Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-637/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı sahiblik, istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2593/2020 saylı qərardadından Cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh MTK-ya qarşı sahiblik, istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilindən istifadəyə törədilən maneənin aradan qaldırılması vəzifəsinin Cavabdeh MTKya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında Cavabdeh MTK-nın nümayəndəsi-vəkili qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh MTK-arasında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilə dair bağlanmış xx xxxxx 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, həmçinin Cavabdeh MTKnın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə “xxxx”MTK ilə X1 arasında xx xxxx 2020-ci il tarixdə Nərimanov rayonu,İ.Dadaşov küçəsi ev 57 ünvanda tikilmiş 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2593/2020 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina olunmuş və geri qaytarılması qərara alınmışdır (hakim Cəmilə Səfiyeva) Qərardaddan Cavabdeh MTK tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2593/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh MTK-nın apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual qanunvericiliyin tələblərinə zidddir. Qarşılıqlı iddia tələbi ilk iddia tələbi ilə əlaqəlidir və bu qarşılıqlı iddia tələbi ilə bağlı ərizədədə göstərilən əsaslar ilk iddia tələbinə də düzgün baxılması ilə nəticələnəkdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2593/2020 saylı qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə qarşılıqlı iddia ərizəsinin iddia tələbi ilə əlaqəli olmaması əsası ilə qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 155, 156-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdir. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçun əsaslar məhkəmə gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab etmir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı sahiblik, istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilindən istifadəyə törədilən maneənin aradan qaldırılması vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh MTK-arasında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilə dair bağlanmış xx xxxxx 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, həmçinin Cavabdeh MTK-nın öhdəliyinin icrasını təmin etmək məqsədi ilə “xxxx”MTK ilə X1 arasında xx xxxx 2020-ci il tarixdə Nərimanov rayonu,İ.Dadaşov küçəsi ev 57 ünvanda tikilmiş 1-ci blok, 7-ci mərtəbədə yerləşən 2 otaqlı 85 kv.m-lik mənzilə dair bağlanmış 18 saylı müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh MTK-ya qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B saylı mənzilinə sahiblik, istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və maneənin aradan qaldırılması, Cavabdeh” MTK da qarşılıqlı iddia ərizəsində İddiaçı ilə Cavabdeh MTK-arasında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan ikiotaqlı 2 B mənzilə dair bağlanmış xx xxxxx 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini istəyir. Bununla da müəyyən olunur ki, qarşılıqlı iddia ərizəsi ilk iddia ərizəsi ilə əlaqəlidir və bu səbəbdən də icraata qəbul edilməlidir. Həmçinin qarşılqılı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqənin olması qarşılıqlı iddia ərizsəsinin icraata götürülməsinin yeganə şərti deyil. Qanunvericliyin tələbinə görə onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Cavabdehin qarşılıqlı iddiasının icraata qəbul edilməsi həm də bu baxımdan nəzərdən keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2593/2020 saylı qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsi icraata qəbul qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Cavabdeh MTK-nın şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)2593/2020 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-637/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-637/2021
02.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver