Məhkəmə qərarları › İş №2(105)-2239/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2239/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2239/2020 29.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hümbətova Xəyalə Nəriman qızının, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2593/2020 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2593/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdehnə qarşı sahiblik, istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə iddianın təmini tədbiri haqqında İddiaçı ərizəsi təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdehnə məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan iki otaqlı 2В mənzilinin satılmasının və özgəninkiləşdirilməsinin Cavabdehnə qadağan edilməsi qərara alınmış, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdehnə məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan iki otaqlı 2В saylı mənzilə istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi və yaşayış sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərəkAbşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilmiş Cavabdehnə məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan iki otaqlı 2В saylı mənzilin üzərinə həbs qoyulmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, həmin mənzilə dair məhkəmədə mübahisə olduğundan, mənzilin cavabdeh və yaxud digər şəxslər tərəfindən hər hansı bir formada özgəninkiləşdirilməsinin qarşısını almaq üçün mübahisə məhkəmədə həll edilənə kimi həmin mənzilin üzərində həbs qoyulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qərardad ləğv edilməli və ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə onlara heç bir xəbər vermədən və hər hansı bir araşdırma aparmadan əsassız bir ərizəni təmin etmişdir. Halbuki, mübahisə predmeti olan mənzil iddiaçının öz razılığı ilə artıq başqa bir şəxsə satılmış və mənzil hazırda iddiaçıya məxsus deyildir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və ərizənin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin edərkən Azərbaycan Respublikası MPM-nin 157.1, 157.2 və 158-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. İş materiallarından görünür ki, İddiaçı iddia tələbləriAbşeron rayonu, Xırdalan şəhəri, Bakı- Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdehnə məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan iki otaqlı 2В saylı mənzilə istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi və yaşayış sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədədir. İddiaçı iddianı təmin tədbiri barədə ərizəsində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilmiş Cavabdehnə məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan iki otaqlı 2В saylı mənzilin özgəninkiləşdirilməsinin qarşısını almaq üçün üzərinə həbs qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq barədə tədbir görülə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək barədə tədbir görülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, hesab edir ki, hazırki işə mahiyyəti üzrə baxılanadək iddia ərizəsində göstərilən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsibarədə iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh şikayətində mübahisə predmeti olan mənzilin iddiaçının öz razılığı ilə artıq başqa bir şəxsə satıldığını və mənzilin hazırda iddiaçıya məxsus olmadığını göstərsə də, bu barədə şikayətinə hər hansı bir sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin şikayətində göstərdiyi dəlili əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2593/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar