalanması Azərbaycanm Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 4/979 nömrəli rəyi ilə yanaşı, X18 məhkəmədə vermiş olduğu ifadəsi ilə də təkzib olunur. Bundan başqa, mübahisəli mənzilin dəyərinin istər Nofəl Haciyev, istər də Cavabdeh1 MTK tərəfindən İddiaçı1 geri qaytarılması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası MM-nin 452.1. maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülki Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə işin müəyyən edilən hallarına yuxarıda qeyd edilmiş qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, mübahisəli mənzilə dair MTK ilə İddiaçı1 arasında 08 aprel 2015-ci il tarixli müqavilə bağlanandan sonra MTK ilə Cavabdeh4 arasında xx.xx.2018-cİ il tarixli alqı-satqı müqaviləsi bağlanmasından dərhal sonra ilkin iddiaçının məlumatı olmasına baxmayaraq, 2020-ci ilin iyun ayında hazırkı iddia ilə, 23 dekabr 2021-ci il tarixdə isə iddia tələbini artıraraq Zakir Sadiqova qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmaqla ötən müddət ərzində hərəkətsizliyi Zakir Sadiqov üçün mübahisəli mənzilə sahiblənmək, ondan faydalanmaq imkanı yaratdığından MM-nin 452.1 maddəsinin tələbləri baxımından İddiaçı1 Cavabdeh1 MTK-ya və q. qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.m olan ikiotaqlı 2 B mənzilindən sahiblik hüququnun tanınmasını, mənzilin ona təhvil verilməsini, yaranan maneçiliyin aradan qaldırılmasının MTK-ya həvalə edilməsinin, həmin mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış müqavilənin etibarsız sayılması və sonuncunun adı çəkilən mənzildən çıxarılmasına dair ilkin iddia tələbi təmin edilməsini istisna edir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh1 MTK-ya və q. qarşı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı1 etibarsız sayılması hissəsində iddia müddətinin tətbiqi barədə cavabdehqarşılıqlı iddiaçının vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).Həmin Məcəllənin 340.2ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (Şahidanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Bu halda məhkəmə qeyd edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış müqavilədə Cavabdeh4 həqiqi niyyəti məhz mənzil etmək olduğundan həmin müqaviləyə bir illlik iddia müddəti tətbiq etməklə iddianı rədd etmək olmaz. Vəsatət əsaslı olmadığından təmin edilməməlidir. Bununla belə, məhkəmə hesab edir ki, MM-nin 452.1 maddəsinin tələbləri baxımından Cavabdeh1 MTK İddiaçı1 qarşısında 08 aprel 2015-ci il tarixli müqavilə üzrə icra edilməmiş öhdəliyi qaldığından İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı pul tələbi və ya oxşar mənzillə təmin edilməsi barədə tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Eyni zamanda məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh1 MTK-nın İddiaçı1 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə dəlilləri iş materialları ilə təsdiq olunmadığından, həmçinin Cavabdeh1 MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə ünvan 1 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə tələbi üzrə Cavabdeh1MTK ilə İddiaçı2 MTK arasında mübahisəli mənzil üzrə hər hansı bir öhdəlikləri olmadığından İddiaçı2 MTK-ya aid binadakı mənzilin Cavabdeh1 MTK tərəfindən mübahisələndirilməsi üçün onun subyektiv hüququ olmadığından, bu əsasda İddiaçı1 200 000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 MTK-ya ödənilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ olmadığından qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı2 MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə məhkəmə qeyd edir ki,iş materiallarından göründüyü kimi İddiaçı2 MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı2 MTK ünvan 2 ünvanında yerləşən binanın 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 85 kv.m olan mənzili Cavabdeh2 satmağı, Cavabdeh2 mənzilin hər bir kv.m sahənin ilkin dəyəri 1200 (min iki yüz) manat olmaqla, ümumi 102000 (yüz iki min) manat ödəməlidir.İddiaçı2 MTK tərəfindən verilmiş maliyyə arayışdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən kooperativ yaşayış binası 14-cü kilometrliyində yerləşən kooperativ yaşayış binası İddiaçı2 MTK-na məxsusdur. Bu binanın 1-ci giriş, 7-ci mərtəbəsində sahəsi 85,0 kv.m olan 2 otaqlı mənzilin pay dəyəri 102000 (yüz iki min) manat Cavabdeh2 tərəfindən ödənilmişdir. Həmin müqavilə Cavabdeh2 əvəzinə anası İddiaçı1 tərəfindən imzalanmışdır. Pəvanə Rüstəmli həmin imzanı mübahisələndirmir, əqdi bəyənir. İstər İddiaçı2 MTK və istərsə də Cavabdeh1 MTK-nın hər ikisinin hüquqi ünvanı Bakı şəhərində eyni ünvan olub, İddiaçı2 MTK –nın təsisçiləri Şahid, X19 və başqaları, Cavabdeh1 MTKnın təsisçiləri isə X18 və q-dir. İş materiallarından göründüyü kim adları şəkilən təsisçilər qardaşlardır. İlkin İddiaçı1 izahatına görə istər İddiaçı2 MTK və istərsə də Cavabdeh1 MTK- ilə mübahisəli mənzillərə dair bağlanan müqavilələr onun tərəfindən imzalanmışdır. Hər iki mənzilə görə pul məbləğləri onun tərəfindən şəxsən Şahid verilmişdir. Şahid də öz növbəsində müqavilələri və maliyyə arayışlarını ona təqdim etmişdir. İddiaçı2 MTK iddiasını onunla əsaslandırı ki, İddiaçı1 ilə Cavabdeh1 MTK-arasında olan mənzil mübahisəsinə görə MTK pul vəsaitini tam qaytara bilmədiyi üçün İddiaçı2 MTK-nin adından girov kimi İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 85 kv. metr mənzilə dair 18 saylı müqavilə bağlanmış və həmin müqavilə əsasında guya mənzilin dəyərinin ödənilməsinə dair arayış verilmişdir. Əslində isə İddiaçı2 MTK həmin müqaviləni Cavabdeh1 MTK-nin öhdəliyinin təminatı kimi bağlamış, həmin müqaviləyə görə İddiaçı2 MTK-nə heç bir ödəniş edilməmişdir. İşin materiallarında olan məhkəmə sorgusuna əsasən Bakı şəhəri Nərimanov rayonu Prokurorluğundan istintaq işi materiallarından İddiaçı1 və Şahid ifadə və üzləşmə protokollarından göründüyü kimi (3-cü cild səh. 102- 154) İddiaçı1 izahatına görə onun Şahidlə mütəmadi görüş və telefon əlaqələrinin səbəbi mübahisəli mənzilin kommunal xidmətlərin qiymətlərinin öyrənilməsi ilə bağlı olduğunu bildirdiyi halda, Şahid izahatını görə isə bu əlaqənin səbəbinin mübahisəli mənzilə görə ödənmiş pulun hissə-hissə İddiaçı1 geri qaytarılması olmuşdir. İşin bu halına hüquqi qiymət verərkən həmin görüş və telefon əlaqələrinin məhz İddiaçı1 təşəbbüsü ilə “Çinar- AN» MTK-dakı mənzil mübahisəsi ilə əlaqədar olduğu təsdiqini tapdığı, bununla bağlı nə mənzili, nə də mənzilə görə ödəmiş olduğu pulu geri almadığı halda, yenidən Nofəl Haciyev adlı şəxsə 102000 (yüz iki min) manat pul verərək,İddiaçı2 MTK-nın ofis binasına belə getmədən qeyd edilən müqaviləni bağlaması inandırıcı deyildir. Habelə, işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli 4/979 nömrəli rəyindən göründüyü kimi İddiaçı2 MTK ilə Cavabdeh2 arasında olan 18 mart 2020-ci il tarixli 18 nömrəli müqavilədə İddiaçı2 MTKnın sədri Məhəmmədov T.B.” qrafasındakı imza və 184-cü vərəqində olan həmin müqaviləyə dair maliyyə arayışında İddiaçı2 MTK-nın sədri” qrafasındakı imza - HACİYEV TARİYEL ƏHMƏD oğlu tərəfindən icra olunmuşdur. İş materiallarından göründüyü kimi X16 Cavabdeh1 MTK-nın təsisçilərindən biri olub, İddiaçı2 MTK-nın qanuni təmsilcisi, yəni müqavilə bağlamağa səlahiyyətli şəxsi deyildir. Məhkəmə iclasında İddiaçı2 MTK-nın nümayəndəsi X13 isə izahatında bildirdi ki, İddiaçı2 MTK-da hazırda da sədr olaraq işləyir. İddiaçı1 tanımır. Müqavilə və maliyyə arayışındakı imza ona məxsus deyil. Pandemiya dövründə o, aylarla işə gəlməmişdir. Həmin vaxt təsiçilərdən biri Şahid ola bilsin ki, onun adından müqaviləyə imza atıb. Lakin onun bundan məlumatı yoxdur. Nofələ və başqalarına etibarnamə verməmişdir. Nofəl tikinti işləri ilə bağlı alqı-satqıları həyata keçirirdi. Onun icazəsi olmadan heç bir mənzil satılmamışdır. 2020-ci ildə mənzillərin alqısatqısı olmamışdır. Göründüyü kimi, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında bağlanmış olan 18 mart 2020-ci il tarixli 18 nömrəli İddiaçı2 MTK-nın adından Şahid tərəfindən onun Çinar-AN» MTK-dakı mənzillə bağlı İddiaçı1 arasında yaranan mübahisəni pərdələmək üçün səlahiyyətsiz şəxs olaraq görünüş üçün hazırlanmış müqavilədir, hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1. maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında ünvan 8 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli binanın 1-ci blok 7-ci mərtəbəsində yerləşən 18 saylı müqavilə və maliyə arayışı etibarsız hesab edilməli, elə bu əsasda Cavabdeh2 "Təbriz” MTK-ya qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh1 MTKya və q.qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.m olan ikiotaqlı 2 B mənzilindən sahiblik hüququnun tanınması, mənzilin ona təhvil verilməsi, yaranan maneçiliyin aradan qaldırılmasının MTK-ya həvalə edilməsi, həmin mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış müqavilənin etibarsız sayılması və sonuncunun adı çəkilən mənzildən çıxarılmasına dair ilkin iddia tələbi təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu özünə aid edilməli, İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı qeyd edilən mənzilə görə ödənmiş pul məbləğinin və ya anoloji mənzillə “Çinar-AN» MTK-dan tələb etmək hüququ ona izah edilməli, Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı1 ilə MTK arasında Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbəsində yerləşən sahəsi 2B otaqlı 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin, həmçinin Cavabdeh1 MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə ünvan 1 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi və 200 000 manat pul tələbi barədə qarşılıqlı iddiası təmin edilməməli,iş üzrə ödənilmiş dövlət rüsumu özünə aid edilməli, İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməli, İddiaçı2 MTK ilə Cavabdeh2 arasında ünvan 8 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli binanın 1-ci blok 7ci mərtəbəsində yerləşən 18 saylı müqavilə və maliyə arayışı etibarsız hesab edilməli, Cavabdeh2 "Təbriz” MTK-ya qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu özünə aid edilməli Ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-dan tutulması məqsədəuyğun olduğundan ondan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı1 Cavabdeh1 MTK-ya və q.qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh1 MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.m olan ikiotaqlı 2 B mənzilindən sahiblik hüququnun tanınması, mənzilin ona təhvil verilməsi, yaranan maneçiliyin aradan qaldırılmasının MTK-ya həvalə edilməsi, həmin mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış müqavilənin etibarsız sayılması və sonuncunun adı çəkilən mənzildən çıxarılmasına dair ilkin iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı qeyd edilən mənzilə görə ödənmiş pul məbləğinin Cavabdeh1 MTK MTK və Şahid tələb etmək hüququ ona izah edilsin. Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı1 ilə MTK arasında Xırdalan şəhəri, Bakı- Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində tikilmiş 10 bloklu çoxmərtəbəli yaşayış binasının C blok 9-cu mərtəbəsində yerləşən sahəsi 2B otaqlı 78,99 kv.metr sahədən ibarət mənzilə dair bağlanmış 08 aprel 2015-ci il tarixli, 343 saylı müqavilənin, həmçinin Cavabdeh1 MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 MTK ilə Cavabdeh2 arasında 18 mart 2020-ci il tarixdə ünvan 1 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi və 200 000 manat pul tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İddiaçı2 MTK-nın Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilsin. İddiaçı2 MTK ilə Cavabdeh2 arasında ünvan 8 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli binanın 1-ci blok 7-ci mərtəbəsində yerləşən 18 saylı müqavilə və maliyə arayışı etibarsız hesab edilsin. Cavabdeh2 "Təbriz” MTK-ya qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti İddiaçı1, Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar